Bono, Fransa və kapitalizm

Emmanuel Martin, 2/8/13

15 iyul tarixində İrl/andiyalı rok ulduzu və U2 qrupunun aparıcı müğənnisi, həmçinin beynəlxalq insan hüquqları aktivisti olan Bono Fransa Respublikasının İncəsənət və Ədəbiyyat Ordeni ilə təltif edilmişdir. Çox güman ki, o, sağlam iqtisadiyyat mövzusunda Fransa Parlamentinə dərs verə bilər. Parlament isə, başqa bir sosialist qanunu, bağlanan fabriklərin əvəzinə gəlirli şirkətlərin yaradılmasının qadağan olunması məsələsini müzakirə edir.

Bono? O, iqtisadi inkişaf probleminə qarşı dövlətin müəyyən etdiyi tədbirlərin məşhur müdafiəçisi deyilmi?

Əvvəllər elə idi.

Keçən ilin sonlarında Corctaun Universitetində keçirilmiş Qlobal Social Sahibkarlıq Təşəbbüsləri adlı tədbirdə Bono gözlənilmədən bəyan etdi ki, yoxsul ölkələrdə iqtisadi inkişafa təkan verməyin yolu “kommersiya və sahibkarlıq kapitalizmidir.” Bu, çox sevindirici dəyişiklik idi! Əgər kommersiya və sahibkarlıq kapitalizmi Afrikanın yoxsul xalqları üçün yaxşıdırsa, deməli, bu, həm də Fransanın insanları və başqa insanlar üçün yaxşıdır. Hökumətin tədbirləri sahibkarlığı sıxışdırır və bununla da, inkişaf və azadlığın qarşısını alır. Fabriklərin bağlanmasının qadağan olunması xeyirxah addım kimi görünə bilər, ancaq istehlakçılara xidmət göstərmək üçün biznesə çeviklik lazımdır. Fabriklərin bağlanmasına qarşı qoyulan baryerlər onların açılmasına da imkan vermir.

Bu, kimə sərfəlidir? Bononun ağlı onu fərqləndirir. Bir rok ulduzunun sərbəst bazarı müdafiə etməsi qeyri-adi bir şeydir. Onlar əsasən utopik və anti-materialist olurlar. Dərindən düşündüyümüz zaman bu, həqiqətən də çox qəribədir. Həm də, axı, sahibkarlıq kapitalizmi olmasaydı, bütün bu musiqiçilər nə edərdilər? Qərbdə nisbətən sərbəst olan bazarlar sayəsində adambaşına düşən gəlirin artması ilə bir çox insanın sənətlə məşğul olması və həyat standartlarının aşağı olduğu bir şəraitdə özünü təmin etməsi mümkün olmuşdur.

Bundan başqa, müasir musiqi avadanlıqları: elektrik gitarlarından mikrofonlara, gücləndiricilərdən işıqlara qələr bütün bunlar rəqabətli bazarlarda riskə gedən minlərlə zəhmətekeş sahibkarın əməyinin məhsuludur. Elektrik gitarını ixtira edənlərdən biri olan Leo Fenderi yada salın. Onun məşhur “Stratokaster” gitarı U2 qrupunun və bir çox digər ansamblların, eləcə də, Cimi Hendriks, Deyr Streyts, Erik Klapton və Pink Floyd kimi ifaçıların əfsanəvi səslərinin mərkəzində yer alır. İqtisadiyyat hökumət tərəfindən mərkəzi qaydada planlaşdırılmış olsaydı, onlar indi harada olardılar? Bürokratlar Fenderin öz gitarlarını yaratmasına icazə verərdilərmi?

Sahibkarlıq kapitalizmi və onun qlobal biznes əhatəsi olmasaydı, rok ulduzları milyoner və ya milyarder ola bilməzdilər. O zaman onlar öz mərhəmətlərini necə göstərərdilər, yaxud da aclıq və səfalətə qarşı mübarizələrini necə maliyyələşdirərdilər? Onların xoşbəxt taleyi musiqi istehsalçıları və alıcıları arasında aparılan saysız-hesabsız qarşılıqlı faydalı mübadilələrin və əlbəttə ki, birgə bazar fəaliyyətlərinin nəticəsidir.

Nəhayət və ən vacibi, sahibkarlıq kapitalizminin azadlığı, yəni ruhlandırma, innovasiya, yaradıcılıq və əmkdaşlıq kimi xüsusiyyətləri özündə birləşdirən bu səbirli proses elə sənətin əsas məğzini təşkil etmirmi! Buna görə də, indi Bono dərk edir ki, artistlərin sərbəst bazaar qarşı olan ənənəvi mövqeyi düzgün deyil.

Bazarlar qərbli rok ulduzlar üçün gözəl ola bilər, ancaq yoxsul afrikalı hökumətin səyləri olmadan necə yaşasın? Bono bunu çox gözəl şərh edib: “Həm burada, həm də dünyanın istənilən yerində yoxsulluqla mübarizədə xarici yardım səthi vasitədir, azad sahibkarlıq isə, problemdən çıxış yoludur.”

Bononun müdafiə etdiyi fikir Afrika üçün heç də qeyri-adi deyil. Əksinə, burada sərbəst sahibkarlıq ənənəvi praktikadır. Bunu qitənin ayrı-ayrı yerlərində sıra ilə düzülmüş milyonlarla kiçik dükan da sübut edir. Ancaq hakim elita üçün keçmiş fransız və ya Sovet dirijizmi ruhunda olan hökumət müdaxiləsi daha əlverişlidir. Sağlam biznes mühiti ilə iqtisadi inkişaf arasındakı kritik məqam çox vaxt başqalarının məhsuldar fəaliyyətlərinə mane olan siyasətçilərin gözündən qaçır.

Başqa sözlə desək, Afrikanın sahibkarlıq kapitalizmi siyasi əlaqələrdən, inhisarçılıqdan, rəqabət və korrupsiyaya qarşı müdafiədən ibarət olan klan kapitalizminə çevrilmişdir. Ən pisi isə, odur ki, çox vaxt öz böyük biznesləri üçün güzəşt və ya bazar qazanmaq istəyən böyük «dost» güclər buna şərait yaradırlar.

Öz keçmiş fəaliyyətləri və populyarlığı sayəsində Bono bütün dünyaya başa sala bilər ki, beynəlxalq yardım yoxsullara kömək etmir, əksinə ziyan vurur, çünki o, mənfi siyasi stimul yaradır və sahibkarlığa mane olur. Uilyam İsterlinin  Ağ insanın yükü və Dambisa Moyonun Ölü Yardım yazılarında hökumətdən-hökumətə ötürmələrin uğursuzluğunun səbəbi izah olunur.

Ümumiyyətlə, Bono bütün dünyaya başa sala bilər ki, sərbəst sahibkarlıq təkcə inkişafdan geri qalmış ölkələr üçün deyil, hamı üçün yaxşıdır.

Dr. Emmanuel Martin Atlas Şəbəkəsinin layihəsi olan LibreAfrique.org layihəsinin analitikidir.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat