"Commanding Heights: The Battle for the World Economy" filmin nümayişi
Əziz dostlar!
"Liberty Pict
ures" layihəsi çərçivəsində ABŞ-ın PBS kanalı tərəfindən çəkilən 3 hissədən ibarət olan "Commanding Heights: The Battle for the World Economy" sənədli filminin nümayişini keçiriləcək. Dünyada böyük məşhurluq qazanan bu filmində dünya ticarəti, qlobalizasiya, iqtisadi inkişaf, siyasi, iqtisadi və ideoloji mübarizədən danışılır. Bu dəfə filmin "The Battle of Ideas" adlanan birinci hissəsi göstəriləcək. Bu hissə Birinci Dünya Müharibəsindən XX-ci əsrin 70-ci illərə qədər müddəti əhatə edir. Burada sosializm - kommunizm ideologiyasının yayılması, Keyns və Xayekin iqtisadi nəzəriyyələrin qarşılaşdırılması, dünya ölkələrində dövlətin iqtisadiyyatda rolunun artırılması mövzuları müzakirə olunur.
Filmin nümayişi bazar ertəsi martın 22-si saat 16:00-da, Tolstoy küç. 169 ünvanında yerləşən "Vitamin" kafesində keçiriləcək. Nümayişdən sonra iştirakçılarla müzakirə aparılacaq. Film İngilis dilində göstəriləcək.
Giriş pulsuzdur!
Növbəti film nümayişləri haqqında məlumatı saytımızdan ala bilərsiniz.



