Müharibə gedən ölkədə azadlıq üçün savaşmaq...

Səadət Cahangir, 01/06/12

İyirminci əsrin tanınmış mütəfəkkirlərindən Radolf Born yazırdı: ”Müharibə dövlətin sağlamlığıdır”-azad insanlarda sürü instinkti yaratmağın ən yaxşı yolu hökumətin gücünün artırılmasıdır.”

Bəli, dünyanın bir çox ölkəsində totalitar sistem qurmuş hakimiyyətlər qonşu dövlətlərlə münaqişəli problemləri bəhanə gətirərək, belə halda öz insanlarının demokratiya mübarizəsinin qəbul olunmazlığını iddia edirlər. Bu iddia absurd və gülünc olmaqla bərabər, onu bəyan edənlərin qurduqları ədalətsiz rejimə haqq qazandırmaq cəhdlərindən başqa bir şeyə bənzəmir.

“Eurovision” büdcəsi: Bizdə və Dünyada

Gələcək dünyamızda meydana gələn münaqişələrin kökündə siyasi və iqtisadi motivlər yox, mədəni faktorlar dayanacağı üçün münaqişələrdə iştirak edən dövlətlər daha çox mənsub olduqları mədəniyyətləri “qohum” daşıyıcıları (dövlət-subyektlər) ilə müxtəlif birliklərə can atacaqlar.

S.Hanqtinton

 

Məhəmməd Talıblı, 29/05/12

Avropa çoxdan özünü təkcə siyasi və iqtisadi məkan olaraq deyil, mədəni bir sistem olaraq da tanıtmaq haqında düşünürdü. 1955-ci ildə Avropa məkanında ən yaxşı mahnının seçilməsi ilə bağlı etdiyi təklifə görə, Marsal Bezanson tarixə düşdü. Nəhayət M. Bezansonun təklifi gerçəkliyə çevrildi. 1956-cı il may ayının 24-də İsveçrənin Luqana şəhərində 7 ölkənin (İsveçrə, İtaliya, Hollandiya, Belçika, Lüksemburq, Fransa və Almaniya) iştirakı ilə müsabiqə keçirildi. Artıq Azərbaycan 57-ci “Eurovison” mahnı yarışmasına ev sahibliyi edir. Buna təbii ki, sevinməmək olmaz. Çünki, burada Azərbaycanın adı və bayrağı var. Mən şəxsən arzu etmirəm ki, ölkəmizin adı  indiyə qədər bu yarışmadan faydalanmayan və öz dövlətinin adını bu yarışmalarda ifadə etməyən ölkələrin adları ilə birgə çəkilsin.

Bir yaxşıları örnək almaq var, bir də quyunun dibində qalmaq...

Səadət Cahangir, 18/05/2012

Elə indicə kiçik bir sorğu keçirib çevrəmizdəkilərə “dünyanın yaşamaq üçün ən gözəl ölkəsi hansıdır?” sualını versək, tərəddüdsüz inkişaf etmiş demokratik ölkələrdən birinin adını çəkəcəklər. Təbii, sərt cəza sisteminə əsaslanan, insanların əzildiyi və yoxsulluq içində çapaladığı ölkələrin arzulanması ehtimalı sıfıra bərabərdir. O zaman hər kəs özünə sual verə bilər: “bu gözəl cəmiyyətlər necə qurulub və biz o səviyyəyə çatmaq üçün nələr etməliyik?”

Avropanın enerji bazarı və Azərbaycan (II hissə)

Məhəmməd Talıblı, 16/05/2012

Rusiyanın qonşu ölkələrdən eyni dövrdə aldıqları müxtəlif qaz qiymətləri onu deməyə əsas verir ki, Rusiyadan enerji asılılığı çox təhlükəlidir. Çünki, Rusiya sabit tərəfdaş olmadığı üçün qazın qiymət bazarın tələb və təklifinin “rəqsi” ilə deyil, siyasi mülahizələrlə formalaşır. Yəni, qiymət siyasəti dostlara və qeyri-dostlara deyil, dostlara və düşmənlərə görə təsnifatlaşdırılır. Rusiyanın əlində olan qaz “kartı” əslində təhdid siyasətinə çevrilib.

“Free Market Road Show” – Bakı: İqtisadi İnkişaf üçün Ticarət və Regional Əməkdaşlığın Rolu

Ayxan Nəsibli, 14/05/2012

Ölkədəki iqtisadi islahatları göstərmək üçün sərhədlərin azad ticarətə açılması hökumətin legitimliyini sübut edən bir imkandır!

İqtisadi reformların hamısı bir biri ilə əlaqəlidir. Siyasətçilərin belə bir deyim var ki, “mənə birtərəfli iqtisadçı lazımdır.” Halbu ki, iqtisadçılar həmişə bir sektorda islahatı dəstəklədiyi halda, digər əlaqədar konteksdə də islahatın tələb olunduğunu qeyd edirlər. Bu məzmunda söhbət dayanıqlı iqtisadi inkişafdan gedirsə, ticarətin liberallaşması və qonşu ölkələrlə regional inteqrasiya prinsipcə üst-üstə düşən məsələlərdəndir.

“Eurovision” yarışması hansı mesajı verəcək?

Səadət Cahangir, 09/05/12

Mayın sonlarında Bakıda keçiriləcək “Eurovision” yarışmasına az qalır. Ölkədə isə yaxşılığa doğru bir şeyin dəyişdiyi yox. Belə görünür ki, Azərbaycanın Avropanın populyar bir musiqi layihəsinə qoşulmaqla dünyaya gözəl mesajlar vermək istəyi barədə ümidləri özünü doğrultmur. Belə olsaydı, ən böyük pozuntu elə layihənin keçirilməsi üçün nəzərdə tutulan arenada baş verməz, onlarla insan zorla evindən çölə atılıb mülkləri yerlə-yeksan edilməzdi. Bundan başqa, yarışma ərəfəsində baş verən yeni həbslər, jurnalistlərin döyülməsi, məşhur jurnalist Xədicə İsmayılovaya qarşı çirkin şantaj kampaniyası da yaxınlarda ürəkaçan şeylərin gözlənmədiyindən xəbər verir.

Avropanın enerji bazarı və Azərbaycan

Məhəmməd Talıblı, 06/05/12

“Vaxtı ilə ABŞ hansısa ölkəni hədələyəndə deyirdi: Gələrəm məhv edərəm. İndi isə deyir: Çıxıb gedərəm, məhv olarsan.”

ABŞ-ın keçmiş prezidentinin müşaviri Zbiqnev Bjezinski

Avropanın enerji strategiyası və həmin bazarlara çıxış siyasəti haqqında müxtəlif rəylər var. Avropa ilə əməkdaşlıqdan söz düşəndə bəzən belə bir ritorika daha populyar səslənir: “Avropaya  və Qərbə demokratiya yox, neftimiz və qazımız, yəni enerjimiz lazımdır.” Buna görə, Avropa Birliyinin enerji siyasəti və bazarı, ölkəmizin bu strategiyada yeri haqqında bəzi mülahizələrimi sizinlə bölüşmək qərarına gəldim.

AZAD BAZAR TƏDBIRLƏR SILSILƏSI - BAKI, 5 MAY 2012

Məkan: Park İnn Hotel, Dan Ulduzu Konfrans Zalı Azadlıq prospekti 1 Bakı, Azərbaycan

Təşkilatçı: Azadlıq Naminə Fridrix Naumann Fondu

 

13:30  Qeydiyyat

 

14:00 – 14:30 Salamlama

Xanım Sylvia MEIER-KAJBIC, Avstrya səfirliyi

N.N. Almaniya səfirliyi

İnsan haqları bəşəri bir dəyərsə...

 

Səadət Cahangir, 29/04/12

Özün üçün bir şey etməyəcəksən; Kim edəcək?

Başqası üçün bir şey etməyəcəksən; Həyatının anlamı nə?

İndi etməyəcəksən; Nə zaman?

Mahatma Qandi

“Ərəb baharı” uzun illərdən bəri totalitarlaşmış cəmiyyətləri sovurub tökür. Bu qəlibləşmiş, bərkimiş qaydalara söykənən eybəcər sistemlərin dağıntıları altında, çox təəssüf ki,  minlərlə insan həyatı da məhv olub gedir. Böyük mübarizələr qurbansız olmur, doğrudur. Amma  bu hikkəli dirənişin, qəddar zorakılığın önünü kəsmək üçün gerçəkdənmi heç bir yol yoxdur?  Suriyada axan qanlar dayanmır. Gözü dönmüş Əsəd rejimi  qətliamlarına davam edir. Artıq bir ildən artıqdır bu rejim öz azadlıq haqqını istəyən dinc insanların-öz vətəndaşlarının başına bomba yağdırır.

İqtisadi azadlıqlar nəyə “hamilə” olur?

Məhəmməd Talıblı, 25/04/2012

“Yüksek derecede ekonomik özgürlüğe sahip bir ekonominin bem refah bem performans bakımından en iyi sonuçları ürettiğinin delili pek çoktur”.

Stefan Melnik “Özgürlük, refah ve Demokraki mücadilesi” kitabı

İqtisadiyyat, pul və azadlıqlar haqqında çox nəzəriyyələr mövcuddur. Pul siyasəti və azadlıqların qarşııqlı əlaqəsinə dair müxtəlif paradiqmalar da var. Amma bəzən pulu azadlıqla, yoxsa azadlığı pulla almağa dair müxtəlif aforizmlərə də rast gəlirik. Məşhur ingilis yazıçısı Robert Stivenson yazırdı ki, pulu biz azadlığımızla almağa məcburuq.Yəni, bu, insanın azad olmadan və iqtisadi azadlıq olmadan pul qazanmağın mümkünsüzlüyünə eyham edir. Bəşər övladı azad olanda ruhu və təşəbbüsü də azad olur.

Syndicate content