Rusiyada “Seçkilər”: Dinləməyin önəmi

Dmitri Butrin, 22/12/2011
Dmitri “Kommersant daily” qəzetinin İqtisadiyyat Bölməsinin baş redaktoru “InLiberty.ru” nun köşə yazarı

4 dekabrda ruslar “seçki” keçirdilər.  Mən səsverməyə getmədim, çünki Mərkəzi Seçki Komissiyasının  “Dövlət Dumasına seçkilər” adlandırdığı prosesdə fəal iştirak etmək  boşuna vaxt sərf etməyə bənzəyirdi. O günə qədər bir aksiom idi ki, hakim Vahid Rusiya Partiyası  seçki hüququ olan 108 milyon əhalinin 45- 50 milyonunun səsini yığıb, bəzi rayonlarda bu, seçkidə səs verənlərin sayından nəzərəçarpacaq dərəcədə çox idi.

4 dekabrda mənim səs vermək qərarına gəlmiş həmvətənlərim məndən, sorğuçulardan, səlahiyyətli orqanlardan və Vahid Rusiya Partiyasının əleyhinə səs vermiş çoxlarından da yaxşı bilirdilər ki, onların səsləri əlli faizin altında qalacaq.  Beləliklə, mən kömək edə bilmədim, ancaq 5 dekabrda ədalətsiz seçkilərə etiraz edən ilk nümayişlərin birincisinə qatıldım. Ümumi konsensus bu idi ki, biz əvvəlki seçkilərdə Vahid Rusiya Partiyası üçün həm dəstəyin real səviyyəsini, həm də hökumətin seçki fırıldaqlarındakı bacarıqlarını həddindən yüksək qiymətləndirmişik. Aydın oldu ki, hakim partiya artıq öz seçki populyarlığını  idarə edə bilmir. 

Vahid Rusiya artıq ölkənin əsas siyasi qüvvəsi kimi qiymətləndirilmək hüququnu itirib. Çoxluğun iradəsini ifadə etmək üçün artıq bu iddia etibarsız  hesab olunur.  Bu baş verənlər sonradan yoluna qoyula bilən müvəqqəti ləngimə və ya təsadüfi itki deyil. Bu, onların “idarə olunan” və ya “suveren” demokratiya adlandırdıqları siyasi sistem yaratmaq cəhdlərinin nəticəsidir. Hətta bu “seçki”nin nəticəsi göstərir ki, “vahid” Rusiya kimi təklif edilən kurs rusların əksəriyyətinin ürəyincə deyil, bu şübhəsiz, səs çoxluğu ilə dəstəklənməyib.

Daxili və beynəlxalq məsələlərdə seçicilərin ifadə edilən iradəsinə hər hansı istinad daha etibarlı deyil. Hakimiyyət rəsmilərinin fikri Rusiyada toqquşan çoxsaylı fikirlərdən biridir; onu “Rusiyanın fikri” hesab etmək üçün heç bir əsas yoxdur. Hakimiyyət monopoliyası keçmişdə qalıb. Gəlin “seçkinin” texniki təfsilatlarına dönək. Əldə olan məlumatlar seçicilərin seçimlərini təhrif etmiş böyük pozuntulardan xəbər verir. Ərazi seçki komissiyaları protokollarının və yekun protokolların istənilən təsadüfi tutuşdurulmasının nəticələri göstərir ki, Vahid Rusiyanın rəqəmləri milyonlarla səs hesabına üfürülüb şişirdilib.

Heç olmasa, Vahid  Rusiya Partiyasının həqiqətən mövcud olan və şəxsən bu partiyaya və onun namizədlərinə səs vermiş insanların 35 faizdən çox səsini topladığına  inanmaq üçün əsaslar yoxdur. Bundan başqa, bir neçə regionda səsvermənin nəticələri Rusiyanın qalan yerlərində olduğundan əsaslı şəkildə fərqlənir ki, bunu cinayət hərəkətindən başqa heç cür izah etmək olmaz. O regionlarda baş verənlərin başqa heç bir izahı yoxdur. Üçüncüsü, Moskva müşahidəçiləri tərəfindən xəbər verilən pozuntular göstərir  ki, seçki yalnız ucqar rayonlarda deyil, Rusiyanın əhalisi sıx olan regionlarında da saxtalaşdırılmışdır. O pozuntular isə Dumada səslərin paylaşdırılmasına bilavasitə təsir göstərdi.

Uyğun olaraq, Mərkəzi Seçki Komissiyası tərəfindən elan edilən nəticələr  cinayət təhqiqatının predmetidir. Təhlil göstərir ki, hakim partiya üçün hesablanan təxminən 15 milyon səs hakimiyyət sükanı arxasında oturmuş Baş nazir Vladimir Putin və Prezident Medvedyev ilə hazırkı Rusiya rəsmi orqanları tərəfindən təşkil edilən fırıldaq, uydurma və bir sıra cinayət aktlarının nəticəsidir. Seçkidə baş verən fırıldaqçılığın miqyası, yaxud onların inzibati güclərindən istifadəsi, seçicilərə təzyiqi və ya səsvermə siyahılarının düzgün tərtib olunmaması barədə müzakirələrdən imtina etmək baş verənlərdə rəsmi orqanların iştirakını dolayısı ilə aşkara çıxarır.

Bu vəziyyətdə fırıldaqçılığın benefisiarı olan Vahid Rusiya Dövlət Dumasında səslərin əksəriyyətinə malik olmağı iddia edə bilmir. Və o iddia səsləndiyi vaxtdan bəri  biz növbəti Dövlət Dumasının qanuniliyini şübhə altına alırıq. Elektoratın mühüm hissəsi  Dumanın hər hansı qərarının hüquqiliyini, ona neçə Duma üzvünün səs verməsindən asılı olmayaraq, qəbul etməyəcək. Heç bir “koalisiya hökuməti” mümkün deyil: bu “qanunverici orqan” tərəfindən təsdiqlənən istənilən Rus hökuməti ictimai dəstəkdən məhrum olacaq. Belə hökumət əhalinin naməlum faizi tərəfindən səs alan və təmsil edilən qanunsuz parlament tərəfindən seçiləcək.

Prezident “seçkisi” gələn yazda keçiriləcək. Bu yəqin ki, Duma seçkilərinin təkrar nümayişi olacaq- 2011, 2007 və müəyyən dərəcədə 2003-cü ildəki seçkilərin. Buna baxmayaraq, o seçki tamam fərqli vəziyyətdə baş verəcək; seçicilər daha  çox məlumatlı olacaq ki, bütün bunlar dəyişməzdir və o, hakim partiya kütləvi miqyasda pozuntular olmadan qalib gələ bilmir.

“Qeyri sistematik” müxalifəti böyüməkdən saxlamaq üçün yeganə aşkar yol siyasi fəaliyyətlərdə məhdudiyyətləri qaldırmaq və 1999-cu ildəki status-kvoya effektiv şəkildə yenidən qayıtmaqdır. İdarəçilər hakimiyyətdə öz monopoliyalarını itirirlər. Əgər 2012-ci il prezident seçkisi 2011-ci ilin Duma seçkisinin ssenarisinə uyğun olaraq keçirilərsə, kütlə üçün daha radikal və daha az təkamülə meylli dəyişiklik strategiyası daha məqbul olacaq. İndi biz minlərləyik və on minlərləyik, amma biz yüz min olanda hakimiyyət orqanları üçün çox gec ola bilər.

2011-ci il  “Duma seçkisi”nin nəticəsinin ləğvi və pozuntularsız yeni bir seçki, planlaşdırılan prezident seçkiləri müddətində və ondan sonra bütün ölkə üçün böyük problemlərin qarşısını almaq demək olardı. Bir klassik  liberal kimi, mənim ürəyimcə deyil ki, bu parlament seçkilərində dörd tip oğru kleptoman və üç tip sosialist arasında seçim etməliyəm.

Əlbəttə, mən yarıdəli sollar və müqəddəs nəticələr uğrunda zorakı inqilabların tərəfdarları arasında demokratik dəyərlərlə bağlı öhdəliyimi nümayiş etdirməyi xoşlamıram. Hakimiyyətdə seçim kleptokrat və rəsmi dəli müxalifətə verilərək, klassik liberal və mötədil partiyalar seçki proseslərindən sistemli şəkildə kənarlaşdırıldı. Müvafiq seçki siyasətinin nəticəsi ancaq təkrar normal adamlara siyasi rəqabət imkan açmaqla olacaq. O, şübhəsiz, Rusiya xalqının, həm də onun qonşularının xeyrinə olacaq.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat