Xoşbəxtliyin iqtisadi dəyərləndirilməsi (II hissə)

Məhəmməd Talıblı, 18/12/12

Biz əvvəlki yazımızda qeyd etdik ki, xoşbəxtliklə insanların maliyyə imkanları arasında sıx olan qarşılıqlı əlaqə mövcuddur. Lakin digər tərəfdən də onu istisna etmədik ki, yüksək maddi təminat və maliyyə imkanları nəinki insanı avtomatik xoşbəxt etmir, əksinə bəzən onun var olan xoşbəxtliyinə də xələl gətirir. Söhbət ondan gedir ki, lazım olduğundan 100, yaxud 1000 dəfələrlə daha böyük maliyyəyə sahib olmaq həm onun idarəetməsini (menecmentini) çətinləşdirir, həm də bu idarəetməyə sərf olunan zaman, gərgin fəaliyyət  şəxsi həyatı kifayət qədər məhdudlaşdırır.

Dünyanın ən böyük dəyəri - insan haqları!

Səadət Cahangir, 11/12/12

Dünyada İnsan Haqları günü deyilən bir tarix var. 10 dekabra təsadüf edən o tarixdə 30 maddədən ibarət “İnsan Haqları Beynəlxalq Bəyannaməsi” qəbul edilib. Bu günün 1948-ci ildə xüsusi tarix kimi qəbul edilməsi milyonların ölümünə səbəb olan qanlı müharibədən sonra dünyanın sülh və insanlıq naminə irəli sürdüyü xeyirxah bir təşəbbüs idi. Bəyannamə insan haqları və azadlığı yer üzünün ortaq dəyəri elan edir. Şübhəsiz, 64 ildə bu istiqamətdə yaxşılığa doğru çox şey dəyişib. Amma yer üzündə hələ də təməl insan haqlarının təmin olunmamasından əziyyət çəkən milyonları nəzərə alsaq, qiymətləndirmə ”sayğacı”nın hansı səviyyədə dayandığını asanlıqla təsəvvür edə bilərik.

2013: Büdcə müjdəsi (II hissə)

Məhəmməd Talıblı, 29/11/12

Təkcə 2012-ci illə müqayisədə artımın bölgüsünün strukturu hökumətin prioritetlərini açıq-aydın ortaya qoyur. Yəni, rəqəmlə ifadə etsək, məlum olacaq ki, 2012-ci illə müqayisədə 2013-cü ildə büdcənin gəlir hissəsində 2 mlrd. 138 mln. manat artım olacaqdır. Bu artımın yalnız 82,5%-i tikinti və idarəetmə xərclərinin payına düşəcək. Demək büdcənin gəlir hissəsində baş verən bu artımlar sadə vətəndaşlar üçün heç bir əhəmiyyət kəsb etməyəcək.

Yazmaq, oxumaq və söyləmək yasaqsa...

Səadət Cahangir, 27/11/12

Söz azadlığının dar çərçivəyə salındığı zorakı sistemlərdə mübarizə aparmaq çox da asan gəlməsin sizə. Bəzən bu məhdudlaşdırma açıq fikirli, müxalif düşüncəli insanlara böyük qurbanlar bahasına başa gəlir. Hələ o ki qaldı, həmin sistemin yüz illərlə hökm sürən diktatura təcrübəsi ola. Belə rejimlərdə təkcə yazarlara, siyasətçilərə deyil, sənətə, musiqiyə, teatra da yasaqlar var. Bu faktı biz yaxın günlərdə Rusiyanın təcrübəsində bir daha gördük.

2013: Büdcə müjdəsi

Məhəmməd Talıblı, 21/11/12

Parlament guya hökumətə büdcə layihəsinə dəyişiklik etmək üçün 10 gün vaxt verib. Ona görə guya deyirəm ki, parlamentin hökumətlə belə sərt danışmaq mənəvi haqqı və imkanı yoxdur. Çünki, bu qurumların hər ikisi eyni siyasi mərkəzdən birbaşa idarə olunur və parlament faktiki olaraq hökumətin müstəqil olmayan qollarından biridir. Ədalətli seçki nəticəsində seçilməyən deputatlar və siyasi mülahizələrlə formalaşan parlamentin onu seçdirənlərlə belə danışması, sadəcə, mümkün deyil. Ona görə, belə danışıq tərzi sadəcə olaraq acı istehza doğurur.

“Firavanlıq indeksi”nə görə 94-cü, “biznes mühiti”nə görə 67-ci...

Səadət Cahangir, 12/11/12

Azərbaycan təbii sərvətlərlə zəngin ölkədir. Əhalisinin sayı da çox böyük deyil. Amma bu heç də ölkədə hamının zəngin yaşaması anlamına gəlməz. Heç orta səviyyədə yaşaması anlamına da gəlməz. Əsas olan sərvət deyil ki, əsas onun ədalətlə bölüşdürülməsidir. Dünyada neftlə zəngin neçə ölkə var ki, əhalisinin xeyli hissəsi yoxsulluq həddində yaşayır. Heç Azərbaycanın özündə də bu məsələ ürəkaçan deyil. Elə dünya üzrə ölkələrin “firavanlıq indeksi”nin hesablanması da həmin ədalət prinsipinə kimin hansı səviyyədə əməl etməsini öyrənmək məqsədi daşıyır.

Kapitalizm və Azadlıq: Milton Fridmanın 50 illiyinə ithaf

Duayt R. Li, 05/11/2012

Gənclər üçün (1980-ci ildən sonra kollec yaşına çatmış olanlar) Milton Fridmanın 1962-ci ildə yazdığı “Kapitalizm və azadlıq” kitabındakı nailiyyətlərini tam qiymətləndirmək çətindir.  Fridmanın daha limitli hökumət məcburiyyətinə və daha çox bazar stimulları və azadlığa əsaslanan təklifləri Reyqan administrasiyasının başlanğıcında və ya ondan sonra bu yaşa gələnlər üçün qeyri-adi dərəcədə heyrət doğurmayan problemlərin həllini nəzərdə tutur. Bu gənc insanların Fridmanın siyasi  tövsiyələri ilə razılaşıb-razılaşmamasına baxmayaraq, onların bir çox əhəmiyyətli insanlar tərəfindən ciddi qəbul edildiyi məlumdur.

Xarici investisiya “ürkək quş” kimi (III hissə)

Məhəmməd Talıblı, 24/10/12

Mülkiyyətə və mülkiyyətçilərə münasibətdə dövlətin rolu pozitiv məna daşımırsa, o zaman investorların, xüsusilə xarici investorların həmin ölkədə biznes fəaliyyətində maraqlı olması mümkün olmayacaq. Çünki, xarici sərmayədar düşünəcək ki, bu ölkədə yerli mülkiyyətçinin hüquqları bu dərəcədə kobud sürətdə tapdanırsa, xarici sərmayədarın hüquqlarının yüksək səviyyədə qorunmasından yəqin ki, danışmaq mümkün olmayacaq. Çünki, günlərin biri investor hansısa motivdə məhkəməyə müraciət etmək məcburiyyətində qala bilər. Məhkəmə sistemində hüquqi nihilizm hökm sürürsə, o zaman sonuncu instansiyadan da əlini biryolluq üzmək məcburiyyətində olacaq.

Diktaturalar bəzən azad sahibkarlığı da “yoldan azdırır”

Səadət Cahangir, 22/01/12
Azad sahibkarlıq iqtisadi azadlığın əsas şərtlərindən biridir. İstənilən cəmiyyətin rifah və çiçəklənməsində sahibkarlar misilsiz rol oynayır. Şübhəsiz, sahibkarlığın inkişafına daha çox stimul verən cəmiyyətlər də məhz azad cəmiyyətlərdir. Çünki totalitar sistemlər həyatın başqa sahələrində olduğu kimi, bu istiqamətdə də öz acı izlərini buraxır. Bu gün adı böyük rüşvət qalmaqallarına qarışan məşhur İsveç kommunikasiya şirkəti “TeliaSonera”nın adı dünya mətbuatının gündəmindən düşmür. Şirkət bir sıra avtoritar ölkələrdə qaranlıq fəaliyyətlə məşğul olmaqda günahlandırılır. Bu ölkələr sırasında Belarus, Özbəkistan və Azərbaycanın da adı var.

Xarici investisiya “ürkək quş” kimi (II hissə)

Məhəmməd Talıblı, 16/10/12

Azərbaycana investisiya niyə azalır?

Birinci yazımızın rəqəmlərə istinad etməsindən də aydın görünür ki, ildən-ilə ölkə iqtisadiyyatına xarici investisiyanın azalması tendensiya xarakteri alıb. Burada bir neçə məqamları nəzərə almağımız lazımdır. Obyektiv səbəb kimi, ölkə iqtisadiyyatının neft sektorundakı illər uzunu davam edən xarici sərmayəyə tələbin azalması daha çox bu sektorda daxili potensialın artması və neft sektorunun xarici sərmayə üçün “doyum” nöqtəsinə yaxınlaşması ilə bağlıdır.

Syndicate content