Kapitalizm və Azadlıq: Milton Fridmanın 50 illiyinə ithaf

Duayt R. Li, 05/11/2012

Gənclər üçün (1980-ci ildən sonra kollec yaşına çatmış olanlar) Milton Fridmanın 1962-ci ildə yazdığı “Kapitalizm və azadlıq” kitabındakı nailiyyətlərini tam qiymətləndirmək çətindir.  Fridmanın daha limitli hökumət məcburiyyətinə və daha çox bazar stimulları və azadlığa əsaslanan təklifləri Reyqan administrasiyasının başlanğıcında və ya ondan sonra bu yaşa gələnlər üçün qeyri-adi dərəcədə heyrət doğurmayan problemlərin həllini nəzərdə tutur. Bu gənc insanların Fridmanın siyasi  tövsiyələri ilə razılaşıb-razılaşmamasına baxmayaraq, onların bir çox əhəmiyyətli insanlar tərəfindən ciddi qəbul edildiyi məlumdur. Bizim aramızda yaşca ən böyük olanlar bu gün Fridmanın nailiyyətlərini daha əsaslı şəkildə qiymətləndirə bilər. Çünki biz bilirik ki, onun “Kapitalizm və azadlıq” kitabında əks olunan ideyaları ya heç duyulmamış, ya da gülünc şəkildə rədd edilmişdir.

Məsələn, mən kollecdə iqtisadiyyat üzrə ixtisaslaşmışdım və ilk əsas  kursumu (makroiqtisadiyyat) 1960-cı ildə keçdim. Bu kurs Keynes modelini və bu modelin maliyyə siyasəti ilə biznes dövriyyəsini necə azaltmağın mümkünlüyünü əks etdirirdi. Pulun rolu çətin qeyd edildiyi halda, model irəli sürürdü ki, real iqtisadiyyat pul kütləsindən təsirlənmir və inflyasiya tamamilə artıq məcmu tələblə izah olunur. Fridman, yəqin ki, bu kursda iştirak etməyib. O, yəqin ki, bunu ötürərək, hökumət müdaxiləsi olmadan enmə və tənəzzüldən kənar iqtisadiyyata gətirən bazar güclərinin imkanına inanmaqda olanların sonrakı kurslarında olub.

Mənim kurslarımın hər hansı birində  heç vaxt “Kapitalizm və azadlıq” kitabında əks olunan peşə lisenziyasının aradan qaldırılması ilə bazar rəqabətindən asılılığın artması, hərbi personal üçün layihənin bir bazarla əvəzlənməsi  və dövlət məktəblərində valideynləri təhsil vauçerləri ilə təmin etməklə tələbələr üçün bazar rəqabəti yaratmaq kimi təkliflər  qeyd olunmamışdı. İlkin əsaslarda və orta mikroiqtisadiyyat kurslarında, təsvirli təqdimatlar dövlət siyasətinə az aidiyyəti olan qeydlərin şərhi ilə müşayiət olunurdu.

1962-ci ildə akademik iqtisadçıların böyük əksəriyyətinin iqtisadi tərəqqi üçün (əgər təkcə bu deyilsə) ən yaxşı ümidlərin Keynesin fiskal siyasəti əsasında dayanan dövlət xərcləri olduğuna inandığı zaman, Fridman meydanda bazarlar və azadlıq məsələsini səsləndirən yeganə şəxs idi. Xoşbəxtlikdən, Fridmanın səsi güc arqumentlərinin təsirli məntiqindən və aydınlığından alırdı. Amma 1962-ci ildən əvvəl onun arqumentləri xüsusi olaraq akademik iqtisadçılara ünvanlanmışdı. Onların çoxu həmin arqumentləri rədd etməyə və ya zəiflətməyə çalışırdılar, amma yaxşı bilirdilər ki, Fridmanla razılaşıb-razılaşmamalarına baxmayaraq, ona diqqət yetirməlidirlər.

 

Keynesdə çıxış qapısı

Fridman aparıcı iqtisadçılar arasında məşhur olmasından əvvəl, 1941-ci ildə o, özünü Keynes tərəfdarlarından sayırdı. Lakin o, 1946-1976-cı ildə Çikaqo Universitetində dərs dediyi zaman, öz ixtisasından kənara nəzər saldıqda, Keynes modelinin problemlərini görməyə başladı. O, 1957-ci ildə nəşr etdirdiyi “İstehlak funksiyası nəzəriyyəsi” kitabında uzun müddət ərzində təhlil etdiyi məlumatlardan istifadə edərək, göstərdi ki, Keynesin iddia etdiyi kimi, milli gəlir yüksəldiyi halda, istehlak üçün marginal meyl azalmır və Fridman bu emprik nəticənin nəzəri izahını verdi.

Bu kitab bir ölkənin gəliri artdığı halda, məcmu tələbin qorunub saxlanması  və davamlı işsizlikdən yaranan aşağı tələbatın qarşısını almaq üçün daha çox dövlət xərclərinin tələb olunması haqqında məşhur Keynes arqumentini sarsıtdı.

1963-cü ildə Fridman Keynes iqtisadiyyatının  etibarlılığı haqqında əlavə skeptisizm yaradan bir məqalə və kitab nəşr etdi. Deyvid Meyselman ilə birlikdə o, "Amerika Birləşmiş Ştatlarında  Pul dövriyyəsi sürətinin nisbi sabitliyi və  İnvestisiya multiplikatoru, 1897-1958" məqaləsini nəşr etdi. Burada qiymətləndirilən Keynes sıfır multiplikatorunun mənası oydu ki, federal hökumət tərəfindən xərclənən əlavə dollarlar, sadəcə iqtisadi fəaliyyəti stimullaşdırmaq üçün heç bir şey etməyən dövlət xərclərinin eyni məbləğdə şəxsi xərclərlə əvəz olunması ola bilər.

Həmin il, 1963-cü ildə  Fridman və Anna J. Şvartsın 15 illik faktların toplanması və diqqətli təhlili nəticəsində meydana çıxan “Amerika Birləşmiş Ştatlarının Pul tarixi: 1867-1960” nəşri işıq üzü gördü.  Bu kitabı gözdən salmaq üçün Keynes tərəfdarlarının çox səy göstərməsinə baxmayaraq, oradakı güclü empirik və nəzəri dəlil  iqtisadçılar üçün qısamüddətli iqtisadi fəaliyyət və  uzunmüddətli qiymət səviyyəsində pul kütləsinin dəyişikliklərinin əhəmiyyətini rədd etməkdə olanları susdurdu.

Fridman 1967-ci il Amerika İqtisadi Assosiasiyasının prezidentliyi ünvanında (“Amerika İqtisadi İcmalı” nəşrində "Pul Siyasətinin rolu" başlığı ilə çap olunub) “Phillips Curve” kimi tanınan və “yüksək inflyasiya aşağı işsizlik səviyyəsi ilə, aşağı inflyasiya da yüksək işsizliklə bağlıdır” fikrini açıqlayan emprik nəticəni aydınlaşdırdı. İşsizliyi azaltmaq üçün yeganə yolun daha çox inflyasiya və inflyasiyanı azaltmaq üçün yeganə yolun daha çox işsizlik olduğu nəticəsini qəbul etməklə, bu fikrin Keynes tərəfdarlarının mövqeyini dəstəklədiyi görünürdü.

Fridman qeyd etdi ki  “Phillips Curve” təsiri qısa müddət üçün mövcuddur,  lakin uzun müddətdə inflyasiya və işsizliyin eyni zamanda necə artmasını (yaxud azalması) aydınlaşdırmaq üçün pul nəzəriyyəsindən istifadə olunmasını hansısa Keynes modeli izah edə bilməz.  Bu ünvanın bir neçə ili ərzində Amerika iqtisadiyyatı artan inflyasiya və işsizlikdən əziyyət çəkirdi və  getdikcə daha aydın oldu ki, Keynes iqtisadiyyatı Fridmanın intellektual hücumundan ciddi zərbə alıb.

 

Nüfuz və şöhrət

Fridmanın ümumi Keynes mülahizələrini dağıtmasına dair bu nümunələr bizim iqtisadiyyat anlayışımıza yalnız kiçik bir töhfədir.  Lakin bu Fridmanın 1970-ci ilin ortalarında əldə etdiyi yüksək peşəkar nüfuzunu göstərmək üçün kifayətdir. Bu nüfuz  onun “Kapitalizm və azadlıq” kitabında tövsiyə olunan siyasi ideyalarının 1962-ci ildə olduğundan daha ciddi qəbul edildiyini göstərirdi.  Amma onlar Fridmanın dövlət siyasətinə təsirində başqa faktor təklif edir.

Fridmanın professional nüfuzu artıq 70-ci illərin ortalarında çox yüksək idi, belə ki, onilliyin son yarısında Amerika iqtisadiyyatını xarakterizə edən staqflyasiya (artan işsizlik və inflyasiya ilə iqtisadi durğunluq) ümumi ictimaiyyət arasında onun nüfuzunu xeyli artırdı. Fridman 1960-cı illərdən etibarən ictimai rəy yaratmaqdaydı, xüsusilə 1966-cı ildə “Newsweek” jurnalında yazmağa başladığı sütun yazısı ilə. Bu, şübhəsiz, onun daha çox tanınmasında mühüm faktor idi. Beləliklə, onun yolu şəhərciklərdəki söhbətlər, biznes qrupları üçün söhbətlər (o, biznesin rəqabətə qarşı siyasi müdafiəsini nəzərdə tutan baxışın daimi tənqidçisi idi) formasında olan görüşlərə açıldı. 1973-cü ildə isə onun “Playboy”da geniş yayılan bir müsahibəsi dərc olundu.

Amma bu ictimai məşhurluq 1976-cı ildə onun geniş şöhrət qazanaraq iqtisadiyyat üzrə Nobel mükafatı almasında sıçrayış rolu oynadı.  Bu işində o, iqtisadi yeniliklərdə və Keynes iqtisadiyyatında hökm sürən staqflyasiyanı izah etmiş və proqnozlaşdırmışdı. Jurnallardakı  köşə və müsahibələrdən əlavə, Fridman yüksək reytinqli televiziya şousu  “Phil Donahue Show”da göründü. Fridman yəqin dünyada yeganə iqtisadçı idi ki, geniş tamaşaçı kütləsinə hesablanmış cəmi üç TV şəbəkəsinə böyük sayda seyrçi cəlb edə bilərdi.

Məsələ ondadır ki, staqflyasiya  Keynes siyasətinə inamı sarsıdan  zaman, ictimai diqqət Fridmana, onun hazırlanmasına və təbliğinə illəri sərf etdiyi alternativ iqtisadi siyasətinə yönəldi. Fridman 1982 –ci ildə “Kapitalizm və azadlıq” kitabının ön sözündə bunu öz nüfuzuna təsir göstərən mühüm faktor kimi dəyərləndirdi: "Təkcə bir real və ya düşünülən böhran real dəyişiklik yaradır. Bu böhran baş verdiyi zaman, görülən tədbirlər kənarda  qalan ideyalardan asılı olur. Beləliklə, mən inanıram ki, bizim əsas funksiyamız budur: mövcud siyasətlərə alternativlər yaratmaq, onları o vaxta qədər canlı və işlək saxlamaq ki, siyasi baxımdan imkansız olan siyasi baxımdan  qaçılmaz olur ".

1979-cu ildə  yeni Federal Ehtiyatın sədri Paul Volker anladı ki,  davamlı iqtisadi staqflyasiya Keynes siyasətindən fərqli bir şey tələb edir və o, Fridmanın möhkəm pul siyasəti ilə staqflyasiyaya zərbə vurmaq məsləhətinə əməl etdi. Fridman (və “Phillips Curve”) proqnozlaşdırdığı kimi, ilkin təsir işsizliyi artırmalı idi. Amma Fridman onu da proqnozlaşdırdı (“Phillips Curve”dən fərqli) ki, ləngimədən sonra inflyasiya gözləntilərini sarsıtmaq lazımdır, bununla inflyasiya və işsizlik düşməyə başladı və  iqtisadi artım tempi yüksəldi.

 

Keynesin davamlı çağırışı

Bu mübahisəli deyil ki, Fridman siyasi arenada Keynes tərəfdarlarına qarşı döyüşü qazandı. Ancaq ona görə ki,  iqtisadiyyat akademikləri arasında geri çəkilməkdə olan Keynes iqtisadçıları avtomatik olaraq siyasətçilərə öz çağırışlarını dayandırmadılar. Bir neçə siyasətçi, əks qütblü olsa belə, problemlərin çevik həllinə zahiri görünüş verən siyasətə siyasi dəstək yoluyla müqavimət göstərə bilər. Keynes siyasəti bu şərtlərə uyğun gəlir.

Keynes tərəfdarları məcmu tələbin iqtisadi artımın inkişafında  əsas güc olduğunu nəzərdə tutur və inanırlar ki, insanların dövlət xərclərinə çevik cavab verməsi onların tələbatını və beləliklə, gəlirlərini artıra bilər. Siyasətçilər tərəfindən dəstəklənən bu xərclər müəyyənləşmiş məlumatlı və tanınmış insanlara iş imkanı yaratmaqla, xüsusi maraq qruplarının birbaşa mənfəətinə yönəldilə bilər.

Keynes siyasətinə daha az dəstək verən siyasətçilər üçün başqaları tərəfindən xərclərdə geniş şəkildə azalmanı, itirilən  və ya heç zaman yaradılmayan işləri izləmək daha çətindir. Əksinə, Fridmanın siyasi tövsiyələri   bazar vasitəsi ilə iqtisadiyyatın istehsal gücünü səmərəli şəkildə artırmaqla və  istehlakın yalnız lüğətdə istehsaldan əvvəl gəldiyi mülahizəsini anlamaqla işləyir. Lakin bu siyasət uzun müddət  bizim sərvətlərimizdə yayılmanı və əlavə təkmilləşdirmələri təmin etmək üçün dolayı şəkildə işləyir. Belə ki, bu fayda əsasən gözəgörünməz olur  və  lap nəzərə çarpsa belə, siyasətçilər onun mənfəətini asanlıqla götürə bilməzlər.

Bu bizi Fridmanın  mövcud olan siyasətlər işləmədiyi zaman, alternativ siyasətin mövcud olması məsələsinin əhəmiyyəti haqqında baxışına geri qaytarır.  Böyük Tənəzzül zamanı Keynes siyasətlərinin uğursuzluğu ilk olaraq ictimai dəstəyi sarsıtdı. Şübhəlidir ki, bu gün Amerika siyasətçilərinin əksəriyyəti Keynes tərəfdarı olduğunu iddia edir-bir çoxu da yüksək işsizliyə baxmayaraq, federal xərclərin azalmasına tərəfdar çıxır.  Bunun fəaliyyətə necə səmərəli şəkildə tətbiq olunduğu görünən şəkildə qalır, lakin hadisələr Fridmanın istiqamətindəki siyasi ağırlıq mərkəzini aydın şəkildə dəyişir.

Onun təklifləri makroiqtisadiyyatdan daha çox məsələlərə aiddir və onlar adətən, siyasi baxımdan uğur qazanan zaman real olur, çünki  onlara hadisələr siyasi cəhətdən nüfuz qazandırır. Bu siyasətlərin siyasi baxımdan ən uğurlusu “Kapitalizm və azadlıq” kitabında təqdim olunan bütünlükdə könüllülərdən ibarət  ordudur, bu siyasət  1973-cü ildə qəbul edilmiş və Vyetnam müharibəsinin qeyri-populyar olması ilə dəstək qazanmışdır.

Kitabda uğurlu siyasi hücumlardan biri peşə lisenziyası əleyhinə(hətta tibdə belə)  dövlət siyasətini hədəf alır, Fridmanın fikrinə görə, bu, azad cəmiyyət prinsipləri ilə bir araya sığmır.  Ola bilsin ki, bu uğurun çatışmazlığı  Fridmanın arqumentində hər hansı əskiklik ilə deyil, peşə lisenziyası ilə bağlı problemlər üzrə  ictimai narahatlığa yönəldilmiş  hər hansı bir tədbirin olmaması ilə izah edilir.

“Kapitalizm və azadlıq”ın  ikinci ən uzun fəsli təhsil və məktəb seçiminə həsr olunub. Heç kim inkar edə bilməz ki, məktəb seçimi Amerika Birləşmiş Ştatlarının mühüm siyasi hərəkatına çevrilib, hökumətin məktəb lobbisi tərəfindən tamamilə rədd edilən bu hərəkat tam ciddi təhlükə hesab edilir. Digər tərəfdən, bu hərəkat güclü siyasi müxalifət və çoxsaylı uğursuzluqlarla qarşılaşır.

Hökumət təhsili (K-12) böhran nöqtəsinə çatmış deyil, amma tədricən azalmaqdadır. Onun ən böyük qurbanı nisbətən yoxsullardır ki, onların səsi müəllim ittifaqlarının xüsusi maraqlarının ödənilməsinə davamlı xidmət edən siyasət nümayəndələri tərəfindən qazanılacaq.

Yer məhdudiyyəti əhatəli şəkildə ictimaiyyətə təsir edən tədbirlərlə müəyyən olunmuş  Fridman təkliflərinin siyasi uğurunu göstərmək üçün mənə əlavə nümunələr verməyə mane olur. Bu, Fridman ideyalarının gücünün onun siyasi uğurunda çox mühüm rol oynadığını inkar etmir. Ancaq nə vaxt ideyalar Fridmanın etdiyi kimi,  siyasi stimullara zidd gedir, onlar nə dərəcədə parlaq olmasına baxmayaraq, siyasi arenada eşidilməkdə böyük çətinliklə üzləşir. Lakin Fridmanın “Kapitalizm və azadlıq” kitabındakı  arqumentlərin parlaqlığı siyasi uğur əldə etmək üçün kifayət olmasa belə, önəmlidir.

 

Bu yazı ilk dəfə İqtisadi Təhsil Fondunun (Foundation for Economic Education) "FREEMAN" jurnalında çap olunmuşdur (12 oktyabr 2012-ci il, cild 62. buraxılış: 8)

http://www.thefreemanonline.org/features/capitalism-and-freedom-a-50th-a...

 

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat