Azadlığın qızıl əsri hələ qarşıdadır

Entoni Qreqori, 14/10/12

Azad müəssisələri adətən keçmişlə əlaqələndirirlər. Bu düşüncə müdafiədə ümidsiz görünən şəxsləri bazar tərəfdarları kimi təqdim edir.

Bu adi xronika belədir: Amerika “Konfederasiya Maddələri”nə (konfederasiya haqqında 13 ştatın müqaviləsi) əsasən Amerikada kifayət dərəcədə fəal hökumət vardı. Konstitusiya cəmiyyətin ehtiyaclarını ödəmək üçün hökuməti genişləndirdi. Mülkiyyət hüquqlarının ümumi olaraq yaxşılığa doğru sıçrayışa getdiyi belə bir mühitdə mərkəzi hökumət milli birliyi saxlaya və irqi bərabərliyi təmin edə bilmədi. Vətəndaş müharibəsi zamanı hökumət Birliyi qorumaq, infrastrukturun genişləndirilməsi ilə ticarətə imkan yaratmaq və köləliyin qədim çirkinliklərini aradan qaldırmaq üçün böyüdü. XIX əsrin sonlarında hökumətin iqtisadiyyata müdaxilə etmədiyi azad rəqabət hakim oldu. Yoxlanmayan, quldur baronlar öz müştərilərini və işçilərini istismar etməyə başladılar.

Rüşvət bacadan girincə...

Səadət Cahangir, 5/10/12

Qədim Şumer lövhələrinin tədqiqi ilə məşğul olan araşdırmaçı alim Veysəl Donbazın müasir dilimizə çevirdiyi yazılardan birini həqiqi mənada rüşvət sənədi adlandırmaq olar.  Hazırda İstanbul Arxeologiya Muzeyində saxlanan o lövhə göstərir ki, qədim zamanlarda hələ bir rüşvətin sənədi də olurmuş.

‘‘Şumer məktəb günləri’’ adlı bu lövhədə məktəbində zəif olan bir şagirddən bəhs edilir. Həmin şagirdin ailəsi uşağın dərslərində uğur qazanmasını istəyir. Bu məqsədlə müəllimi evlərinə dəvət edir, onu yedirib, içirdir,  hətta gözəl hədiyyələr bağışlayırlar. Sonra nə baş verir? Sonra bu zəif şagird birdən-birə sinifin ən qabaqcılına çevrilir və sinif rəhbəri olur...

Xarici investisiya “ürkək quş” kimi

 

Məhəmməd Talıblı, 27/09/12

İnvestisiyaların cəlbi hansı amillərdən asılıdır?

Dünya Ticarətinin yeni kursu

Aparicio Caicedo18/9/12

Müharibədən sonrakı dünya ticarət qaydalarının ideoloji mənşəyi barədə çox deyilib, lakin onların yaradıcılarının ideoloji bioqrafiyası barədə az yazılıb. Bunlar II Dünya müharibəsi müddətində Dövlət Departamentinin müharibədən sonrakı planlaşdırma komitələri üzərində məxfi şəkildə işləyən qabaqcıl hüquqşünaslar və iqtisadçılardan ibarət bir qrup idi.

Onların istifadə etdikləri universal vasitələr müəyyən qədər Riçard Kobden və ya Frederik Bastiatın azad ticarət təlimlərinə yaxın idi.

Xalqların tarixini yazanlar

Səadət Cahangir, 13/9/12

Əfsanəvi Roma imperatoru Yuli Sezar yunan dramaturqu Evripidin bu sözlərini təkrar etməyi xoşlayırdı:

Bil ki, əməl etməlisən sən həmişə qanuna, Əgər onu pozursansa, poz hakimiyyət naminə.

Bəşər tarixi yaranandan söz və sənət hakim rejimlər üçün böyük təhlükə mənbəyi olub. Hələ lap qədim zamanlardan hökmdarlar saraylarında onları mədh edəcək şair və musiqiçilər saxlayırdılar. Çünki onlar çox halda öz qanunsuz qanunlarına haqq qazandırmaq üçün də bu vasitədən bəhrələnirdilər.

İpoteka krediti gənclərə “dirəkdirmi”?

Məhəmməd Talıblı, 10/9/12

Çağdaş dövrdə istifadə etdiyimiz sözlərin elələri var ki, onlar keçmişdə hansısa uğur hekayəsinin adı ilə bağlı olub. Ona görə bu tip sözlərin özü ilə bərabər  tarixi və məna yükü də qədimlərə gedib çıxır. Hazırda tez-tez eşitdiyimiz “ipoteka” sözü bu konteksdə baxıla bilər.

İpoteka yunan sözü olub, “dirək” və ya “dayaq” mənasını verir. Qısaca tarixçəsi var. Afinada məşhur Solonun adı və ideyası ilə start götürüb.

Bazar, Dövlət və Müstəqillik. Əsl liberal kimdir?

Şeldon Riçman, 7/9/12

Alan Volf  “Liberalizmin gələcəyi” (2009) əsərində  yazır ki, liberalizminin əsl varisləri olan Adam Smit, Tomas Ceferson və Con Loku bu günün klassik liberalları (libertarianları) deyil, hakimiyyət gücündən sui-istifadə edərək müstəqillik və bərabərliyi yayan başqa liberallardır. Volfa görə, belə "müasir liberalizm" sadəcə orijinal olanın yenilənməsidir: on səkkizinci əsrdə azad bazarın dəstəklənməsi yönündə siyasi hakimiyyət müstəqillik və bərabərliyi əzmişdi; indi hakimiyyət vasitəsi ilə kapitalizm sistemində olan özəl korporasiya eyni işləri həyata keçirir.

Biznes azadlığında 78-ci yer...

Səadət Cahangir, 4/9/12

Görəsən niyə uzaq keçmişdə baş verən hər şey insana sehirli nağıl kimi görünür? Bəlkə ona görə ki, o zamanlar dünya bu qədər yaxınlaşıb “kiçilməmiş”, texnologiya belə kosmik sürətlə inkişaf etməmiş olsa da, insanlar daha xoşbəxt, həyat problemləri daha yüngül, yaşamaq daha macəralı və gözəl idi...

Utilitarizmdən libertarianizmə qədər (II hissə)

Məhəmməd Talıblı, 27/08/12

Libertarianlar təkrar bölgünün əleyhdarı kimi

Həm utilitaristlər, həmdə liberallar cəmiyyətdə gəlirlərin müxtəlif tənzimləmə üsulları ilə təkrar bölüşdürülməsini və həmin sərvətləri hamının ortaq məhsuluna çevirməyi qəbul edirlər. Yəni, bu sərvətin dövlətə məxsusluğunun vacibliyini qeyd edirlər. Amma libertarianlar isə bu iki siyasi fəlsəfə tərəfdarlarının ziddinə olaraq bu sərvətin hər fərdin ayrı-ayrılıqdakı gəliri kimi qiymətləndirməyin tərəfdarı kimi çıxış edirlər.

Utilitarizmdən libertarianizmə qədər (I hissə)

Məhəmməd Talıblı, 22/08/12

İqtisadçılar “iqtisadi dəyişkənliyə” cəmiyyətdəki varlılar və kasıblar arasında yerdəyişməni əks etdirən koridor kimi baxırlar. Yəni, uzun illərdir ki, bu təbəqələrin dəyişən nisbətləri müxtəlif diskussiyalara və dartışmalara səbəb olurdu.  Bu məsələyə yanaşmada hər iqtisadi xəttin(siyasi fəlsəfə) öz arqumentləri və davamçıları var. Bu baxışlar sistem halında siyasi fəlsəfə məktəblərinin ortaya çıxmasına səbəb oldu. O baxımdan buna yalnız iqtisadi problem deyil, eyni zamanda siyasi və fəlsəfi mövzu kimi yanaşmaq lazımdır.

Syndicate content