Delfinlərin və məhbusların xilası

Səadət Cahangir, 22/04/2012

Elektron poçt ünvanıma tez-tez dünya ölkələrindən müxtəlif petisiyalara-kampaniyalara dəstək çağırışları gəlir.  Bu kampaniyalar insan haqlarından tutmuş mədəni irsin qorunmasına, ekoloji problemlərə, heyvan və bitki növlərinin mühafizəsinə kimi çeşidli məsələləri əhatə edir. Son zamanlar dünyanın gündəmini məşğul edə bilən belə böyük kampaniyalardan biri xüsusi diqqətimi çəkdi. Bu, dünya sularının bəzəyi olan “gözəllik pəriləri”nin qətliamına qarşı başladılan “Delfinlərə azadlıq!” aksiyasıdır.

Xarici borc sindromu

Məhəmməd Talıblı, 19/04/12

Qlobal iqtisadi böhranlar ölkələri iqtisadi kataklizmlərə “qonaq” etdi. Hansı ölkələrin ki, daxili müvazinətləri bu xarici “şoku” strelizasiya etmək və preventiv (antiböhranlı situasiyanı önləyən idarəetmə səriştəsi)  tədbirləri həyata keçirmək gücündə oldusa, həmin ölkələr bu sınaqlardan çıxa bildilər. Hansı ölkələrin ki, iqtisadi dayanıqlıqları zəif və maliyyə resursları məhdud idi, həmin ölkələr böyük xarici borclanmanın miqyasını daha da artırdılar. Düzdür, Azərbaycanın bu böhran zamanı digər ölkələrlə müqayisədə çox da böyük itkiləri olmadı, amma bu Azərbaycanın təkmil iqtisadi siyasəti ilə bağlı deyildi.

Dinc dəyişikliklər musiqi və çiçəklə başlanır...

Səadət Cahangir, 13/04/2012

Bu gün çiçək inqilabları dünyadakı dinc dəyişikliklərin simvoluna çevrilib. Bu köklü dəyişikliklər zamanı xalq arasında simvollaşan başqa bir atribut da var – musiqi. Biz bu örnəyi Ukraynanın, Gürcüstanın və Tunisin təcrübəsində gördük. Amma bilmədiyimiz bir örnək də var. Dünyada ilk “qərənfil inqilabı” 1974-cü ilin 25 aprelində Portuqaliyada “Eurovision” musiqi yarışmasının mahnısıyla başlanıb. Həmin gün heç bir zor işlədilmədən çevriliş baş verib və  bu, diktatorluqdan demokratiyaya keçidin başlanğıcı olub.

Avropa Birliyi müstəvisində Azərbaycan

Məhəmməd Talıblı, 10/04/2012

Avropa ilə tarixilik ənənələri

Avropa məkanı Azərbaycan üçün, Azərbaycan da Avropa üçün yeni deyil. Çünki Azərbaycan Şərqlə Qərb, islam dünyası ilə  xristian dünyası arasında  yerləşən ölkədir. Avroatlantik məkana inteqrasiyanın tarixi qədimdir və bizdə belə ənənə olub. Əsrin əvvəllərində Nobel qardaşlarının burada neft şirkətləri var idi. Əsrin sonunda isə 1991-ci ildə ölkəmiz  müstəqillik qazandıqdan sonra AB Azərbaycan iqtisadiyyatına yardım göstərən əsas donorlardan biri olmuşdur. Bu müddət ərzində Aİ ilə münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilmişdir.

Azərbaycanda mülkiyyət “insanlığa İlahi vergidirmi?”

Məhəmməd Talıblı, 03/04/2012

“...Mülkiyyətə sahiblik insanın ilkin haqlarına aiddir və onunla işləmək vətəndaşın haqqından doğur!” Con Lokk

Neçə illərdir ki, Bakımızın mənzərəsi dəyişir. Bu konfiqurasiya mülkiyyətə münasibəti xeyli dəqiqləşdirib və bu mövzunu xeyli populyarlaşdırıb. Sovet “şinelindən” çıxmış respublikalarda, o cümlədən Azərbaycanda mülkiyyət (xüsusi) münasibətlərinin tarixi cəmisi 20 ili əhatə edir. Məlum olduğu kimi, Sovet sistemində dövlət (ümumi) mülkiyyətdən söhbət gedə bilərdi. Çünki marksizm nəzəriyyəsi də insan təbiətinə qarşı çıxaraq onun mülkiyyət prinsipini nəzərə almırdı.

Azərbaycanın iqtisadi azadlıq göstəriciləri

ABŞ-ın tanınmış tətqiqat təşkilatı olan Heritage Foundation tərəfindən hazırlanmış və FMA tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş hesabatda siz Azərbaycanda iqtisadi azadlıq haqqında ətraflı məlumat ala bilərsiniz.

Xeyriyyəçilik rifah hökumətinə niyə mane olur?

Səadət Cahangir, 26/03/2012

Xeyriyyəçilik elə bir işdir ki, onun sayəsində insanlıq həm mənəvi, həm də maddi dəyər qazanır. Eyni zamanda, xeyirxahlıq hissi yalnız dəstək alan insanlara deyil, öz sərvətini bu iş üçün xərcləyənlərə də mənəvi zövq verir. Sözün əsl anlamında, mərhəmətli olmaq və cəmiyyətin yardıma ehtiyacı olan kəsiminə əl uzatmaq insanlığın ən təqdirəlayiq keyfiyyəti sayıla bilər. Bu mövzudan söz düşəndə örnək bir şəxs kimi “Microsoft” şirkətinin sahibi Bill Qeytsin adını xatırlamamaq olmur. Müasir günümüzdə çarəsiz insanların xeyrinə bağışladığı pullarla az qala bir nağıl qəhrəmanına çevrilən Bill Qeyts 2007-ci ildən bəri malik olduğu sərvətin 48%-ni (28 milyard dollar) həyat yoldaşı ilə birlikdə yaratdığı “Bill and Melinda Gates” fonduna köçürüb. İndi bu fond dünyada milyonlarla insanın həyatında dəyişiklik yaratmaq istiqamətində uğurla fəaliyyət göstərir. Onların həyata keçirdikləri bu layihələrdən indiyə qədər 5,8 milyon insanın faydalandığı söylənir.

Əmanətə xəyanət dözümlülüyü

Məhəmməd Talıblı, 20/03/2012

Əmanətlərin qaytarılması haqqında olan söhbətlər yeni mövzu deyil. Bu haqda ictimai müzakirələr hələ 1996-cı ildən başlayıb. Hər il büdcə müzakirələri zamanı əhali batmış əmanətlərinin qaytarılması ilə bağlı vəsaitin ayrılmasını böyük intizarla gözləməli olub. Amma bunların heç birində büdcə müjdəsi vətəndaşları sevindirməyib. XX əsri başa vurmuşuq və 2012-ci ildə yaşayırıq, amma bu mövzuya dair hələ də siyasi qərar verilməyib. Yox, təəcüblənməyin, mən səhv demirəm, çünki əmanətlər məsələsi sosial-iqtisadi məzmun daşısa da, onun reallaşması məhz siyasi iradə tələb edir. İndiyə qədər əmanətlər qaytarılmayıb, amma bir az da obrazlı desək,  əmanətimizə edilən xəyanətə dözərək yaşayırıq.

Annanın ölümündən 5 il sonra...

Səadət Cahangir, 16/03/2012

“İki şeyə haqqım olduğuna qərar verdim: azadlıq və ölüm. Birinə sahib ola bilməsəm, o birini istərəm, çünki heç kim məni canlı dustaq edə bilməz.”
Harriet Tubman

Rusiyada 4 mart prezident seçkiləri  Vladimir Putinin “qəti” qələbəsi ilə yekunlaşdı. Saxtakarlığın dərəcəsini şişirtmə rəqəmləri qarmaqarışıq salan əyalətlərin sonda “böyük liderə” 107%-lik qələbə bəxş etməsi ilə ölçmək olar. O gün Rusiyada Putinə yazılan səslərin xeyli hissəsinin oğurluq olduğu kimsəyə şübhəli deyil. Ona “dəmir əl” simpatiyası ilə səs verənlərin arqumenti isə plastilin kimi əzilmiş haldadır.

Korelyasiya: İqtisadi artım və siyasi azadlıqlar

Məhəmməd Talıblı, 12/03/2012

Demokratiyanın üçüncü dalğası

Dünyamızın həm coğrafi mənzərəsi, həm də siyasi sistemi sürətlə dəyişir. Ölkələrdəki siyasi azadlıqların açılımı dövlətlərin ardıcıl olaraq azadlıq coğrafiyasını genişləndirir. Artıq dünyadakı dövlətlərin ¾-ü azad ölkələrin yolunu tutaraq öz müstəqilliklərinə qovuşub. Hansı xalqlar ki, müstəqil olmaq sıralarına düzülübsə, bir az gec, bir az tez bu uğurlu sonluğu başa vururlar. Çağdaş demokratiya tariximiz 3 epoxadan keçdi. Demokratiyanın birinci dalğası 1980-90-cı illəri əhatə edir ki, bu mərhələdə əsasən Şərqi Avropa ölkələri öz müstəqilliklərinə qovuşdular. İkinci mərhələ, 2000-ci illərdə şərti olaraq “Narıncı inqilab” adlanan possovet respublikaları olan - Ukrayna, Gürcüstan və Qırğızıstanı əhatə etdi. Demokratiyanın üçüncü dalğası isə 2011-ci ildə oldu. Bu isə yaddaşlarda “Ərəb baharı” kimi qalıb. Bu sıraya Tunis, Misir, Liviya kimi ərəb-müsəlman ölkələri daxildir.

Syndicate content