Hökumət bizi necə kökəldir

Doktor Cenna Robinson, 15/1/13

Amerikada hökumət qida lobbisindəki əlaltılarının köməyilə bizim kökəlməmizə və kök qalmamıza yardım etmişdir. Subsidiyalar və yanlış qida təklifləri ilə Konqress, ƏDNİ və BŞKTN amerikalılar üçün daha effektiv pəhriz qərarlarının qəbul edilməsini çətinləşdirmişlər.

Elə görünməsin ki, bizim üçün fərqi yoxdur. Amerikalılar ildə arıqlama məhsullarına və xidmətlərinə 33 milyard sərf edirlər. İstənilən zaman kəsimində Birləşmiş Ştatlarda qadınların 45%-i və kişilərin 30%-i arıqlamağa çalışırlar, ancaq yenə də, amerikalılar formadan çox çıxıblar.

Yetkin yaşlı insanların 65%-nin normadan artıq çəkidə olduğu Birləşmiş Ştatlarda piylənmə əsas sağlamlıq riskidir. 1980-ci ildə 14.5% olan piylənmə göstəricisi bu gün 30.5%-ə qədər artmışdır. Uşaqlar arasında çəkisi normadan artıq olanların faizi hər zamankından daha yüksəkdir: 2-5 yaşlı uşaqlar arasında 10.4%, 6-11 yaşlı uşaqlar arasında 15.3 % və 12-19 yaşlı gənclər arasında 15.5%.

 

Yanlış informasiya

Ərzaq piramidasını xatırlayırsınızmı? 1982-ci ildə hökumət orqanları amerikalılara gündəlik yağ istifadəsini 40 %-dən 30%-ə qədər azaltmağı bildirdilər və biz də onların məsləhətinə əməl etdik. Yağın əvəzinə amerikalılar daha çox karbohidrat qəbul etməyə başladılar: bu isə, SFKU Pediatriya Professoru Dr.Robert Lastiqin dediklərinə görə, 1989-cu ildən bəri adambaşına 57 qram artım deməkdir. Bu gün tipik amerikan pəhrizi 50% karbohidratdan, 15 % zülaldan və 35 % yağdan ibarətdir.

Eyni zamanda, Ərzaq və Dərmanlara Nəzarət İdarəsi BŞKTN Karbohidrat Qidalanması Laboratoriyasının fikrinə zidd olaraq hətta diabet xəstələri üçün şəkərə «Ümumən Təhlükəsiz» statusunu vermişdir. 2011-ci il Kənd Təsərrüfatı Maliyyə Qanununa əsasən, Konqress müəyyən etdi ki, pizza sousu məktəb naharlarında tərəvəz sayıla bilər.

Hökumətin bu kimi tövsiyyələrinin düzgün olub-olmaması məsələsi bir kənara qalsın, onun qida nəzarətçisi kimi gördüyü tədbirlər sayəsində amerikalılar artıq öz qidalanmalarına görə cavabdehlik daşımırlar. 1990-cı illərdə amerikalı qadınlar az yağlı Snackwells (snekvel) dessertlərinə «dadanmışdılar». Bu desertlər hökumətin standartlarına cavab verirdi: onlar az yağlı idi və tərkibindəki şəkər «təhlükəsizdi». Uşaqlarını məktəbə göndərən valideynlər elə bilirdilər ki, orada uşaqlar sağlam meyvə və tərəvəzlər yeyirlər, onlar heç vaxt uşaqlarının hər gün nə yediklərini soruşmurdular.

Hökumətin tövsiyyələri özəl qidalanma qruplarını da «rəsmi» məsləhətlə rəqabət aparmaqdan çəkindirir. Dr. Atkin özünün Pəhriz İnqilabı yazısını yazarkən qarşılaşdığı tənqidi yada salaq; bestseller olmasına baxmayaraq, bu yazı qidalanma qurumu tərəfindən tənqid atəşinə tutuldu. BŞKTN-nın Kənd Təsərrüfatı Resurs Xidməti hələ də «yeni priyom» kimi başlanan pəhrizə qarşı xəbərdarlıq edir.

İllər boyunca hökumətin tövsiyyələri sayəsində donuz yağı transyağlarla əvəz edilmişdir (indi sonuncu ölümcül hesab olunur). Həmçinin, bu illər ərzində yağ marqarinlə əvəz edilmiş, sonra yenidən yağa geri döüş olmuşdur. Bundan başqa, yumurta, portağal şirəsi, vitaminlər, balığın müəyyən növləri və əti yemək üçün hansı temperaturun təhlükəsiz olmasına dair ziddiyyətli tövsiyyələr də verilmişdir. Belə olan halda, amerikalıların sağlamlıq məqsədlərindən uzaq olması sizcə təəccüblüdür?

 

Subsi-dietalar

Kənd təsərrüfatı subsidiyaları hökumətin tövsiyyələrini möhkəmləndirir. Çoxları soya, qarğıdalı, düyü və buğda kimi az məhsul üçün çalışırlar ki, bunların hamısı ucuz və çox emal edilən ərzaqlara çevrilir.

Qarğıdalı məsələsini yada salaq. 1980-ci illərin ortalarından başlayaraq, qarğıdalının bazar qiyməti aşağı olsa da, hökumət subsidiyaları sayəsində fermerlər üçün qarğıdalı gəlirli məhsula çevrildi. Orta Qərb bölgəsindəki təsərrüfatlar böyük miqdarda qarğıdalı yetişdirməyə başladılar. Ərzaq şirkətləri tariflər və idxal kvotaları nəticəsində bahalaşmış şəkəri əvəz etmək üçün ucuz qarğıdalını tərkibində yüksək fruktoza olan qarğıdalı siropuna (YFQS) çevirdilər. Subsidiyalar ABŞ-dan kənarda ucuz məhsul təchizatçılarının yolunun bağlanması demək idi.

YFQS daha sonra çörək, çörək məmulatları, dənli məhsullar, ədviyyat konservləşdirilmiş tərəvəzlər, makaron sousu kimi şəkərsizləşdirilmiş məhsullara və hətta qida normasına da ayaq açdı. Bu gün orta amerikalı ildə 41.5 funt YFQS yeyir ki, bu da ABŞ qarğıdalı subsidiyaları ilə maliyyələşdirilir. Bu, BŞKTN-nin məlumatlarına görə bizim orta hesabla yediyimiz 29 funt ənənəvi şəkər miqdarına əlavədir.

Buğda, düyü və soya da eyni şəkildə emal olunan ərzaq məhsullarına çevrilmişlər. Buğda zülal alınaraq emal edilir, yaxud da mineralsız ağ un əldə etmək üçün üyüdülür. Düyünün tez bişməsi üçün vitaminli kəpəyi götürülür. Soya paxlası xırdalanır, yumşaldılır və minlərlə məhsula yeridilir.

Hökumət subsidiyaları sayəsində bu məhsullar subsidiyasız xam məhsula, balıq və ya ətə nisbətən çox, çox ucuzlaşır. Təbii olaraq, bu ucuzluğa görə amerikalılar həmin məhsulları böyük həcmdə alırlar. Bu gün amerikalıların ərzağa ayırdıqları büdcənin 23%-i emal olunmuş ərzağa və şirniyyata sərf olunur (1982-ci ildə bu göstərici 12 % olmuşdur).

 

Hökuməti ərzaq rəflərindən uzaqlaşırmaq

Qidalanma konkret elmə əsaslanmır. Müxtəlif tədqiqatçılar arıqlamaq və sağlamlığı yaxşılaşdırmaq üçün aşağı karbohidrat təribli, yaxud da vegetarian ərzaqlarından, “bütöv” ərzaqdan istifadə etməyi, ya da kalori hesablamasına əsaslanan pəhriz saxlamağı məsləhət görürlər. Ancaq bir məsələ aydındır: hökumətin nəzarəti bizi səhv yola, yəni heç bir həkimin, qidalanma mütəxəssisinin və ya tədqiqatçının məsləhət görmədiyi şəkəri artırılmış və emal olunmuş ərzaqlara doğru aparır. “Standart Amerikan Pəhrizini” təkmilləşdirmək üçün hökumətin atmalı olduğu ilk addım yoldan çəkilməkdir.

 

Əlavə məlumat üçün: http://www.fee.org/the_freeman/detail/how-government-makes-us-fatter#ixz...

 

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat