“Adam Smit – iqtisadiyyatın əlifbası” kitabı Azərbaycan dilində

Adam Smit iqtisadiyyat elminin atası sayılır. Onun “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat”-ı iqtisadiyyat sahəsində ən mühüm və vacib kitablardan biridir.

Azərbaycan dilinə yenicə tərcümə olunmuş “Adam Smit – iqtisadiyyatın əlifbası” kitabı həm görkəmli şəxsiyyətin həyatı, həm də yaradıcılığı ilə bağlı gərgin araşdırmaların məhsuludur.

Smit aydın tərzdə yazdığına görə, onun yaradıcılığı 250 il əvvəl olduğu kimi oxunaqlıdır. Onun yazıları ruhlandırıcı və maarifləndirici müşahidələrin zəngin və mürəkkəb sistemindən ibarətdir. Smitin yaradıcılığı mürəkkəb cəmiyyətlərin həqiqətən necə fəaliyyət göstərdiyini anlamağa yönəlib. Bu ictimai elm xüsusi qarşılıqlı münasibət və asılılığın önəmli reallığı haqda mə-lumatlılığın mərkəzində dayanır. Bunların hər ikisi bizim bu gün yaşadığımız dünyanın reallıqlarıdır.

Dünyada maliyyə böhranı yaşadıdca və dövlət himayəçiliyin rolu artıqca kitabın rolu daha da aktual olur. Eamon Batlerin Azərbaycan dilinə tərcümə olunmuş “Adam Smit – iqtisadiyyatın əlifbası” kitabını saytımızın Kitabxanasından yükləyə bilərsiniz.