Hökumət yoxsulların dostu deyil

Qeri Çartye, 25/06/12

Bu məsələ barədə dəfələrlə eşitmiş olduğunuza inanmıram. Geniş səlahiyyətli hökumət tərəfdarı olan və bunun günümüzdəki ən parlaq nümunələri sayılan “New York Times” qəzetinin təmsilçisi Paul Krugman və “Washington Post” qəzetinin təmsilçisi Eugene Robinson hökumətin sosial xidmətlərinə heç bir yaxşı alternativ olmadığına əminliklərini ifadə edirlər. Hökumət olmadan insanlar aclığa düçar olar. Onlar küçələrdəcə ölüb qalar. Biz kütləvi yoxsulluğun tüğyan etdiyi dövrə geri dönərik. Beləliklə, kimsə hökumətin yoxsulluq əleyhinə olan səylərini sual altına alırsa, o, mərhəmətsiz, ağısız və ya ya bunların hər ikisi sayıla bilər. Mən buna əmin deyiləm!

İnanıram ki, tənqidçi olmayan biri də asanlıqla Krugman və Robinson kimi insanların haqlı ola biləcəyini düşünə bilər. Əlbəttə, biz əsrlərə-minilliklərə, hətta böyük sərvətlərin olduğu zamanlarda, ürək parçalayan yoxsulluğun tüğyan etdiyi, yoxsul insanların ən dəhşətli günlər yaşadığı dövrə geri nəzər sala bilərik. Və bəlkə də, elə o xatirələr bəzi insanlar üçün bizimlə Dikkensin dünyanın hər yerində dolaşan dəhşətli qarabasmaları arasında yeganə dayanan vasitənin müdafiəçi hökumət olması barədə səviyyəli hekayə qurmaq istəyini cazibədar edir.

Amma bu, bir səhv olardı. Bu gün də dünyanın çox hissəsinin məhkum olduğu yoxsulluq və məhdudiyyətlərdə tarix boyu hökumət rəsmiləri və onların klanlarının ədalətsiz fəaliyyətlərinin izi olduğunu açıq-aydın görmək olar. İnsanların öz əməyi sayəsində sahib olduğu həyətyanı sahə torpağına olan mülkiyyət haqqı danılırsa, feodal sahibkarlar onları köləyə çevirirlər. Cinayətkarlıq və ya hökumətin zənginlik və yaxşı əlaqələr üçün dəstək verdiyi bazar azadlıq demək deyil. Beləliklə, insanların qanunlar əsasında işləməsi əlindən alındığı bu hallarda, İngiltərənin keçmiş Məskunşalma Aktı kimi, onlar yeni iş fürsətləri axtarmaq üçün səyahət imkanından da məhrum olurlar.

Daha da ümumiləşdirilsə: insanların iradəsindən kənar təkrar-təkrar güc və təsirlə yüklənməsi gözləndiyindən, fəal hökumətə inanmaq üçün heç bir əsas yoxdur. Yoxsul olmaq səni hökumətin diqqət mərkəzinə çəkmək üçün əlverişli fakt deyil, əksinə, bu o deməkdir ki, sən istifadə olunur və sui-istifadəyə məruz qalırsan. Siyasətçilər yalnız həqiqi  mənada özlərini təbliğ etdiyi zaman, sənin maraqlarının da müdafiə olunmasını tələb edirlər.

Onlar sizin özünüzə yardım imkanınızı məhdudlaşdırmaq, özünüz və ailəniz üçün layiqli sığınacaq və geyim təmin etmək imkanınızı bahalaşdırmaq istiqamətində qaydalar qoymaqda davam edəcək.  Və hüquq-mühafizə orqanları sizi zorakılığa məruz qoyacaq, ya narkotik qanun və ya immiqrasiya məhdudiyyətlərini gücləndirəcək, ya da sizin həyatınızı bahalaşdırmaq və çətinləşdirməklə, orta təbəqəyə məxsus insanlara rahatlıq yaratmaq üçün  nəzərdə tutulan rayonlaşdırma qaydaları və yerli məcəllələrin uyğun olmasını təmin edəcək.

Müasir cəmiyyətdə hökumətin fəaliyyəti yoxsulluq yaradır və insanları yoxsulluqda saxlayır. Lisenziya qanunları, rayonlaşdırma qaydaları və bənzər məhdudiyyətlər kasıb insanların xüsusi iş bazarlarına daxil olmasını və onların öz yaşadığı ərazilərdən kənarda biznes fəaliyyəti ilə məşğul olmasını çətinləşdirir. Bu cür hökumət qaydaları olmadan insanların yoxsulluq ehtimalı da aşağı düşərdi.

Yoxsulluq sistemli bir problemdir. Bu, çox sayda müxtəlif, qarışıq, qarşılıqlı şəkildə bir-birini gücləndirən amillərin nəticəsidir. Burada yalnız bircə sui-istifadə və ya ədalətsizlikdən əl çəkməklə  bir çox insanı yoxsulluqdan xilas etmək olar. Amma yoxsulluğu həyatımızın dözülməz, eybəcər  elementinə çevirən bütün bu amillərin həllinə yönəlmiş sistemli dəyişikliklə əsaslı fərq yaradıla  bilər. Və bizim ehtiyac duyduğumuz şey hökumət zəmanətli güzəştləri və hökumətin götürdüyü öhdəlikləri ləğv edən sistemli dəyişiklikdir, hökumətin özünün yaratdığı problemləri yoluna qoymaq üçün nəzərdə tutulan başqa dövlət bürokratik fəaliyyəti deyil.

 

Dövlət yoxsulluğu

Yoxsulluq yaratmaq və əhalini yoxsulluq içində saxlamaqda hökumətin rolu, yoxsulluğu endemik edən və kasıb əhalinin yaşamasını çətinləşdirən amillərdən biridir. Məsələn: hökumətlər yoxsulluq əleyhinə xüsusilə yaxşı ödəmələr edən yardım proqramlarını qəbul etmir. Bu, dövlət olmadan ən pis hal təcrübəsi ehtimalı ilə ideal dövlət təcrübəsinin müqayisəsinin qarşısını almaq üçün vacibdir. Əgər biz faktiki dövlət təcrübəsinə diqqət yönəltsək, əslində, kasıb insanların xüsusi olaraq dövlət tərəfindən əla şəkildə himayə olunmadığını görərik. O hökumət ki, müntəzəm olaraq yardım alanların həyatına müdaxilə edir, onların şəxsi hüquqlarını pozur və davranışlarını tənzimləməyə çalışır. İnsanlar dövlət yardımı üçün yüksək qiymət ödəyirlər. Hökumətin yardım proqramları gizli qiymətləndirmə bahasına başa gəlir. Və hökumətlər yalançı stimul yaradan bəzi yoxsulluq əleyhinə proqramlar vasitəsilə yoxsul insanların sayını artırır. Bu da həm hökumətə fondlar qazandırmaq, həm də bürokratlara  öz işlərini  qorumaq üçün insanları kifayət qədər yoxsul saxlamaq məqsədilə lazımdır.

Hökumətlər yoxsulluğun dəyərini artırır. Tikinti məcəllələri və rayonlaşdırma qaydaları yaşayışın dəyərini artırır və insanlara ucuz ev tapmaqda daha çox çətinlik yaradır. Bununla, bəzi insanlar daimi yaşayış evi olmadan yaşamağa məcbur edilir, başqa bir hissə də digər işlərə xərcləyəcəkləri şəxsi gəlirlərinin çox hissəsini mənzil  şərtlərinə sərf etmək məcburiyyətində qalırlar. Kənd təsərrüfatı tarifləri və idxal kvotaları sayəsində ərzaq da çox bahalaşır. Onların gərəksiz şəkildə bahalaşdırılmış olan ehtiyaclarını ödəyən hökumət siyasəti olmadığı halda, yoxsul insanlar daha artıq gəlirə ehtiyac duyacaq və iqtisadi cəhətdən daha təhlükəsiz vəziyyətdə qalacaq.

Hətta hökumət bundan daha çox yoxsul insanlardan pul qazanır. Bir çox kasıb insan dövlət hakimiyyəti altındakı yararlandıqları xidmətlərdən  daha çox vergi ödəyir. Bu insanlar dövlətin tələb etdiyi vergi pulu olmadığı halda, daha çox özəl imkanlara malik olardı. Bundan başqa, bir çox insanlar bu gün ona görə olduqca kasıbdır ki, dövlət onların və ya  əcdadlarının torpaqlarını və başqa resurslarını fəal şəkildə oğurlayır, yaxud da səvət və yaxşı əlaqələr ilə belə oğurluqları qanuniləşdirir.

(Digər üsullar arasında daha spesifik olanı düşünün) Tarixən aşağı şərtlərlə iş qəbul etməyə hazır olan kəndli sinfi və köçkün şəhər fəhlə təbəqəsinin mövcudluğu, dövlət zorakılığı, yaxud dövlətin sərvət və ya geniş əlaqələrlə zorakılığı təqdir etməsinə dözümlü yanaşmasına əsaslanmadan mümkün deyil.  Hökumət əsas malları və xidmətləri əldə etmək üçün qiyməti artırır. Dövlət səhiyyə xidmətləri kimi sahələri xüsusilə bahalaşdırmaq üçün bir sıra şeylər edir (xüsusilə peşə lisenziyalarının, xəstəxana akkreditasiyasının, reseptlərin tələb olunması, dərman və tibbi cihaz patentlərinin məcburiyyəti və ticarətdəki digər məhdudiyyətlər).

Bir araya gələn bütün bu fərqli amillərin hər biri insanların şəraitini olduğundan daha çox pisləşdirir və digər amillərin təsirlərini daha ağırlaşdırır. İnsanlar əsasən geniş miqyaslı ədalətsizliklər üzündən işə daha az pulla başlayırlar. İndi onların görə biləcəyi işin növü və yeri üzərində olan hökumət məhdudiyyətləri üzündən daha az pulları var. Hökumət yaşayış dəyərini artırdığına görə, onların özləri və ailələri üçün layiqli həyat təmin etmək qabiliyyəti daha da məhdudlaşır. Eyni zamanda, hökumətin iqtisadiyyata tətbiq etdiyi qaydalar hətta yoxsullara aşkar şəkildə zərər vuran qaydalarla məhsuldarlığın ümumi səviyyəsini aşağı salır.

Xülasə, dövlət yoxsulluğun yaradılması və əbədiləşdirilməsində mühüm rol oynayır və bu,  həqiqətən nəzərə alınacaq  ən əhəmiyyətli şeydir. Amma əlbəttə, bu, o demək deyil ki, hökumətin sui-istifadələri olmasa, insanların başına qəzalar, fəlakətlər gəlməz və o, ağılsız seçimlər etməzdi. Yaşayış qiymətlərini azaltmaqla, insanlar bu problemlərin öhdəsindən daha asan gələr və bu yalnız hökumətin iqtisadiyyatı sərbəst buraxdığı zaman baş verə bilər. Onlar hələ də bir-birinə yardım etmək üçün lazımdır, ancaq kim belə yardımı vergiylə maliyyələşən dövlət orqanları olmadan əldə etməyin başqa yolu olmadığını düşünürsə, yanılır.

Dövlətin yoxsulluq əleyhinə proqramlarının mövcudluğu alternativləri qarışdırır və yerdə qalanların effektivliyini azaldır. Bu alternativlərin mahiyyətcə nəticəsiz və gücsüz  olduğunu görmək asandır. Lakin onlardan daha önəmli səbəb budur ki, dövlət fəaliyyətinin idarəediciləri pul və diqqəti əks halda belə bir illüziya yaratmaq məqsədilə o alternativlər üzərinə yönəldərdi ki, hökumət olmasa, onların effekti çox aşağı olardı.

İndi yoxsulluğa yardım ancaq vergi fondlarından gəlmir. İnsanlar bu gün hökumətin tələb etdiyi yüksək məbləğdə vergi dərəcəsindən başqa da xeyriyyə məqsədilə pul verir. Elə düşünmək olmaz ki, hökumət  iqtisadi sahədən əlini çəksə, bunu etməyə ehtiyac olmazdı. Zəngin və güclü şəxslərin hazırda dövlət tərəfindən yoxsullara göstərilən xidmətlər əleyhinə fəaliyyət göstərdiyini düşünmək sadəlövhlük olar; yoxsul insanlar zəngin və güclülərə nisbətən daha çox zərbəyə məruz qalır və hökumət də bu insanları ancaq minimum xidmətlərlə təmin edir.

Niyə güman edək ki, zəngin və yaxşı əlaqəli insanlar hökumətin onlardan aldığı vergi pullarını yoxsul insanların yardım xidmətlərinə xərcləməsinə daha çox maraqlı olar, nəinki belə xidmətlərə hökumətin cəlb olunmadığı halda yardım göstərməyə? (Niyə insanlar yoxsullara yardım edən könüllü proqramlar, o cümlədən xeyirxah məqsədlər üçün pul verir? Niyə varlı və daha yaxşı əlaqəli insanlar kasıb insanlara xidmət təminatı proqramlarına dövlət xərclərini müdafiə edir? Ehtimal olunan səbəblərin kombinasiyası, xüsusi qayda, mərhəmət, sosial normalar daxil olmadan, yaxşı nüfuz, pis nüfuzun və sosial qaydasızlığın qarşısının alınması arzusudur. Bütün bu səbəblər azad cəmiyyətdə operativ olardı).

 

Qarşılıqlı yardım

Bundan əlavə, qarşılıqlı yardım şəbəkələri hökumətin təklif etmək istədiyi yaxşı niyyətli xidmət statistikalarını təmin edə bilərdi. İnsanların riskə atıldığı və təqaüd, səhiyyə qayğısı və digər xidmətlərlə təmin olunduğu cəmiyyətlər dövlət sosial xidmətlərinin ortaya çıxmasından əvvəl səmərəli fəaliyyət göstərmiş və  dövlətin olmadığı şəraitdə bunların edilməməsi üçün heç bir əsas yoxdur. Həmçinin, bura insanların daha çox resurslardan istifadə etmək və hökumət fəaliyyəti olmadığı halda, onların tənzimlənməsinə ehtiyac duyulmadığı hal da daxildir.

Həm xeyriyyə, həm də qarşılıqlı yardım hökumətin həyata keçirdiyi yoxsulluq əleyhinə proqramlardan daha vacib, kasıb insanlara kömək etməkdə daha faydalıdır, xüsusilə, ona görə ki, o proqramların yüksək inzibati xərcləri var. (Bu məqam üçün Tom Vudsa təşəkkürlər). Hökumət olmadığı halda, sərbəst şəkildə insanlar tərəfindən dəstəklənən proqramlar belə yüksək xərclərə malik deyil. Çünki donorlar çoxtərəfli proqramlar arasında seçim edərkən, inzibati xərclərin azaldılması üçün qəti şəkildə təkid göstərir.

Bundan əlavə, sosial normalar vergi olmadan icma əsaslı yardım proqramlarına  proqnozlaşdırıla bilən, ardıcıl dəstək təmin edə bilər. Sosial normaların ümumi qəbulu icma gəlirlərinə dəstək fondlarına müntəzəm yardımlar edilməsinə stimul verir  və ya icma yardımına arxalana bilən yoxsul insanların ehtiyac duyduğu yığım üçün mövcud sahələrin hüdudlarını genişləndirir (Leviticus kimi).

Dövlət tərəfindən idarə olunan yoxsulluq əleyhinə proqramlar insanlardan könülsüz şəkildə alınan vergi resurslarından pul əldə edir. İnsanlar onların səmərəli şəkildə istehsal edəcəkləri məhsulun müəyyən qisminin son nəticədə əllərindən alınacağını bildiklərinə görə, daha passiv və həvəssiz çalışırlar. Beləliklə, insanlardan vergi yolu ilə alınan resurslarla yoxsulluq əleyhinə proqramları maliyyələşdirmək iqtisadiyyatda əngəl  kimi fəaliyyət göstərə bilər.  Əksinə, insanlar könüllü olaraq yoxsulluq əleyhinə səyləri dəstəkləyirsə, onların öz məqsədlərinin qarşısı alınmır; onlar bu səyləri dəstəkləmək istəyirlərsə, bunu etmək üçün ağır işləməyə də razı olacaqlar.

İqtisadiyyatın hökumətin nəzarətindən kənar olması ilə, insanlar  yoxsulluq  əleyhinə səyləri əhəmiyyətli dərəcədə dəstəkləyərkən belə, sərvət qazanmaq və ümumi iqtisadi məhsuldarlığı təşviq etmək üçün həvəslə çalışır.

Hökumətin yoxsulluq əleyhinə proqramlarının müdafiəçiləri bəzən narahatlıq keçirirlər ki, dövlətin olmaması ilə on səkkizinci və on doqquzuncu əsrlərdə bir çox insanın məruz qaldığı böyük yoxsulluq və zillət geri qayıdar; onlar çox zaman bu şərtləri dövlət qaydalarının və yoxsulluq əleyhinə proqramların olmamasının xarakterik xüsusiyyəti olaraq göstərirlər. Lakin vurğulamaq vacibdir ki, bu şərtlər ictimai sərvətin daha aşağı ümumi səviyyəsini əks etdirir.

İnsanlar dövlət qaydaları və yoxsulluq əleyhinə proqramların olmamasına görə  kasıb deyil; onlar əsasən ona görə yoxsuldur ki, onların ümumilikdə çox az sərvəti var və beləliklə, yoxsullara yardım etmək istəyənlərin sayı da azdır. (Bu hesab üzrə bir daha Tom Vudsa təşəkkürlər). Əlbəttə ki, bu böyük yoxsulluq və zillət tamamilə təbii və qaçılmaz deyil. Bunun müəyyən qismi  elitanın və onun siyasi dostlarının qəti və islah oluna bilən ədalətsizliyindən irəli gəlir.

 

Təmizləmə

Onu da vurğulamaq vacibdir ki, dövləti iqtisadiyyatdan kənarlaşdırmaq sadəcə dövlət müdaxiləsini dayandırmaq deyil və ola bilməz. Bu həm də hökumətin məsuliyyət daşıdığı və sanksiya verdiyi pozuntuların təmizlənməsi deməkdir. Siyasi imtiyazlı elita birbaşa və vergi ilə maliyyələşdirilən subsidiyalar və dövlət müqavilələri ilə yoxsullara, fəhlə sinfinə, orta təbəqəyə məxsus  insanların torpaqlarını və resurslarını oğurlamışdır.

Bu oğurluq və zorakılıq  tarixini etiraf etmədən, sərvətin və müasir cəmiyyətdə hakimiyyətin bölüşdürülməsini anlamağın heç bir yolu yoxdur. Bunun əhatə dairəsini genişləndirmək üçün keçmişin ədalətsizlikləri aradan qaldırılmalıdır. Məsələn, insanlar dövlət tərəfindən ələ keçirilmiş həyətyanı sahələrə, xüsusilə zorakı şəkildə dövlətə yaxın şəxslərə  ayrılmış torpaqlara sahiblik imkanına malik olmalıdır. Torpaq və digər resurslara sahiblik mümkün olduğu və ya o alınmış torpaqlar şəxslərə qaytarıldığı halda, hökumət qurbanlarının yoxsulluğu əhəmiyyətli dərəcədə azaldıla bilər.

Struktur dəyişiklikləri də hökumətin müdaxiləsi olmadan yoxsulluğu azalda bilər. Sahibləri olmayan qeyri-məhsuldar, becərilməmiş torpaqların vəziyyətinə çətinlik yaradan qaydalar dəyişməklə, məhdud resursları olan şəxslərin sahibliyinə qapı aça bilər və beləliklə, onlar üçün böyük iqtisadi təhlükəsizlik zonası təmin edər.

Hiyerarxik korporasiyalar üçün subsidiya və hüquqi güzəştlərin aradan qaldırılması, belə bir ehtimalı gücləndirərdi ki, insanlar əməkdaşlıq və ya birliklər şəraitində özləri üçün işləməklə (çox da güclü olmayan iqtisadiyyat sahəsindəki şirkətlərin müstəqil podratçılarına nisbətən  daha az risklə) iş təhlükəsizliyini təmin etmiş olardı. Bu zaman onlar başqaları üçün daha yaxşı məvaciblə uğurlu sövdələşmə əsasında işləyərdilər.

Libertarianizm atomizm fəlsəfəsi deyil. Libertarianların qarşılıqlı asılılıq və paylaşılan məsuliyyət dəyəri ilə bağlı  məqsədi var. Aydındır ki, qarşılıqlı asılılıq bazar sifarişi əsasında möhkəmlənir. Ancaq bu da doğrudur ki, birlikdə çalışan dostların, ailə üzvlərinin və kənar şəxslərin qarşılıqlı asılılığı başqalarının həyat problemlərinin həllinə kömək etmək üçündür. Birlikdə işləyən insanlara yoxsulluğun həlli ilə məşğul olan  hökumətin yardımı lazım deyil. Hökumət çox zaman problemi daha da kəskinləşdirir,  bu isə itkinin və iqtisadi təhlükənin  aradan qaldırılması üçün qətiyyən lazım deyil.

Yoxsulluğun bir çox səbəbləri var-lakin bu səbəblərin çoxu bir-biri ilə qarşılıqlı və sıx bağlıdır. Bunların çoxu hökumətin fəaliyyəti nəticəsində yaranmışdır. Əgər biz hökuməti iqtisadiyyatdan kənarlaşdırsaq və hökumət tərəfindən keçmişdə  həyata keçirilmiş və sanksiya verilmiş ədalətsizlikləri qaydaya sala bilsək,  birlikdə yoxsulluğun öhdəsindən səmərəli şəkildə  gələ bilərik.

 

Bu yazı ilk dəfə İqtisadi Təhsil Fondunun (Foundation for Economic Education) "FREEMAN" jurnalında çap olunmuşdur (Yanvar/ fevral, 2012-ci il, Cild.62, Buraxılış 1)

http://www.thefreemanonline.org/features/government-is-no-friend-of-the-...

 

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat