Çox-etnikli cəmiyyətlər: dəyərlər niyə önəmlidir?

19/06/2012

Azadlıq, dövlətçilik və etnik birlik haqqında hər bir fərdin fərqli baxışı ola bilər. Hətta bu fikirlər tez-tez elm aləmində və təcrübədə ciddi qarşıdurmalar yaradır. Dünya, insanları etnik kimlik və mənşəyi əsasında bölən sərhədlərlə doludur. Coğrafiya, keçmişdən bəri sərhədləri müəyyənləşdirmək üçün ənənəvi bir göstərici kimi istifadə olunur.

Sovet İttifaqının dağılması Cənubi Qafqazda süni ərazi bölgüsü ilə əlaqədar milli kimliklərin  toqquşması ilə nəticələndi. Amma, bu, tarixin sonu deyil və məsələni araşdırmaq üçün imkanlar qalmaqdadır. Müasir günümüzdə çox-etnikli cəmiyyətə malik Azərbaycanda dəyərə əsaslanan cəmiyyətin qurulması və çoxmillətli  kimliyin inkişafı etnik münaqişələrdən yan keçmək və daimi sülh yaradılması üçün ən optimal yol hesab edilir.

Əsası Sovet dövlət idarəetməsindən gələn, regional mənşələr üzərində üstünlük və ya ayrı-seçkilik mədəniyyəti cəmiyyətdə asan bir bölünmə yaratdı. Bu vəziyyət qeyri-rəsmi olsa da, qərarların qəbul edilməsində mühüm rol oynadı. Müstəqillik illərindən başlayaraq sürətli urbanizasiya prosesi ilə əlaqədar (paytaxt Bakıya), doğum yeri əsasında təsnifatlaşdırma (regional bağlılıq) siyasi dinamikada öz rolunu artırmağa və mühüm rol oynamağa başlamışdır.

Xüsusi region və ya etnik qruplardan ictimai dəstək alınması əsas vəzifələrin regional mənsubiyyətə əsaslanan bölgüsünə səbəb olmuşdur. Müstəqillik dövrünün əvvəlində müxtəlif etnik qrupların dəstəyini qazanmaq və hökumətin (eyni zamanda ölkənin) bölünməzliyinin saxlanması naminə bu, ən yaxşı alternativ olaraq qəbul edilə bilər.

Eyni zamanda, Azərbaycan Konstitusiyasına görə, bütün etnik qrupların hüquqları qorunur! Etnik köklər əsasında ayrı-seçkilik yolverilməzdir. Bu, təcrübədə də belədir. Cəmiyyətin 90%-i türk kökənli azərbaycanlılar hesab olunur. Azlıq təşkil edən qruplara ölkənin müxtəlif yerlərində olan aşağıdakı millətlər aiddir: talışlar (cənubda, İran sərhədinə yaxın), kürdlər (əsasən qərb hissəsində, yayılmış halda), ləzgi və tatlar (əsasən şimal hissədə), yəhudilər (daha çox Quba şəhərində,  kompakt ərazidə), ermənilər (Qarabağda, işğal olunmuş ərazidə) və başqaları tam hüquqlara malikdirlər.

Eyni zamanda, dövlət idarələrinin fəaliyyətindən və dövlət xidmətlərindən istifadədə azlıq təşkil edən qruplar üçün heç bir maneə və məhdudiyyət yoxdur. Buradan görmək mümkündür ki, çox etniklilik praktika və Konstitusiyaya əsaslanan cəmiyyət üçün problem deyil. Lakin  müxtəlif qonşu ölkələrin bu məsələni siyasiləşdirməsi baş verməkdədir. Rusiya və İran hökumətləri etnos məsələsini bir vasitəsi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı istifadə edirlər. "Real siyasət” (və ya coğrafi-siyasət) hələ də bu regionda etnik dinamikanın anlaşılması üçün dominant ehkam və faktor olaraq qalır.

Hal-hazırda, müasir Azərbaycan dəyişikliklərə ehtiyac duyur. Bu dəyişikliklər inteqrasiyaya yönəlik dəyərlərə çağıran yeni təhsilli nəslin meydana çıxması ilə yaranan anlayışlara və düşüncələrə əsaslanır. Qloballaşma prosesində etnik əsasın yaradılması üçün mühüm dərəcədə lokallaşma və regional mənsubiyyətin azalması tendensiyası mövcuddur. Həmçinin, kütləvi informasiya axını və texnologiya fərdlərin təsəvvürünün dəyişilməsində mühüm rol oynayır ki, bu da düşüncələrin təsirinə yardım göstərir.

Aydındır ki, bu prosedur tədricən regional mənsubiyyətdən yan keçir və müxtəlif etnik qruplardan ibarət  insanların inteqrasiyası üçün əməkdaşlıq mexanizmi yaranır. Burada qeyd etmək mümkündür ki,  etnik faktor nisbətən böyük şəhərlərdə azalır və dəyərlər müasir Azərbaycan mühitində mühüm rol oynamağa başlayır.

Bu, özlərini zəif hesab edən və demokratiya çətiri altında maraqların toqquşmasına cavab tapmağa çalışan etnik qrupların mövcud olduğu çox etnikli cəmiyyətlərdə ciddi məsələdir. Hətta demokratiya,  xüsusilə keçid ölkələri üçün, ən yaxşı sistem hesab olunmasına baxmayaraq, bu fikir əsasında formalaşan, bütün etnik qruplar üçün bərabər hüquqlar demək  olan demokratiya problemi ayrı-seçkiliyə yol aça biləcək çoxluq tərəfindən tətbiq olunan qaydaya çevrilir. Bu səbəbdən, müxtəlif yarıdağınıq ölkələrdə insanların ümumi dəyərlər, ümumi ideyalar və ümumi təməllər əsasında inteqrasiyasına ehtiyac duyulur ki, beləliklə bütün fərdlər zamanla inteqrasiya düşüncəsini mənimsəyir. Bu asan deyil, amma müxtəlif inteqrasiya olunmuş siyasət kursları vasitəsilə mümkündür.

• Çoxmillətli dəyərlər: bu cəmiyyətlər insanların şüurunda çoxmillətli dəyər və inancların komplektini yaratmalıdır, beləliklə, etnik fərqlər ümumi maraqlara çevrilməlidir. Bu, əməkdaşlıq vasitəsilə həll yollarının tapılmasına yardım edəcək. Beləliklə, həyatın yeni bir mədəniyyət və yolu insanların bir çətir altında toplanması üçün milli kimlik yaradacaq.

• Təhsil islahatları: sürətlə dəyişən mühitlərdə təhsilə yatırılan investisiya ilə insanların inteqrasiya olunması məcburidir. Bu, yalnız yeni bir intellektual elita nəsli yaratmaq deyil, gələcək vətəndaşlar arasında potensial intellektual boşluğun aradan qaldırılması üçün də önəmlidir. Eyni zamanda, təhsil potensial assimilyasiyadan daha çox dəyərlərlə inteqrasiyaya vasitədir. Beləliklə, təhsil olmadan keçid inkişafının əsas elementi mümkün deyil.

• Dövlət idarəçiliyi islahatı: dövlət qərar qəbuletmə strukturuna qoşulmaq üçün, insanlar özlərini onun bir hissəsi kimi hiss etməlidirlər. Bu səbəbdən, insan resursları (və ya kadrların) üzərində ciddi islahatlara və qərar qəbulu səviyyələrində yeni fikirlərin cəlb olunmasına zəruri ehtiyac var. Bununla mütləq mənada ayrı-seçkilik və ziddiyyətləri aradan qaldırmaq olardı.

Ümumiyyətlə, qeyd etmək olar ki, əgər bu sərhədlər insan azadlığını məhdudlaşdırırsa, kimliklərin toqquşması da cəmiyyətdə əlavə maneələr yaradacaqdır. Bu səbəbdən, ümumi anlayışların və ümumi əsasların inkişafı yolu ilə müxtəlif etnik qruplara malik insanların inteqrasiyası vacibdir.

 

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat