Hökumətin işinə özəl şirkətlər cəlb edən bir igid

28 May 2013-cü il. “THE FREEMAN” jurnalından Oliver Porter ilə müsahibə.
Oliver Porter Atlanta yaxınlığında yerləşən 100.000-lik şəhər olan Sandy Springs üçün dövlət-özəl sektor əməkdaşlıq (public-private partnership – PPP) modelini yaratdı və onu həyata keçirdi. O, eyni zamanda, Amerika və Yaponiyanın PPP modelini tətbiq etmək istəyən bir çox şəhərlərinin meriyası üçün baş məsləhətçi idi. Oliver 3 kitab müəllifidir.

The Freeman: Xahiş edirik, çox qısa şəkildə Sandy Springs regionunda hansı işlər görüldüyü və bu model barədə məlumat verəsiniz.
Porter: “Sandy Springs” modeli dövlət-özəl sektor arasında əməkdaşlıq əsasında qurulmuşdur ki, şəhər meriyası bir çox əsas xidmətləri özəl şirkətləri cəlb etməklə həyata keçirmişdir. Bura daxil olmayan işlər ictimai təhlükəsizlik işləri idi – məsələn, polis, yanğınsöndürmə və məhkəmə. Bu model maliyyə və insanların məmnuniyyəti baxımından çox müvəfəqiyyətli olmuşdur. Maliyyə olaraq, şəhər vergisi artırılmadı; böyük kapital xərcləri üçün qənaət olunan vəsaitlərdən istifadə olundu; iqtisadiyyatın zəifləməsinə baxmayaraq, 35 milyon ABŞ dolları məbləğində qənaət fondu yaradıldı; və ən əsası uzun müddətli borc yaranmadı.
The Freeman: Bu model vergi ödəyiciləri üçün nə qədər vəsait qənaət etdi?
Porter: İlkin olaraq 1 il ərzində 20 million ABŞ dolları  - əsas xidmətlər üçün büdcənin 40%-i istifadə olunmuşdur. Bu xidmətlərə ümumi idarəçilik, insan resursları, maliyyə, mühasibat, satınalmalar, informasiya texnologiyası; polis, yanğın söndürmə və məhkəmə; parkların yenidən qurulması; nəqliyyat (yolların təmiri, tıxacın idarə olunması); icmanın inkişafı; kapital layihələrinin idarə olunması daxil idi. Bütün müqavilələr üzrə qeyd etmək istərdim ki, 140 milyon ABŞ dollarına qənaət edildi.
The Freeman: Bəs xidmətlərin keyfiyyəti necə idi?
Porter: Bu model göstərilən xidmətlərin keyfiyyətini artırdı. Daxili və milli rəy sorğuları göstərir ki, “Sandy Springs” modeli ümumi olaraq yüksək qiymətləndirilir. Əhalinin razılığını ölçmək üçün seçkidən sonrakı ilk idarəetmə ərzində (ilk 4 il) ən aşağı məmnunluq göstəricisi 84% olmuşdur. Bu, təbii olaraq, icra olunan modelin səmərəliliyi və cavabdehliyi baxımından yüksək qiymətləndirilməsidir.
The Freeman: “The New York Times” “Sandy Springs”dəki vəziyyət ilə bağlı müsbət fikirdə idi. Sadəcə yazıçı üçün narahat edici bir məqam var idi. O, bildirdi ki, “Sandy Springs” kifayət qədər zəngin bir yerdir və hökumətin xidmətləri cəlb etməsi kasıb ərazilər üçün xas ola bilməz. Siz bu narahatçılıq barədə nə deyə bilərsiniz?
Porter: İlk öncə qeyd edim ki, “Sandy Springs” zəngin görünsə də, o qədər də zəngin deyil. Təəssüflər olsun ki, orada bir neçə ərazilər var ki, insanların yaşayışı metropolitan ərazilərlə müqayisədə orta gəlirlilik səviyyəsindən aşağıdır. “Sandy Springs” vilayətinin 30%-ı azlıqlardan, 55%-ı isə mənzillərdə yaşayanlardan təşkil olunmuşdur. Başqa 5 digər şəhər meriyası da dövlət-özəl sektor modelini icra etmiş və buna kifayət qədər müvəffəq olmuşdur. Mənim fikrimcə, bu model daha çox varlı olmayan ərazilərə münasibdir. Çünki bu şəhərlərin pula qənaət etməsi  meyli varlı şəhərlərdən daha yüksəkdir.
Eyni zamanda, onu da qeyd edim ki, şəhər meriyasına aid olan bütün məsələlər dövlət idarəetməsinə də aiddir.
The Freeman: Detroit, Miçiqan və digər şəhərlərdə bu problem çox gözəçarpandır. Siz yeni seçilmiş merlər üçün nə deyə bilərsiniz?
Porter: Yaxın gələcəkdə mən onlarla görüşəcəyəm. Belə bir deyim var: “Əgər dərin quyudasınızsa  artıq qazmayın”. Böhran zamanı kiçik addımlar azdır. Böyük addımlara ehtiyyac duyulur. İlk olaraq alternativ modellər axtarışında olmaq lazımdır: dövlət-özəl sektor əməkdaşlığından yararlanmaq. Daha sonra, şəhərin ehtiyatında olan bəzi əmlakı  özəlləşdirmək və əlavə gəlir ilə borcları ödəmək.
The Freeman: Bəzi ideoloqlar sizin yaratdığınız dövlət-özəl sektor əməkdaşlığını sevməyə bilər. Eyni zamanda, bir çoxları da qeyd edəcək ki, hökumət və biznes sektorları arasında korrupsioner əlamətlər ola bilər. Narahat olursunuzmu ki, “Sandy Springs” modeli korrupsiyanın təsiri altına düşər?
Porter: Xeyr. Bütün hökumətlərdə hər halda korrupsiya faktları meydana çıxa bilər.
Bu modelin ənənəvi forması təsir altına düşə bilər. Halbuki, onun tərkib hissəsində korrupsiyanın əmələ gəlməsi halı aşağıdır. Seçilmiş bürokratlar gündəlik prosesə az qoşulurlar. Bu işə satınalma prosesində iştirak, işçilərin  işə götürülməsi və çıxarılması, lisenziyaların verilməsi və s aiddir. Bütün müqavilələr rəqabətli şəkildə aparılır və cəmiyyət tərəfindən izlənilir. İlkin olaraq bütün müqavilələr vətəndaşların komitəsi tərəfindən baxılır, daha sonra mer tərəfindən seçilmiş könüllülər və yekun olaraq seçilmiş şura tərəfindən.
Bu model davamlı olaraq icra olunduqda, pis vərdişlərin meydana çıxma şansları aradan qalxır. Ənənəvi idarəetmədən fərqli olaraq, özəl müqavilələr gəlirlilik üzərində qurulduğundan, xərci azaltmağı və işi daha səmərəli görməyi öz üzərinə götürür. Bu səbəbdən dost-tanışların cəlb olunması belə bir modeldə öz əksini tapmır.
The Freeman: Sizin modeldən istifadə edən varmı?
Porter: Bəli, ən azı 5 şəhər. 1000-lərlə başqa şəhərlər və ölkələr var ki, bu modelin xeyrini görə bilər. Yegənə baryer siyasilərin bu modeli istəməsidir. Yeni seçilmiş hökumət işçiləri öz “kreslosunun” itirilməsindən qorxaraq daha səmərəli iş təklif edən yeni metodları icra etmirlər. Mən bu tip insanlarla söhbət edəndə hər zaman bildirirəm ki, onlar insanlara xidmət etməlidirlər və bu iş hər zaman xidmət göstərmək üçün fərqli modellərdən istifadə olunmalıdır.
The Freeman: Siz özünüz də bilirsiniz ki, siyasi güclər daha çox maddi cəhətdən güclünün yanında olur və indiki vəziyyətin dəyişməsi ilə bir çoxları uduzacaq. Buradan belə görünür ki, sizin modeldən istifadə etmək üçün indiki sistemdən bəhrələnən yarı-özəl qrupları oyundan çıxarmaq lazımdır. İnsanların özəlləşmə prosesinin qalibi xeyrinin görməsi üçün bu xüsusi maraqları olan insanları necə neytrallaşdırmaq olar?
Porter: Təəssüf ki, maliyyə böhranı ola bilər: bankrotluq halı və ya dağılma. Bir çox şəhərlərimiz hazırda bu vəziyyətə yaxındır. Əgər əldə olan vəsaitlər borclara uyğun olaraq düzgün hesablanmayacaqsa, bir çox ştatlarımızı belə vəziyyət gözləyir.
Böhran vəziyyətində olmayan şəhərlərdə, səmərəlilik üçün bir sira addımlar atılmalıdır: maraqlı tərəflərdən atılan odun qarşısında durmaq üçün igid, seçilmiş rəsmi şəxs, tanınmış insan olmalıdır. Bu yol ilə ərazinin idarə olunması üçün təqdim olunan dövlət-özəl sektor əməkdaşlığı üzərində qurulmuş mexanizm ilə müqayisəvi təhlillər aparılmalıdır. Əgər statistika maliyyə qənaəti olmasını göstərirsə, lazımı sənədləşmə işi başlamalıdır. Burada, yenə də risk yoxdur. Əgər tədqiqat müsbət maliyyə nəticəsi göstərmirsə, bu işi davam etməyə dəyməz.
The Freeman: Ştat hökumətləri şəhər meriyaları və bələdiyyələr üçün bu modelin icra olunmasına nəsə  edə bilərmi?
Porter: Bu günə kimi ştatlar çox az iş görüblər, halbuki çox iş görülə bilərdi. Təbii olaraq, ən effektiv addım şəhər meriyaları üçün alternativ modelin nəzərdən keçirilməsidir. Ödənişli ciddi tədqiqatın nəticəsi burada yüksək qiymətləndirilməlidir. Dövlət-özəl sektor modeli üçün hüquqi baryerlərin aradan qaldırılması bu prosesin ayrılmaz hissəsinə çevrilməlidir.
Onu da qeyd edim ki, qeyri-hökumət təşkilatları və media bələdiyyələrin iş mexanizminin dəyişməsində maraqlı olmalıdırlar. “The Freeman” bu mövzunu artıq açdı.
The Freeman: Cənab Oliver Porter, sizinlə söhbət mənim üçün xoş idi.
Porter: Təşəkkür edirəm! Ümid edirəm ki, söz açdığımız mövzu ilə bağlı diskussiya bu müsahibə ilə bitməyəcək. Bütün ölkə üzrə maraqlanan vətəndaşların suallarını cavablandırmağa hazıram.
 
Müsahibəni inglis dilində aşağıdakı veb-səhifənin köməyi ilə oxuya bilərsiniz:
http://www.fee.org/the_freeman/detail/the-man-who-outsourced-the-governm...

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat