Zimbabve vətəndaş cəmiyyəti nümayəndələrinin 2008-ci il harmonik seçkilər haqqında bəyannaməsi
Səssayma kampaniyasını həyata keçirin!
Biz, Zimbabve vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri;
Yalnız müxtəlif demokratik təşəbbüslər vasitəsilə deyil - 2008-ci ildə Bütün maraqlı tərəflərin iştirakıyla keçirilərək Xalq Konvensiyası ilə yekunlaşan konfranslar və 29 martdan sonrakı ümummilli Məsləhətləşmələr yolu ilə bu gün Zimbabvenin üzləşdiyi çoxcəhətli böhrana son qoyulması istiqamətində ardıcıl və davamlı, fərdi və kollektiv şəkildə işləməklə, Zimbabve vətəndaşları tərəfindən bizə verilmiş məsuliyyəti dərindən dərk edərək ;
Seçkiöncəsi vətəndaş cəmiyyətinin digər vasitələrlə bərabər, xalqa əsaslanan konstitusional islahatlar prosesi, repressiv qanunvericiliyi dəyişmək və insan hüquqlarının dəstəklənməsi və qorunması məqsədilə böyük əzmlə azad və şəffaf seçkilərin keçirilməsi şərtlərini təmin etmək istiqamətində göstərilən mühüm səylər üçün uzun sürən və məhəl qoyulmayan çağırışlarını xatırladaraq;
29 mart 2008-ci il harmonik seçkilərində( eyni zamanda bir neçə seçkili orqan üzrə keçirilən seçkilər) arzuolunmaz siyasi, sosial-iqtisadi və humanitar şərtlərin əksinə və qeyri-qənaətbəxş seçki mühitinə baxmayaraq, Zimbabvedə demokratikləşmə prosesinə yardım etmək arzusunu ifadəsi olaraq, Zimbabve xalqının dinc iştirakını yüksək qiymətləndirərək və təqdir edərək;
29 mart Harmonik seçkiləriylə kəskinləşən dərin böhranın köklərinin ölkənin nöqsanlı konstitusional bəndlərində olduğunu diqqətə çatdıraraq;
Zimbabve Seçki Komissiyası tərəfindən (ZSK) seçki nəticələrinin operativ şəkildə hesablanıb elan edilməməsinin mahiyyətcə vətəndaşların Konstitusiyada əsaslandırılmış fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulması olduğunu vurğulayaraq;
2008-ci il seçkisindən sonra pisləşmiş vəziyyətin siyasi motivli zorakılıq və başqa mənfi təsirləriylə insanların sosial-iqtisadi həyatına zərbə vurmaqda olduğunu böyük həyəcan və narahatlıqla etiraf edərək,Vətəndaşların həyatını pozan və onu daha çox zəif sosial qrupların zəruri yaşam ehtiyaclarına yardım göstərən humanitar və insan hüquqları təşkilatları üçün daha da çətinləşdirən sürətlə pisləşən siyasi, ictimai, təhlükəsizlik və insan hüquqları mühitini artan narahatlıqla qeyd edərək;
Biz:
Böyük narahatlıqla xalqın ifadə iradəsini sarsıtmaq üçün inzibati və hərbi güclərin davamlı surətdə sui-istifadə olunduğunu müşahidə edirik;Zimbabvenin dərin qanunçuluq, demokratiya və idarəçilik böhranına düşdüyünü tam açıq şəkildə etiraf edirik;
2008-ci il Harmonik seçki proseslərinin yekunlaşmasında, xüsusi olaraq süründürmə və əsaslandırılmamış gecikdirilmə ilə ZSK-nın müvafiq vaxt çərçivəsində öz konstitusional səlahiyyətini lazımi qaydada yerinə yetirmədiyini və bunun Zimbabve xalqının təşvişinə və əziyyət çəkməsinə səbəb olmasını pisləyirik;
Səlahiyyət sahiblərinin vətəndaşların hüquqlarına hörmət etməməsi nəticəsində Zimbabvedə dincliyə, demokratiya və inkişafa ən böyük təhlükə yaranması haqda Vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) qəti mövqeyini bir daha vurğulayırıq;
Zimbabvedə böhranın həll edilməsi üçün Cənubi Afrika Tərəqqi Cəmiyyətinin (CATC) vasitəçiliyinin uğursuzluqla nəticələnməsinə narahatlığımızı ifadə edirik;
Zimbabve xalqına yardım etmək üçün daha qəti regional və beynəlxalq müdaxiləyə ehtiyac olduğunu qeyd edirik;
Zimbabve xalqının 2008-ci il seçkilərindən yaranan çoxsaylı problemlərlə mübarizə səylərinə beynəlxalq həmrəyliyin artmaqda olduğunu etiraf edirik;
Bununla, aşağıdakı məsələlərin həllinə ehtiyac olduğunu təsdiq edirik:
1. Təxirə salınmadan, “Səssaymanı həyata keçirin” kampaniyası qəbul olunmalı və xalqın kütləvi fəaliyyəti, xalq hərəkatı təşəbbüsü kimi başlanmalıdır ki, bu yolla Zimbabve xalqı kütləvi şəkildə öz səslərini tələb etməyə, qeyri-zorakı ictimai fəaliyyətə və beləliklə, ölkədə normal idarəçiliyin və demokratiyanın bərqərar olmasına dəstək vermək üçün səfərbər olunsun.
2. Xalqa yönəlik və demokratik konstitusional islahat prosesləri tələb edirik.
3. Zimbabve xalqını öz səslərini dinc şəkildə tələb etməsi və təsdiqlətməsi üçün qeyri-zorakı yolla ictimai fəaliyyət göstərmək naminə birləşməyə çağırırıq.
4. Regional və beynəlxalq, xüsusilə də Afrika İttifaqı və Cənubi Afrika Tərəqqi Cəmiyyəti(CATC) rəhbərliyini xalqın iradəsini yerinə yetirmək və qorumaq üçün təcili olaraq Zimbabve siyasi rəhbərliyinə lazımi təzyiq göstərmək istiqamətində səyləri artırmağa səsləyirik.
5. Ölkənin müxtəlif yerlərində yerləşdirilmiş gənc milis və müharibə veteranları, ordu qvardiyalarının yığışdırılmasını və bu qrupların tərksilah edilərək buraxılması üçün təcili tədbirlər görülməsini tələb edirik.
6. ZAMB VC-nin (Müqabenin rəhbərlik etdiyi Zimbabve Afrika Milli Birliyi – Vətənpərvər Cəbhə), xüsusi olaraq xalqın sərbəst toplaşmaq, yığıncaq və ifadə azadlığının qarşısını almaqla, onun ifadə iradəsini sarsıtmaq və rədd etmək üçün dövlət təhlükəsizlik qurumlarından və repressiv qanunvericilikdən istifadə etməsinə dərhal son qoymağa çağırırıq.
7. Müdafiə qüvvələri, kəşfiyyat orqanları, polis, həbsxanalar, ordu və hava qüvvələrinin rəhbərlərini hökuməti mümkün qeyri-konstitusional yolla ələ keçirməklə hədələyən təhrikçi və tərəfkeş bəyanatları dərhal dayandırmağı tələb edirik.
Beləliklə, biz 17 aprel 2008-ci il tarixində Hararedə “Səssaymanı həyata keçirin!” kampaniyasını başlayırıq.
Səssaymanı həyata keçirin – İnsanların səsinə sayğı göstərin!



