İntellektuallar niyə kralların cangüdənlərinə çevrilir?

Səadət Cahangir, 19/08/12

Lap qədim zamanlardan hökmdarlar öz hakimiyyətlərini əldə möhkəm saxlamaq üçün kütləyə nüfuz edə biləcək kəsimin gücündən yararlanırdılar. O dövrün keşişləri insanları kralın müqəddəs olduğuna inandırmaq üçün dəridən-qabıqdan çıxırdılar. Hətta Yaponiyada xalqın qulağını doldurmuşdular ki, krallar günəş nəslindəndir. Bəli, geniş səlahiyyətləri olan güclü hakimiyyət üçün zor tətbiq etməkdənsə, yumşaq yol-inandırma yolu daha sərfəli idi.

Neftin qiyməti: Dalğalanmalar fonunda (III hissə)

Məhəmməd Talıblı, 15/08/12

Azərbaycan nefti - dünyanın enerji coğrafiyasında

Bəzən Azərbaycan neftinin dünyanın neft  bazarındakı xüsusi çəkisi və rolu lazım olduğundan daha artıq formada təqdim olunur. Hətta bu həddə qədər fantaziyalar irəliləyir ki....Yəni, sən demə bütün beynəlxalq təşkilatları və dövlətləri neftimiz hesabına satın ala bilərik. Bu zaman belə təəssürat yaradılır ki, sanki dünyada ən yüksək səviyyədə neft hasil edən ölkə də bizik, dünyadakı neftin qiymətinə  təsir gücü olan öncül ölkələrdən biri də Azərbaycandır.

Aclıq “sənəti”, yoxsa aclıq intiharı?

Səadət Cahangir, 11/08/12

Frans Kafkanın “Aclıq sənətçisi” adlı bir əsəri var. Böyük heyran kütləsi olan bir sənətçinin həyatından bəhs edir. Amma bu sənətçinin işi bir az başqadır. Səhərin mərkəzindəki qəfəsində oturub aclıq “sənəti” nümayiş etdirir. Ona maraq göstərənlərin sayı-hesabı yoxdur. Ac qalmaq isə onun “sənəti”, onun üçün “dünyanın ən asan işidir”. Amma günlərlə ac qalan sənətçini aclıqdan çox ona şübhəylə yanaşanların inamsızlığı üzür. İnsanlar onun gizlicə yemək yediyini düşünür. On dörd gündən sonra qəfəsi açıb ona yemək verildiyi zaman sənətçi hələ uzun bir müddət də ac qala biləcəyini deyir.

Tariflər və azadlıq

Donald C. Bodro, 07/08/12

İstehlakçının müstəqil olmasına qarşı çıxan azad ticarət əleyhdarları öz arqumentlərini dəstəkləmək üçün bir tarixi epizoda istinad edirlər. Onlar tez-tez XIX əsrin sonlarında Amerikada mövcud olan yüksək tarifləri misal gətirirlər. Məsələn, Pat Buçanan  “Böyük xəyanət” adlı kitabında 1800-cü illər haqqında bildirir ki, "Bir tarif səddi arxasında… Amerika Birləşmiş Ştatları aqrar sahil respublikasından bir əsr ərzində dünyanın heç görmədiyi ən böyük sənaye gücünə çevrilmişdi. Bu, proteksionizm adlanan siyasətin uğuru idi ki, hazırda bir çox ittihamlarla üz-üzə qalıb".

Neftin qiyməti: Dalğalanmalar fonunda (II hissə)

Məhəmməd Talıblı, 06/08/12

OPEK-in neft siyasəti

OPEK (Neft İxrac Edən Ölkələr) dünya üzrə neft hasilatının 40%-ni verir. Eyni zamanda, hazırda dünyada neft ehtiyatlarının ¾ hissəsi OPEK kartelinə daxil olan ölkələrin payına düşür. Ona görə də, belə ağırlıq təşkil edən təşkilatın neft siyasəti və onun qiymətinə təsiri başadüşüləndir. Bu baxımdan OPEK-in verdiyi qərarlar neftin qiymətinə təsirsiz ötüşmür. Ən əsas da OPEK-in hasilat kvotası ilə bağlı qərarları bu baxımdan olduqca böyük gücə malikdir. Ona görə də, neftin qiymətinin artmasını şərtləndirən səbəblər sırasında OPEK-in hasilat kvotasının aşağı salınmasına dair verdiyi qərarlar və bununla bağlı öhdəlik götürən ölkələrin həmin öhdəliyi yerinə yetirməsi mühüm əhəmiyyət kəsb edir.

“İnternet bir media, inqilab isə bir iradədir...”

Səadət Cahangir, 01/08/12

Dünyanın uzaq məsafələrində yaşayan insanları bir anda eyni masa arxasına gətirən “Facebook”un hazırda 800 milyondan artıq istifadəçisi var. Bu cədvələ Amerika 150 miyondan artıq istifadəçisi ilə öncüllük edir. İkinci yerdə İndoneziya, üçüncü yerdə Hindistan, dördüncü yerdə Türkiyə, beşinci yerdə Birləşmiş Krallıq dayanır.

Neftin qiyməti: Dalğalanmalar fonunda (I hissə)

Məhəmməd Talıblı, 29/0712

Neftin qiymətinin sədaqətsiz dostlar kimi tez-tez dəyişməsi bütün dünya ictimaiyyətinin daim maraqla gözlədiyi və mütəxəssislərin müzakirə etdiyi məsələdir. Neftin qiymətinin dəyişkənliyinə olan reaksiya, heç şübhəsiz ki, həmin “piroqda” hamının payının olması ilə bağlıdır. Qısa desək, ondan hamı istifadə edir. Hamının öz “büdcəsində” payı olan neftin qiymət dəyişkənliyi tək neftlə zəngin ölkələri və ya yüksək səviyyədə neft istehlak edənləri, treyderləri, neft korporasiyalarını deyil, sadə vətəndaşları da düşündürür.

Dövlət mandatlı düşüncə

Piter Makalister, 25/07/12

Bu ifadə düzgün səslənirmi? "Əgər “Spongebob SquarePants”(cizgi filmi qəhrəmanı) Minneapolisin meridirsə, onda Napoleon Vaterloo döyüşünü uduzub". Doğrudur. Belə ifadə olunduqda isə doğru deyil: "Əgər Napoleon Vaterloo döyüşünü uduzubsa, onda “Spongebob Squarepants” Minneapolisin meridir."

Çaşqınlıq yarandı, deyilmi? Bizim dövlət məktəbi olan tədris kursuna xoş gəlmisiniz.

"Heç bir şey havayı əldə olunmur, o ki qaldı, azadlıq ola…”

Səadət Cahangir, 22/07/12

Azadlıq mübarizləri Əhməd Harara və Mugira eş Şerifin hekayəti

Keçən il “TİME” jurnalının dünyanın ən mübarizləri arasından "ilin adamı" olaraq seçdiyi şəxslər sırasında Misir inqilabının simvollarından biri- hadisələrdə hər iki gözünü itirən 31 yaşlı diş həkimi Əhməd Harara da vardı. Əhməd bir gözünü Hüsnü Mübarəkin devrildiyi xalq etirazlarında, ikinci gözünü isə onun devrilməsindən sonra iqtidarı ələ alan hərbi rejimə qarşı aksiyalarda itirib. Amma o, ölkəsinə yeni ədalətli qaydalar, hüquqçuluq və azadlıq gəlməsi üçün gözlərini qurban verməsindən belə peşman deyil.

“İşləyən yoxsullar” ölkəsi (II hissə)

Məhəmməd Talıblı, 13/07/12

“Zəngin yoxsuldan daha az istehlak edir. Onlar təbiətən xudpəsənd və tamahkar olmasının əksinə olaraq sahib olduqları məhsulları yoxsulla bölürlər. Baxmayaraq ki, onlar öz mənfəəətlərini düşünürlər.“

Adam Smit “Əxlaqi duyğular nəzəriyyəsi”

Azərbaycanda yoxsulluq “dərinliyi”

Onu etiraf etmək lazımdır ki, Azərbaycanda yoxsulluğun dərin olmasının həm obyektiv, həmdə subyektiv səbəbləri var. Obyektiv səbəb kimi, ölkə iqtisadiyyatını bir sistem olaraq transformasiyasından meydana çıxmış (Sovetlər Birliyindən ayrılması) tənəzzül elementləri və Dağlıq Qarabağ konfliktinin yaratdığı demoqrafik dəyişikliklər, insanların iş yerlərinin itiriməsi, 1 milyon qaçqının müxtəlif səbəblərdən gəlirdən məhrum olması. Subyektiv səbəblərə isə daha çox yoxsulluqla mübarizədə idarəetmənin keyfiyyəti ilə bağlılığın xüsusi qeyd etmək lazımdır. Müstəqilliyin ilk illərində yoxsulluğun vəziyyəti hamımıza aydındır.

Syndicate content