Qanunçuluğun nəzərdən yayınan cizgiləri...

Dr. Xəlil Əhməd, 13/03/2008
“Azad Düşüncəlilər” Assosiasiyası tərəfindən tərcümə edilib.
Hər kəsin azadlıq, mülkiyyət və hüququn qorunmasında bərabər haqqı vardır.
[Voltaire, 1694-1778]
Siz kitab dükanlarından bir çox şeyləri öyrənə bilərsiniz. Bir neçə il bundan əvvəl mən Pakistanın Lahore şəhərindəki bir kitab dükanında ölkəmdəki qanun haqda bir şey öyrəndim. Amma bunu aldığım kitablardan deyil, həmin kitab dükanından öyrəndim.
Həmin kitab dükanı dövlət müəssisəsi idi və mənim ölkəmdə dövlət müəssisələrində işləyənlər digərləri ilə müqayisədə daha çox imtiyazlara malikdirlər. Dükanın meneceri ola bilsin ki, hər hansı imtiyazlara malik idi, amma o hökümətdən adi vətəndaşın gözləyəcəyi heç bir şey almamışdı. Onunla söhbət zamanı mənə bildirdi ki, onun qızları hər gün bir neçə xuliqan ilə yaxınlıqdakı məktəbə gedirlər. Ətrafdakı sakinlər yerli xuliqanlardan qorxurlar, çünki onlar polislə əlbirdir.
O mənə bu vəziyyətdən çıxış yolunu soruşdu. Mən isə dedim: “Öz qonşularına de ki, onları tənbeh etsinlər.” “Bu çıxış yolu deyil! Heç kim onları özlərinə düşmən etmək istəmir”- deyə o cavab verdi. “Sən polisə getmisən?”-soruşdum. “Onlar məndən yazılı şəkildə şikayət etməyi təklif etdilər və bu, son oldu,”- deyə cavab verdi. Mən kitabların pulunu ödədim, lakin sonra bütün kitabların mənasız olduğunu gördüm. Hətta bu ölkənin hər bir vətəndaşını qorumalı olan konstitusiya sadəcə kağız toplusuna bənzəyirdi. Mən təəccübləndim: “Görəsən, qanun yalnız elita üçündür? O yalnız nüfuzlu şəxs və qrupları müdafiə edir? Onun məqsədi nədir?”

Öz vətəndaşlarının təhlükəsizliyini və müdafiəsini təmin etmək hər bir hökümətin məqsədidir. Bu, dünyəvi həqiqətdir. Bütün dövlət institutları fərdlərin azad və xoşbəxt yaşamasını təmin etmək məqsədi ilə dinc qanuni şərait yaradılması üçün mövcuddur. Əgər hökümətlər bu cür şəraitin yaradılmasında məğlubiyyətə uğrayırlarsa, demək onlar tamamilə iflasa uğramışlar.
Mənim hökümətim, Pakistan höküməti, öz qanuni funksiyasını yerinə yetirməkdə iflasa uğramışdı. Pakistan xalqı hökümətin qeyri-qanuni hərəkətlərindən əziyyət çəkir.
Pakistanın qanun normalarına əməl olunmamasından insanların əziyyət çəkdiyi 60 illik tarixi, insanlara qanuna ümumi sayğısızlıq öyrədib. Mənim bir neçə pakistanlı yoldaşım anlayır ki, iki və daha artıq şəxs arasında hüquq dayanır. Hər hansı iki şəxs arasında narazılıq varsa, məsələ qanun vasitəsi ilə həll olunmalıdır.

Pakistanda qanunun olmamasından başqalarına, xüsusi ilə qadınlara qarşı təhqirlər; zəiflərə qarşı hörmətsizlik; qonşunu narahat etmə; qayda, əsasən də yol hərəkət qaydalarının pozulması; və kriminal hadisələrin o cümlədən oğurluq, dələduzluq, dava və hətta qətl hadisələri adi hal almışdır.

Şübhəsiz, Pakistan konstitusiyası icraedici, qanunverici və məhkəmə arsındakı münasibətləri dəqiq müəyyən edir. Konstitusiya hakimiyyətin dinc dəyişikliyini təmin edir. O, prezident, baş nazir, ədalət məhkəmələri, qubernator, nazirlər, müfəttiş, general və digər yüksək vəzifəlilər üçün normalar müəyyənləşdirir. Amma konstitusiya hər şeydən əvvəl o ölkədə yaşayan vətəndaşların fundamental haqlarını qorumalıdır. Hökümət yalnız fərdlərin haqlarını təmin etdiyi zaman onun fəaliyyətinə bəraət qazandırmaq olar. O fərdlər öz-özlüyündə məqsəddir..Konstitusiya, hökümət qurumları və başqa bu kimi şeylər yalnız fərdlərin yaşama, azadlıq və mülkiyyət kimi əsas haqlarını qorumaq üçün alətlərdir.

Hökümət yalnız müəyyən qruplara xidmət etməməlidir. Vətəndaşlar hökümət üçün yaradılmayıb. Mən Lahoradakı kitab dükanında baş verən söhbət haqqında düşünəndə, qərara gəldim ki, mənim hökümətim kitab dükanının menecerini və onun ailəsini qorumaqla məğlub olmuşdur.
Hakimiyyətin öz qanuni məqsədlərini yerinə yetirə bilməməsi, nəticədə konstitusiyaya xəyanət deməkdir. Mənim altmış illik tarixi olan ölkəm bu xəyanətə sübutdur.

Prezident Müşərrəfin ölkənin baş hakimini işdən uzaqlaşdırması konstitusiyanın açıq- aşkar pozulması idi; bundan başqa general Müşərrəf prezident seçkilərində mübarizə aparmaqla bərabər, hələ də ordunun başçısı vəzifəsini tutub saxlamışdır; bununla yanaşı, keçmiş baş nazir Nəvaz Şərif yenidən sürgün edilmişdir, baxmayaraq ki, Ali məhkəmə onun Pakistana qayıdıb burada qalması haqda qərar çıxarmışdır. Bütün bunlar haqlı olaraq qanun pozuntusu sayılır. Utandırıcı haldır ki, insanlar arasında gündəlik baş verən narazılıqlara məhəl qoyulmur və heç bir qanun pozuntusu kimi nəzərə alınmır.

Pakistan höküməti qanuna məhəl qoymamaqla bərabər, etməli olduqlarını etmir və etməli olmadıqlarını edir. O, konstitusiyanın qadağan etdiyi məsələləri pozaraq konstitusiyaya aşkarcasına xəyanət edir. O həmçinin vətəndaşları zorakılıq, oğurluq və qorxudan qoruya bilmədiyi üçün konstitusiyaya xəyanət edir.

Dr. Xəlil Əhməd Pakistandakı Alternativ Həllər İnstitutunun əməkdaşıdır. İnstitutun əsas məqsədi vətəndaşların yaşamaq, azadlıq və mülkiyyət haqlarını qoruyacaq qanun sisteminin yaradılmasıdır.

“Azad Düşüncəlilər” Assosiasiyasının məqsədləri:
- Fərdi azadlıq, özəl mülkiyyət hüquqları və qanunun aliliyi çərçivəsində məhdud hökumət təsirinə əsaslanan azad cəmiyyətlə bağlı fikirlərin təbliğ edilməsi
- Azərbaycanda azad cəmiyyətin formalaşdırılması üçün tələb olunan qurumların və onların sadə Azərbaycan vətəndaşına təsiri barədə insanlara məlumat verilməsidir

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat