Vəbanın hökm sürdüyü zamanın ümidləri
Temba Nolutshungu, 25/05/09
Demək olar ki, son on ildən bəri dünyanın hər bir ölkəsində iqtisadi yüksəliş qeydə alınıb, hətta indiki tənəzzülü hesaba alsaq belə. Buna baxmayaraq, bütün ölkələrin mövcud rəqəmləri ilə müqayisədə ən pis göstəriciyə malik olan Zimbabve əhalisi öz gəlirlərinin 2-3 dəfədən artıq azaldığını müşahidə edir. Lakin onlar indiki imkanla belə öz vətənlərini qoruyub saxlaya bilirlər.
Məsələnin yaxşı tərəfi odur ki, iqtisadi islahatların mühüm nəticələri var: son onillikdə bütün qonşuları açıq ticarətin müsbət təsirini görmüşlər. Elə Zimbabve özü də yalnız bir neçə il bundan əvvəl böyük ixracatçı idi. Vergi və biznes qaydalarının sadələşdirilməsinin, müqavilə hüququnun və ictimai təhlükəsizliyin gücləndirilməsinin demək olar ki, fərdlərə, ailələrə və iqtisadiyyata birbaşa təsiri var.
Zimbabvedə uzun zamandan bəri davam edən vəba epidemiyası da başqa bir bəla və işgəncədir. 1998-ci ildən bəri Zimbabvelilərin orta ömür səviyyəsi 55 yaşdan 35 yaşa düşüb. İşlək əhalinin 80%-dən çoxu işsizdir. Təxminən Zimbabvelilərin yarısı qidasızlıq və aclıq riski ilə üz-üzədir: bir neçə il bundan əvvəlkindən iki dəfə artıq – 8 milyon insan ərzaq yardımına möhtacdır. Zimbabve yüksək uşaq ölümlərindən əziyyət çəkir, Afrikanın cənubi Sahara ərazisində pis qidalanma və alçaqboyluluq geniş vüsət alır.
Prezident Robert Müqabenin korrupsiya ilə idarə olunan komandası hərbi vəziyyət yaratmaqla, torpaqları öz yaxın ətrafı üçün ələ keçirməklə, mediaya nəzarət və müxtəlif fikirliliyi qadağan etməklə hakimiyyətdən beşəlli yapışıb. Cəsarətli məhkəmə fəaliyyətinə imkan yaradılmadığı halda, müxalifət fəalları həbs olunur və qətlə yetirilir. İki partiyalı sistemə yeni təşəbbüs də Prezident Robert Müqabenin öz düşmənlərini tərəfinə çəkməklə əzmək arzusundan doğan başqa bir hiyləsinə bənzəyir.
Zimbabvenin İnsan Hüquqları QHT Forumu insan haqları ilə bağlı 20,000-dən çox zorakılıq faktı qeydə alıb ki, bura 2001-ci ildən bəri baş verən 3,000 işgəncə hadisəsi də daxildir. Zimbabvenin təhlükəsizlik gücləri əhalini zorakılıqdan qorumaq əvəzinə, daha çox onlar üzərində hökmranlığı və zorakılığı müdafiə edir.
Bir qədər təəccüblü görünə bilər… Hər gün minlərlə insan Botsvana və Cənubi Afrika sərhədinə axışıb canını qurtarmağa çalışır, sərhədi keçə bilməyən minlərlə belə insan isə geri qayıtmalı olur: əhalinin 3/1 hissəsi xaricdə yaşayır.
Zimbabve liderləri iddia edirlər ki, bütün bunlar Müqabenin təzyiqi ilə, ehtiyatsız xərclərlə, vergilərlə, biznes məhdudiyyətləri və inflyasiya ilə bağlı deyil, Britaniya müstəmləkəçilərinin günahıdır. Çeynənmiş, amma yerinə düşən ifadə ilə desək, Müqabe milyonların ümidlərini məhv edərək, regionun sağlam mədəsini amputasiya olunmuş şikəst vəziyyətə saldı.
Amma Zimbabve ümidsiz yer deyil: bu ölkənin sahibkarları, şaxtaçıları, fermerləri, təhsili və hətta ölkənin inkişaf etmiş zamanından qalan dövlət qulluqçuları var. Zimbabvelilərin yaxşı qonşuları var (baxmayaraq, onlar daha çox Müqabe ilə yaxındırlar) və öz yüksək dərəcədə inflyasiyaya uğramış valyutalarını xarici valyuta ilə əvəz etmək üçün irəli doğru böyük addım atmışlar.
Ölkə indi hökumətin xərclərini nəzarətdə saxlamağa, normativ qaydalardan və vergilərdən cana yığılan bütün məhsuldar işçilərə azadlıq verilməsi üçün iqtisadi azadlığa yol açmağa ehtiyac duyur. Hansı ki, bu təzyiqlər iqtisadi fəaliyyəti əsaslı surətdə yerindəcə boğur.
Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə Zimbabvedə biznes fəaliyyətinə başlamaq 96 gün, lisenziyalara uyğunluq 481 gün, əmlakın qeydiyyatı isə əlavə 30 gün vaxt aparır. Yeni müəssisənin yaradılmasına başlamaq üçün yaradılan süni çətinlik məşğulluq imkanlarını da çətinləşdirir – və hətta bir işçinin işə götürülməsi üçün çəkilən xərc ölkənin orta əmək haqqı ekvivalentinin 14 mislinə bərabərdir. Yeni şirkətlər üçün kapital ehtiyacları Zimbabveliləri ruhdan salır və onları formal iqtisadiyyatdan kənara addım atmağa qoymur.
1990-cı illərdə ticarət əngəllərini planlı şəkildə azaldan inkişaf etməkdə olan ölkələr üç dəfə yüksək sürətlə (illik beş faiz) inkişaf edib, nəinki ticarət siyasəti dəyişməz qalan ölkələr. Zimbabve isə, əksinə, beynəlxalq ticarəti məhdudlaşdırıb. O, hal-hazırda Dünya Bankının Ticarət Məhdudiyyəti indeksinə görə ən pislər cərgəsində 7-ci sırada yer alır. İxrac sənədlərini hazırlamağa tələb olunan vaxtı 30 gün və ya idxal sənədləri üçün tələb olunan vaxtı 42 gün azaltmaq sahibkarlara dərhal rəqabət imkanı verərdi.
Yuxarı instansiyalarda hökmran siyasətçilər tərəfindən ağ dərili sahibkarların fermer təsərrüfatları ələ keçirilir. Amma acınacaqlı fakt odur ki, darmadağın edilən lap kiçik torpaq hissələri və ya biznes üzərində belə, mülkiyyət hüququ hamı üçündür. Zimbabvelilərin çoxu hüquqi sənəd ala bilmir, hətta başqalarının torpaqlarını ələ keçirmiş şəxslər də. Tələb etmək imkanı olmayan və ya mülkiyyət hüququ ala bilməyən yoxsullar öz torpağını və məhsuldarlığı inkişaf etdirə bilmir.
Ticarəti inkişaf etdirmək, biznesin formalaşması, məşğulluq və torpaq qeydiyyatı ilə bağlı məhkəməyə verilmiş və sübut olunmuş məsələlərin həll yolu aydındır: sadələşdirmək, sadələşdirmək, sadələşdirmək.
Amma sadələşdirmək də o qədər asan deyil. Bu qarmaqarışıqlığı yaradan güclü və sistemdən faydalanan qorxunc azlıqdır. Lakin yaxın gələcəkdə müəyyən məqamda parçalanma və islahat üçün yol açılan zaman Robert Müqabenin ağalıq etdiyi ZANU-PF partiyası zəifləyəcək. Hər hansı sahədə işləyən və Zimbabve üçün çalışa bilən həmin islahatçılar bu vəziyyətə sınaqdan çıxmış siyasətlə hazır olmalıdırlar.
Şimali Koreya və ya Myanmadan fərqli olaraq, Zimbabvenin çoxlu sənətkarları, fermerləri, sahibkarları, hüquq ekspertləri, dövlət qulluqçuları və hətta polis işçiləri var ki, onlar ölkənin uğurlu dövrünü yaxşı xatırlayır və onu birlikdə necə yenidən geri qaytarmağı düşünürlər. Bəli, onlar bunu bacaracaqlarına inanırlar.



