Azadlığın meyvəsi-iqtisadi rifah

Səadət Cahangir, 28/3/14

“Mənəvi olan şey siyasi azadlıq və iqtisadi rifah arasındakı əlaqədir, onlar eyni şey deyildir. İqtisadi rifah azadlığın nəticəsidir.  İş yerlərinin yaradılması dövlətin rolu deyil. İşlərin dayanıqlı olması üçün onlar özəl sektor tərəfindən yaradılmalıdır. Dövlətin yaratdığı işlər vergi ödəyicilərinin xərci və subsidiyalaşan işsizliyin miqdarı hesabına meydana gəlir. Davamsız olmaqla onlar müsbət nəticələrə malik deyil. Özəl sektor sərvətin, dövlət sektoru isə istehlakçının əsas yaradıcısıdır”.

Bu fikirlər Cənubi Afrika Azad Bazar fondunun direktoru. Temba A. Nolutşunquya məxsusdur. O, uzun illər bu sahədə fəaliyyət göstərən tanınmış fikir adamı olaraq bildirir ki, yaşadığı ölkəni ağır durumdan yalnız azad iqtisadiyyat və özəl sektora açılan imkanlar xilas edə bilər. Bu fikirlərini müxtəlif nümunələr əsasında izah edən alim Almaniya təcrübəsini misal çəkir. Doğrudan da, 1989-cu ildə Berlin divarının çökməsindən əvvəl Şərqi Almaniya fəlakət zonası olduğu halda, Qərbi Almaniya dünyada ikinci ən böyük iqtisadiyyata malik idi. Halbuki, bu torpaqların insanları ölkə bölünməzdən əvvəl eyni mədəniyyətə və qohum ailələrə malik bir xalqı təmsil edirdi. Nolutşunqu yazır ki,  o, 1991-ci ildə post-sovet Rusiya və Çexoslovakiyaya səfər edərkən eşitdiyi bir zarafatı da unutmayıb. O ölkələrdə fəhlələr işləmək görüntüsü, hökumət də onlara ödəniş etmək görüntüsü  yaradırdı. Bunun doğru olduğunu isbat etməyə ehtiyac da yoxdur, hər halda. Biz o sistemdə yaşamış insanlar bunun gerçəkdən deyildiyi kimi olduğunu bilirik.

Zəngin bazar və ərzaq bolluğu, ucuzluq və keyfiyyətin sirri nədədir? Nədən dünyanın bütün inkişaf etmiş ölkələrinin nüfuzlu iqtisadçıları belə hesab edir ki, cəmiyyətin zənginliyinin əsasında məhz özəl sektorun inkişafı dayanır? Yəqin ki, bu sual üzərində də uzun-uzadı baş sındırmağın əsası yoxdur. İbtidai insan cəmiyyətində ovçu ilə silah düzəldən arasında yaranan ilk mübadilə faktından üzü bəri bütün təcrübələr təsdiq edir ki, biznes qaydalarını təyin edən bir tərəf yoxdur.  Bu tərəfləri bağlayan qaydalar özbaşına meydana çıxır. Onlar da bunu təbii qaydalar kimi yerinə yetirirlər. Onların fəaliyyətinə müdaxilə olmadığından, sövdələşmə də tam axarında gedir. Qarşılıqlı anlaşmada qazanan da, qazandıran da işindən tam məmnundur. Dünya tarixində azad ticarətin, sahibkarlığın və biznesin çiçəklənməsinin kökündə duran əsas amil məhz fəaliyyət azadlığıdır. Və bu azadlıq insanlara yalnız necə sövdələşməyin, necə qazanmağın və necə inkişaf etməyin yollarını öyrətmir, həm də işçiyə keyfiyyət meyarları əsasında daha yüksək ödəniş sərbəstliyi verir. Bir çox hallarda bu, dövlət sektorunda çalışan insanların əməkhaqları ilə kəskin ziddiyyət yaratmış olsa belə, cəmiyyətin tərəqqisinə stimul verən azad sahibkarlıqdan imtina etmək ağılsızların işidir. Bəzən özəl sektor eyni işə görə dövlətin verdiyi məbləğin beşqat artığını da ödəyə bilər. Məgər pisdir? O halda hökumət zənginlik yaradan və rifah baxımından dövlətin işini yüngülləşdirən bu sahəyə nəinki əngəl yaratmalı, əksinə bütün imkanlar daxilində dəstək verməli deyilmi?

Elə “Kapitalizmə qarşı Cənubi Afrikanın müharibəsi” kitabının müəllifi professor Uolher Vilyams da Afrikanın problemlərindən bəhs edərkən yazır ki, bunun həll yolu nə xüsusi proqramlar, nə konstruktiv fəaliyyət, nə də sədəqədir. Bunun yolu azadlıqdır. Şübhəsiz, azadlıq bütün çalarları ilə dünyanın simasını dəyişir. Dəyişən dünyanın reallıqları isə göstərir ki, siyasi qalmaqallar, çəkişmələr, mədəni və mənəvi deqradasiyalar belə,  heç bir halda insanları iqtisadi rifah halında zəngin yaşamaq arzusundan yayındırmır. İqtisadi rifah da, deyildiyi kimi, məhz azadlığın sayəsində qazanıla bil

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat