“Azadlıq Çırağı”na xoş gəlmisiniz!
“Azadlıq Çırağı” Azərbaycan oxucusuna klassik liberal və intellektual ənənəyə uyğun yazılmış əsərlərin tərcüməsi, məqalələrin yazılması, tədbirlərin keçirilməsi və nəşrlər üçün imkan yaratmaqla, regionda liberal azadlıq ideyaları mənbəyi rolunu oynayır.
Sınmış pəncərə...
Səadət Cahangir, 17/08/10
Məşhur fransız iqtisadçı filosofu Frederik Bastiatın “Sınmış pəncərə” hekayəsi var. Kiçik şəhərdə bir yeniyetmə mağaza vitrinini sındırır. Hay-küy qopur, hamı pəncərənin önünə yığılıb onu “xuliqan” adlandırır. Sonda bu şəxslərdən biri deyir ki, şüşəni dəyişmək lazımdır və mağaza sahibinin verdiyi o pul şüşəsalana təzə kostyum almaq imkanı yaradacaq.
Qaranlıq mağaradan demokratiyaya doğru...
Səadət Cahangir, 04/08/10
Qədim yunan filosofu Platonun “Respublika” adlı dialoqunda yer alan məşhur “Mağara bənzətməsi” tarixən insan, həqiqət və inkişaf arasında uzlaşmanın necə zor alındığını göstərən gözəl bir nümunədir: “Bəzi insanlar doğulduqları gündən bəri qaranlıq bir mağarada, mağaranın qapısına arxaları dönük şəkildə oturmağa məhkumdurlar. Başlarını da arxaya çevirə bilməyən bu insanlar, mağaranın qapısından içəri girən işığın aydınlatdığı qarşı divarda qapının önündən keçən başqa insanların və daşıdıqları şeylərin kölgələrini izləməkdədirlər.
“Intellectual Entrepreneurs” International Summer Workshop
Dear friends,
we are happy to announce that Free Minds Association (FMA) in cooperation with Azerbaijan Liberal Youth Association (ALYA) and "Free Person" Human Rights Protection Society will hold “Intellectual Entrepreneurs” International Summer Workshop on September 1-4, 2010.
Böyük depressiya başa çatdımı?
Börton Folsom Cunior, 28/07/2010
Nəhayət, Böyük depressiya (tənəzzül) başa çatdımı? Bu bəlkə də iqtisadiyyat tarixinin ən önəmli sualıdır. Əgər bu suala cavab verə bilsək, iqtisadi durğunluğu arasıkəsilməz edən səbəbləri də daha yaxşı anlayar və onun çarəsini tapardıq.
Nə üçün ordu müqavilə əsaslı olmasın?
Milton Fridman, 19/07/10
Hal-hazırda bizim silahlı qüvvələrimizə amerikalı gənclərin çox az hissəsi tələb olunur. Bizim iyirmi altı yaşına kimi gənc kişilərimizin maksimum üçdə biri hərbi xidmət keçir. Gələcəkdə “bebi bumerlər” nəsli böyüyəndə bu rəqəm daha da aşağı düşəcək. “İxtiyari” hərbi mükəlləfiyyətin bu və ya digər sisteminin tətbiqi qaçılmazdır. Ordunun müasir komplektləşdirilməsi metodu nəinki sərfəli deyil, o həm də ədalətlilik prinsipləri və azad cəmiyyət qaydalarına uyğun deyil.
Ümumdünya Ticarət Təşkilatına üzvlük, baryersiz ticarət ölkə üçün nə vəd edir?
Kənan Kərimzadə, 02/07/10
1997-ci ildən etibarən Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü mətbuatda ən çox işıqlandırılan və geniş maraq kəsb edən müzakirə mövzusu olaraq qalmaqdadır. Qloballaşma və azad ticarətin daha geniş vüsət almasının təsiridir ki, bugün dünya ölkələrinin əksəriyyəti bu təşkilatın üzvüdür və xüsusəndə uzunmüddətdə dünya iqtisadiyyatına inteqrasiya etməyi qarşısına məqsəd qoymuş kiçik ölkələr üçün təşkilata üzvlük daha çox əhəmiyyət kəsb edir. Təşkilatın əsas məqsədi beynəlxalq ticarətin liberallaşmasını dəstəkləməklə yaranan ticarət problemlərini həll etmək və dünya iqtisadiyyatının inkişafına töfhə verməkdir.
Bastiat: İqtisadi azadlıq çempionu
Riçard M.Ebelinq
İqtisadi azadlığın müdafiəsi heç vaxt asan məsələ olmamışdır. Adam Smit “Xalqların sərvəti” əsərində bu problemlə bağlı öz ümidsizliyini ifadə etmişdi. O, merkantilizmin XVIII-ci əsrin dövlət tənzimləməsi və planlaşdırması sisteminin güclü tənqidinin ardınca kədərlə bildirdi ki, Böyük Britaniyada azad ticarət utopiyanın gerçəkləşməsi kimi inanılmaz şeydir.
Qırğızıstandakı libertarianlar zorakılıq qurbanlarına kömək üçün Sülh kampaniyasını genişləndirirlər
Tom Palmer, 17/06/10
Qırğız libertarianları son günlər ölkədə baş verən zorakı hücumların qurbanlarına təcili ardım göstərmək, ölkədə və regionda sülhün yaranması üçün könüllülük əsasında bir sıra ciddi koordinasiya olunmuş tədbirlər həyata keçirirlər. Mən oradakı dostlarımızla müntəzəm təmas saxlayıram və Çərşənbə axşamı Skype-da Orta Asiya Azad Bazar İnstitutunun (CAFMI) İcraçı Direktoru Mirsuljan Namazəliyevlə danışdım. O, CAFMI-nin ofislərində gecə keçənə qədər işləyən könüllülərlə çalışdığına görə boş vaxtı olmur.



