“İşləyən yoxsullar” ölkəsi (I hissə)

Məhəmməd Talıblı, 12/07/12

Yoxsulluq qlobal fenomen kimi

Qeri Çartyenin “Hökumət yoxsulların dostu deyil” essesi bir çox kreativ yanaşmalar baxımından maraq doğurasıdır. Maraqlı detalları və fəlsəfi düşüncələri özündə ehtiva edən essedir. Dövlətin yoxsulluqla mübarizədəki rolu, “dişsizliyi”, öhdəliklərinin icrasındakı ləngliyi, tənzimləmə siyasətindəki qanunvericilik boşluğuna  dair mülahizələri diqqətimi cəlb etdi. Bir anlıq Azərbaycanda yoxsulluqla mübarizə metodları, statistik blef və onun təzahür formaları göz önümə gəldi.

“Yaxşı, Tanrı bu uşaqlara nə olacağını bilirmi?..”

Səadət Cahangir, 11/07/12

Dünyanın texnoloji nəhəngi “Apple”ın yaradıcısı Stiv Cobsun həyatı haqqında nəşr olunan kitab onun layihələndirdiyi estetik məhsullar kimi rekord qırmaqda davam edir. Kitabın müəllifi dünyaca məşhur bioqrafiya yazarı Valter İsaksonun kəşflər dahisi ilə 40-dan çox üzbəüz görüş əsasında qələmə aldığı kitab satışa çıxmazdan əvvəl sifarişlərlə fantastik  göstərici əldə edib. 28 ölkədə eyni vaxtda satışa çıxarılan nəşrin birinci buraxılışı ilk günlərdə tükənib.

On bir yaşlı Əlinin azadlıq savaşı

Səadət Cahangir, 05/07/12

Yaxın günlərdə dünya mediası 11 yaşlı Bəhreynli məktəbli Əli Həsənlə bağlı maraqlı bir məlumat yaydı. Bu, keçən il Bəhreyndə hökumət əleyhinə başlayan və fasilələrlə davam edən etiraz aksiyalarına qatıldığına görə həbs olunan Əlidir. Məlum olduğu kimi, keçən ilin fevral ayında alovlanan o hadisələrdə ölkədə böyük qarışıqlıq yaranmış, etiraz aksiyalarında 50-dən çox insan ölmüşdü.

Xoşbəxtliyin iqtisadi dəyərləndirməsi

Məhəmməd Talıblı, 30/06/12

Xoşbəxtlik iqtisadi kateqoriya deyil. Amma xoşbəxtliyin əldə olunması çoxistiqamətli sosial dəyərlərlə yanaşı, həm də başlıca olaraq iqtisadi məzmun daşıyır. Əslində, xoşbəxtlik haqqında fikirləşməyən insan yoxdur. Bütün çalışma və fədakarlıqlar xoşbəxtliyin təmin olunması üçündür. Amma bununla belə xoşbəxtliyində universal meyarı və resepti də yoxdur. Çünki, biri üçün xoşbəxtlik ölçüləri digəri üçün əhəmiyyətsiz, digərləri üçün dərin məna kəsb etməyən xoşbəxtlik meyarı o biri üçün həyatı məna kəsb edir. Bütün bu xoşbəxt olmaq yolunda qeyri-müəyyənliklər bütün insanları qeyri-ixtiyarı gərgin fəaliyyətə sövq edir.

Hökumət yoxsulların dostu deyil

Qeri Çartye, 25/06/12

Bu məsələ barədə dəfələrlə eşitmiş olduğunuza inanmıram. Geniş səlahiyyətli hökumət tərəfdarı olan və bunun günümüzdəki ən parlaq nümunələri sayılan “New York Times” qəzetinin təmsilçisi Paul Krugman və “Washington Post” qəzetinin təmsilçisi Eugene Robinson hökumətin sosial xidmətlərinə heç bir yaxşı alternativ olmadığına əminliklərini ifadə edirlər. Hökumət olmadan insanlar aclığa düçar olar. Onlar küçələrdəcə ölüb qalar. Biz kütləvi yoxsulluğun tüğyan etdiyi dövrə geri dönərik. Beləliklə, kimsə hökumətin yoxsulluq əleyhinə olan səylərini sual altına alırsa, o, mərhəmətsiz, ağısız və ya ya bunların hər ikisi sayıla bilər. Mən buna əmin deyiləm!

İki fərqli qadın tablosu...

Səadət Cahangir, 20/06/2012

Bu günlər sosial şəbəkələrdə dolaşan məşhur videonu xatırlamış olarsınız. Polisin sürüklədiyi və dirəniş göstərdiyi məqamda əynindəki paltarları çıxıb, yerdə çılpaq qalan həmin qadın mülkiyyət haqlarının pozulmasına etiraz etdiyi üçün bu hala düşən bir azərbaycanlı qadını idi. Gəncədə baş vermiş bu hadisə böyük qalmaqala çevrildiyi  üçün  sonradan onu ört-basdır etməyə çalışdılar. Guya məsələnin polisə heç bir dəxli yoxmuş.

Çox-etnikli cəmiyyətlər: dəyərlər niyə önəmlidir?

19/06/2012

Azadlıq, dövlətçilik və etnik birlik haqqında hər bir fərdin fərqli baxışı ola bilər. Hətta bu fikirlər tez-tez elm aləmində və təcrübədə ciddi qarşıdurmalar yaradır. Dünya, insanları etnik kimlik və mənşəyi əsasında bölən sərhədlərlə doludur. Coğrafiya, keçmişdən bəri sərhədləri müəyyənləşdirmək üçün ənənəvi bir göstərici kimi istifadə olunur.

RLS-in sosial və iqtisadi aspekti

Məhəmməd Talıblı, 14/06/2012

“İnsanlar pul qazanmaq üçün sağlıqlarını itirər, sonra əldə etdikləri pulları onu qaytarmaq üçün xərclərlər.”(Platon)

Qəbələ Radio Lokasiya Stansiyası (RLS) daha çox hərbi obyekt kimi beyinlərdə assosiasiya olunur. Amma nəzərə  almaq lazımdır ki, stansiyadan həm istifadəyə görə, həm də ora qoyulan investisiyaya görə, həm də oradan əldə olunan icarə haqqına görə, onun sosial və iqtisadi aspektləri haqqında da düşünmək lazımdır. 2000-ci ildən Rusiya ilə imzalanan sazişə görə, RLS-dən istifadə müddəti  bu ilin iyul ayında bitir. Bununla bağlı həm ölkə daxilində, həm də Rusiya tərəfində xeyli narahatçılıqlar var. Rusiyanın narahatlıqları daha çox militarist maraqlar olduğu üçün onun haqqında mən yox, “Kreml” təmsilçiləri düşünməlidirlər. Amma Azərbaycan maraqları ilə bağlı mənim bir iqtisadçı olaraq narahatçılıqlarım var. Onları sizinlə qısacaq olaraq bölüşmək istəyirəm.

Kürdən tutulan: balıq, yoxsa pul?

Məhəmməd Talıblı, 08/07/12

Dahilərdən biri deyib ki, əgər sən insana bir gün balıq tutub versən, o bir gün tox olacaq, amma sən ona balıq tutmağı öyrətsən,o heç vaxt ac qalmayacaq. Həqiqətən, həm balıq, həm də balıq tutmaq üçün tilov məsələsi sadə məsələ deyil. Əslində, mədəni və insana xidmət üçün fəaliyyət göstərən hökumətlər belə bir alicənab davranışa sahib olmalıdırlar. Amma elə hökumətlər var ki, onlar nəinki tilov vermirlər, hətta “balıqçıların” tutduqları balıqları belə əllərindən alıb Kürə...yox, üzr istəyirəm, suya buraxırlar. Amma sən demə Kürə  təkcə balıq buraxmırlar, həm də oradan pul tuturlar. Yəni, büdcədən Kür daşqınlarının qarşısının alınması üçün büdcədən 100 milyona qədər vəsait ayrıldı. Bu ayrılan büdcə vəsaitlərindən həqiqətən böyün pullar mənimsənildi.

Azad düşüncənin və ya “həbsxanadakı məhkumlar”ın səsi…

Səadət Cahangir, 06/06/2012

Tarixi uzaq min illərə gedib çıxan musiqinin azad insanlar tərəfindən yarandığına heç şübhəm yox. Həqiqətən, azad düşüncənin məhsulu olmayan bir sənət insana bu qədər zövq verə bilər? Musiqi tarixən xalqların taleyində də çox önəmli yer tutub, hətta böyük müharibələrdə, azadlıq mübarizələrində onun xüsusi önəmi olub. Bəlkə, bu səbəbdəndir ki, hər bir xalq özünə azadlıq simvolu olaraq bir himn yaratmağı da vacib sayıb…

Syndicate content