Ukraynanı ciddi qəbul edin

12/2/14, Pyotr Qovorov

Kievin əsas küçəsi olan Xreşçatyik ilə Azadlıq Meydanı tərəfə yürüyərək cox cüzi baryerlərə rast gəlinir. Onlardan biri kamuflaj geyinən gənc oğlandır.

Kiev bu gün israrlıdır. Prostest edən xalq noyabr ayından Meydan ərazisini ələ keçirmişdir. İlk öncə onların sloqanı “Avropa İttifaqı ilə Birləşmək” idi ki, EvroMeydan adlandırılmdı.

Lakin o vaxtdan sonra bir çox məqamlar dəyişdi.

Ukrayna Prezidenti cənab Yanukoviç Aİ ilə inteqrasiyanı bir neçə dəfə öz siyasəti olaraq qeyd etmişdir. Bütün dövlət televiziyası və çap mediyası Ukraynanın yerini Avropada və ancaq orda olduğunu bəyan edirdi. Lakin noyabr ayının ortalarında Rusiya Prezidenti Vladimir Putin ilə görüşündən sonra Prezident Yanukoviç fikrini dəyişdi. Dövlət siyasəti də eyni qayda ilə dəyişdi.

Prezident Yanukoviç bildirdi ki, Ukrayna Aİ ilə danışıqlıqları dayandırır və Rusiya ilə yeni səhifə açılır. Bu Putinin neo-imperialist siyasətinin tərkib hissəsi idi. Bu siyasət üçün Rusiya vergi ödəyiciləri tərəfindən 15 milyard ABŞ dollar və endirimli Rusiya qazı mükafatı oldu.

Kiyevdə bir çox insanlar Narıncı İnqilabı (2004-cü il) xatırlayır. Bu da Meydan ərasizində baş vermişdi. İndi də 1000-lərlə insan Meydan ərazisinə gəldi. 9 il əvvəl olduğu kimi, bu da dinc etiraz aksiyası idi. Noyabrın sonuna qədər hər gecə cəmi 300 nəfər adam orda gecələyirdi. Lakin 29 noyabr tarixində polis maydanı təmizləmək istədi. Onlar geniş şəkildə insanların həbs olunmasına və döyülməsinə başladı.

Bu sanki oda oksigen vermək idi – alov daha da genişləndi! Daha çox insan küçələrə axışmağa başladı və oranı tərk etmədi. Onlar kamplar və barrikadalar yaratdılar. Etirazçı camaat və polis yenə də üz-üzə gəldi! Bu dəfə bazar günləri yüz minlərlə insan Meydan ərazisinə gəldi. Meneceri, təqaüdçünü və tələbəni bir yerə yığan tədbir Narodnoye veche (ictimai məclis) adlandırıldı.

Yanvar ayının əvvəlində mən Xreşçetyek ilə Meydan ərazisinə getdim. Havanın çox soyuq və gec olmasına baxmayaraq Meydan ərazisi insanlarla dolu idi. Bura özünün təşkilatçılığı və maliyyə yığılması üçün əla yer idi. Polis və cinayət yox idi. İnsanlar hər şey üçün pul yığırdılar. Məsələn: təhlükəsizlik, isti geyim, bir sıra mallar, zibil yeşikləri və s. Hətta açıq şəkildə ictimai universitet də yaradıldı. Pulsuz olaraq iqtisadiyyatdan, siyasətdən və digər aidiyyatı fənnlərdən dərslər keçirildi.

Halbu ki, bu uzun çəkmədi. Yanvarın ortalarında Parlament öz prosedurlarına əməl etmədi və yeni qanunlar icra etməyə başladı. Rusiya hüququna bənzər işlər görüldü. Xaricdən maliyyə vəsaiti alan qeyri-hökumət qurumlarının nümayəndələrini xarici kəşfiyyatçı adlandırdı; prostestlərdə iştirakın 15 ilə qədər azadlıqdan məhrum olunmasını elan etdi; veb-səhifələrin qeydiyyatdan keçirilməsi tələb olundu.

Növbəti bazar günü daha çox insan küçələrə töküldü. Belə bir qanunun Rusiyada keçməsi sadəcə bir neçə aktiv insanın protesti olmuşdu…

Ukrayna etirazçıları ilə bir çox məqam dəyişildi. Bu indi nəyəsədə qarşı olan etiraz deyil, kiməsə də qarşı olan etiraz oldu. Söhbət Yanukoviçdən gedir. İnsanlar hətta muxalifətin öndə gedən liderlərinin dediklərini belə az sayırdılar.

Yanvarın 19-u etiraz aksiyasından sonra evə qayıtmaqdansa minlərlə insan Parlament və hökumət binaları qarşısında aksiyaya başladılar. Polis artıq müdaxilə etdi. Prostest edən insanlar barrikadalar yaratdılar. Silahlı atışma zamanı isə 5 nəfər öldürüldü.

Etirazçıların hər halda qələbəsi də oldu. Baş Nazir Nikolay Azarov vəzifəsindən azad oldu və Avstriyadakı evinə getdi. Yanvarda təstiq edilmiş məhdudiyyətlər ləğv edildi. Lakin əsas məqsədə hələ ki nail olunmadı – Yanukoviç hələm də ölkə başçısıdır.

Ukraynalılar üçün Aİ siyasi seçimdir.  Bir çox insan Avropanın tərkib hissəsində olmağı istəyir. Müxalifət liderlərindən biri olan Vitaliy Klitschko bildirir ki, “Bir artıq yorulmuşuq” – korrupsiyadan, pis idarəçilik sistemindən və s. İnsanlar da klan (crony) kapitalizmdan və prezidentin millioner oğlundan beziblər. Onlar qanunun aliliyi olan Avropada yaşamaq istəyirlər, nəinki qazı ucuz olan Rusiya ilə birlikdə.

Ukrayda bir sıra hallarda Ruslar tərəfindən ciddi qəbul edilmirdi, lakin son zamanlar həsəd aparmağa başladılar.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat