Spiralvari Dinamika: İcmal

Troy Kamplin, 6/2/13

Bizim sivilizasiyalar vaxt keçdikcə dəyişir. Bəs psixologiyamız necə? İnsanın inkişaf nəzəriyyələrindən birinə görə, biz təbiətimizin fərdi olmasına baxmayaraq, daha mürəkkəb cəmiyyətlərdə daha mürəkkəb ola bilirik. Azadlıq tərəfdarları bizə yol göstərirlər.

F.A.Hayek hesab edirdi ki, cəmiyyətlər özü təşkil olunan şəbəkə prosesləri və ya «spontan quruluşlardır». Spontan quruluş dedikdə, mürəkkəb, uyğunlaşan, qeyri-xətti sistemlər nəzərdə tutulur ki, bunlar da ardıcıl keyfiyyətlərə malikdirlər. Bu sistemlər inkişaf edir, dəyişir və mürəkkəbləşirlər və bütün bu proseslər məqsədyönlü şəkildə heç kim tərəfindən təşkil olunmur.

Cin Piaget uşaqların inkişafına dair bənzər nəzəriyyə işləyib hazırlamışdır. İnsan beyni mürəkkəb şəbəkə olduğundan, uşaqlar psixoloji olaraq müəyyən edilə bilən mərhələlərlə inkişaf edirlər ki, bunlar da getdikcə mürəkkəbləşən psixoloji səviyyələr əmələ gətirirlər. Piaget uşaqlıq mərhələsində dayanmışdır.

1950-ci illərdə Kleyr Qreyvs Piagetin psixologiyasını  yetkin yaş dövrünə qədər inkişaf etdirdi. Don Bek və Kristofer Kovan Qreyvsin modelini inkişaf etdirərək Spiralvari Dinamikanı işləyib hazırladılar. Qreyvs iddia edirdi ki, dəyişən həyat şəraitinə cavab olaraq insanlar yeni psixoloji mərhələlərə qədəm qoyurlar. Cəmiyyətdə müəyyən bir mərhələyə aid kritik sayda insan olduqda, cəmiyyət özü psixoloji inkişafın başqa bir mərhələsi üçün sosial şərait yaradaraq dəyişir.

Beyin daim fəal və dəyişən xarakterə malik özü təşkil olunan şəbəkə olduğundan, biz başa düşməliyik ki, bu dəyişiklik üçün vaxt tələb olunur. Cəmiyyət də bir-biri ilə ünsiyyətdə olan beyinlərin şəbəkəsi olduğundan, biz sosial transformasiya prosesinə bu psixoloji mərhələlərin əksi kimi baxmalıyıq.

Sosial-psixoloji orientasiya və ya özünüifadə mərhələləri iki yarusdan ibarətdir. Hər bir mərhələnin öz rəngi var. Gəlin, bu mərhələlərə nəzər salaq.

 

Birinci yarus: Yaşayış və quruluş

Bej – Arxaik-instinktiv (Mənşəyi: 100,000 əsr bizim eradan əvvəl)

Özünüifadə bizə Paleolit dövründəki əcdadlarımızdan miras qalıb. Bu mərhələ eqosentrik, sürvivalist xarakterə malikdir və bizim həyatımız təhlükə altında olan zaman hamımız bu mərhələdən keçirik.

Bənövşəyi – Animistik-tayfa (Mənşəyi: 50,000 əsr bizim eradan əvvəl)

Bu mərhələdə sosial-psixoloji orientasiya böyüklərə güzəşt edilir və adətlər qrupa ayrılır. Bu, ənənəvi mədəniyyətlərin ifadə etdiyi səviyyədir. Daha kollektivist olan bu mərhələdə həyat dostluq və ailə bağları üzərində cəmləşir. Animizm – ruhun canlanması ideyası – bu mərhələdə gözlənilmədən meydana gələ bilər. Tayfalar dostların, ailənin və əcdadların müqəddəratını həll edirlər.

Qırmızı – Eqosentrik-dominionist (Mənşəyi: 7,000 əsr bizim eradan əvvəl)

Tayfadan sonra eqosentrik mərhələ meydana gəlmişdir. Fərdin heç bir təqsiri olmadadan və utanmadan nə istədiyindən asılı olaraq özünüifadə impulsivdir. Bu, küçə bandalarının, Vikinqlərin və s. düşüncə tərzidir. Əgər siz İliada və Odisseyi oxumusunuzsa (ya da sizin yeniyetmə övladınız) varsa, bu mərhələ sizə tanış gələ bilər. İnsanlar bu mərhələdə müəyyən insanların qəhrəmanlıqlarını qeyd edirlər. Gücə sitayiş olunur. Qəhrəmanlar imperiyaları idarə edirlər.

Mavi – Avtoritar-mifik (Mənşəyi: 3,000 əsr bizim eradan əvvəl)

Avtoritar-mifik özünüifadə şəxsi fədakarlıqdan və müəyyən bir məqsəd naminə haqlı hakimiyyətə itaət etməkdən irəli gəlir. Fundamentalist dinlərdən qaynaqlanaraq imperiya daxilində geniş miqyaslı icma həyatı formalaşır. Orta əsrlər Katolisizmi və müasir İslam aləmi bunun nümunələridir. Bu mərhələnin əsas xüsusiyyəti «düzgünlüyə» inanmaqdır, yəni qəddar hakimiyyətin qoruduğu, ancaq kökü mifə dayanan bir məqsəd yaratmaqdır.

Narıncı – Multiplistik-elmi/strateji (Mənşəyi: bizim eranın 1,000 əsri)

Bu mərhələdə  başqalarında hiddət oyatmadan öz məqsədlərinə nail olmaq məsələsi strateji baxımdan müəyyən edilir. Elmi inqilab və sənaye inqilabında təşəkkül tapan bu özünüifadədan sosial şüurlu, ancaq individualistik psixologiya yaranır. Maarifçilik və müasir kapitalizm narıncı mərhələyə aid hadisələrdir. Bu sosial-psixoloji mərhələni bir çox insanlar klassik liberalizm adlandırırlar (əvvəlki səviyyənin daha mömin hakimiyyəti ilə üst-üstə düşdükdə Amerikan tərzi konservatizm yaranır).

Yaşıl – Relyativistik-eqalitarian (Mənşəyi: 1850-ci il, 20-ci əsrin əvvəllərində vüsət almışdır)

Yaşıl səviyyədə insanlar öz maraqlarını başqaları tərəfindən qəbul edilmək, qrupa daxil olmaq və sosial harmoniya naminə qurban verirlər. 1960-cı illərin relyativizmi və eqalitarianizmi bu mərhələdə təşəkkül tapmışdır. Sosializm kimi, ekzistentializm və postmodernizm də bu mərhələ üçün səciyyəvidir. Sosializmi bazarlara uyğunlaşdırmaq cəhdi müasir rifah vəziyyətini yaratmışdır (Qeyd: əksər libertarianlar klassik liberalizmi ən yüksək və ya ən kamil psixoloji mərhələ hesab edirlər ki, bundan sonra tarazlaşdırma meydana gəlir: biri atomistik individualizm, ikincisi isə, avtoritar kollektivizm xaricində).

 

İkinci yarus – Mövcudluq və quruluş

Spiralvari dinamika sosial-psixoloji ifadənin ikinci yarusunu özündə birləşdirir. Bu yarusda mərhələlər tədricən birinci yarusun yaşayış məzmunundan uzaqlaşır (mən necə yaşayıram və təşkil olunuram?) və mövcudluq məsələsinə yönəlir (mən kiməm və hansı əlaqələrim var?). Bu iki yarusa dair araşdırmalar mövcud deyil.

Bu məsələyə dair yekdil razılıq olmasa da, əksər insanlar sarı və zümrüdü mərhələləri narıncı və yaşıl mərhələlərin daha mürəkkəb versiyaları hesab edirlər. Qeyri-məhdud nəzəriyyədə müəyyən edilir ki, cəmiyyət inkişaf etdikcə hazırda inkişaf etməkdə olan hər hansı yeni mərhələlər də tamamlanacaq.

Sarı – Sistemli-inteqrativ (mənşəyi: 1950-ci illər)

Sarı mərhələdə özünü ifadə fərdin nə istəməsindən çox, başqalarına ziyan vurmamaq istəyi ilə əlaqəlidir. Burada maraqlı bir şey baş verir: daha individualistik eqo mürəkkəb, dinamik və evolyusion aləmdə özünə yer edir. İnsanlar məsuliyyətli və azad fərdlər kimi başa düşülməlidir, ancaq bu azadlıq daha geniş fərd sistemlərinə inteqrasiya olunmalıdır (Hayek bu mərhələnin inteqrationisti olmuşdur).

Zümrüdü – vahid (mənşəyi: 1970-ci illər)

Müəyyən edəcəyimiz son mərhələ inteqrativ mərhələdir ki, bu mərhələ də orqanizmin zəruri özünümarağını iştirak etdiyi icmaların və alt sistemlərin maraqları ilə birləşdirir. Nəzəriyyə hələ də formalaşır, ancaq zümrüdü mərhələ dünyanı kompleks şəkildə görür ki, burada fərd cəmiyyətə, cəmiyyət də fərdə öz töhfəsini verir.

 

Daha Libertarian

Spiralvari dinamika müəyyən edir ki, davamlı sosial təkamül getdikcə daha çox libertarian düşüncə tərzini formalaşdıra bilər. Daha avtoritar səviyyələrdə bu ümumi tendensiya pozulsa da, libertarian tərzli düşüncə daha çox insanı birləşdirir.

Hər inkişaf mərhələsində bizim başqaları ilə həmrəylik anlayışımız inkişaf edir: “ardıcıl inananlardan” “tərəfdaşlara” və “dünyadakı hər kəsə." İndi, ikinci yarusa aid mürəkkəb sistem dühüncəsi ilə, biz hissə-bütün münasibətlərini başa düşürük ki, bu da necə və nə üçün suallarının əlaqələndirilməsidir. Bizim birləşməmiz və inteqrasiyamız fərdi münasibətlərdə yaranır ki, bunlar da kommersiya və birləşdirici texnologiyalar ilə sürətlənir və dərinləşir.

Maraqlıdır ki, ilk altı səviyyə bizim psixoloji mərhələlərimizi rəqib kimi rədd etsələr də, sarı və zümrüdü bütün səviyyələri özündə birləşdirir. Bundan başqa, ikinci yarusda əks olunan fərdlər cəmiyyətə özü təşkilatlanan proses kimi baxsalar da, onlar bazarı dəstəkləyən, məcburiyyətə qarşı çıxan, plüralistik dünya görüşünə əsaslanırlar. Bir sözlə, libertarianlar ikinci yarusa aid düşüncə tərzini və ismarıcları dəstəkləyirlər.

Beləliklə, azadlıq həm psixoloji, həm sosioloji olaraq təbiətdə təşəkkül tapır. Spiralvari dinamika ilə biz bunun səbəbini anlayırıq.

 

Əlavə oxu üçün: http://www.fee.org/the_freeman/detail/spiral-dynamics-an-overview#ixzz2J...

 

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat