Azad olmaq öz əlimizdə...

Səadət Cahangir, 22/11/2011

“Əğər bir gün insanlar yaşamağı arzu edərsə, tale hökmən onlara cavab verər..

Bu ilin Nobel Sülh Mükafatına dünyada insan haqları uğrunda mübarizə aparan 3 qadın layiq görüldü. Liberiyanın prezidenti Elen Conson-Sirleaf, liberiyalı siyasətçi Leymah Qbove və yəmənli siyasi fəal Təvəkkül Karaman real namizədlər siahısındakı bütün adları geridə qoyaraq nüfuzlu mükafatın sahibi oldular.

Культурно-исторический контекст Азербайджана XIX- нач. XX века: философия свободы

Рахман Бадалов, 18/11/2011

Несколько предварительных замечаний.

Первое. Реальный исторический и культурный генезис современного Азербайджана и современных азербайджанцев следует искать именно в последних двух веках. Более ранние эпохи следует признать либо гипотетическими, либо мифологическими (не в смысле лжи, а в смысле невозможности эмпирических доказательств). Вероятно, ментальные особенности азербайджанца складывались в предыдущие эпохи, но их своеобразным итогом следует считать азербайджанского человека начала XIX века.

Demokratiyaya gedən yol “yetimlik”dən keçir

Natiq Güləhmədoğlu, 15/11/2011

Sonuncu İran şahının arvadı Fərəh Pəhləvinin memuarını oxuyanda diqqətimi bir nüans özəlliklə çəkdi.  Şah istibdadı inqilabla nəticələnəndə, etirazçıların hərəkəti Fərəh Pəhləvini çaşqınlığa salır. O, təəccüblə yazır ki, dünənə qədər sözün əsl mənasında əllərini ehtiramla öpən, onları sözləri ilə süsləyən insanlar, indi onları görəndə arxalarını çevirib gedirdilər. Şahbanu bunu açıq mətnlə olmasa da, xalqın qədrbilməzliyi kimi dəyərləndirir.

Liberalizmin ikinci dalğası və İran

Elxan Şahinoğlu, 09/11/2011

Dünyada və keçid ölkələrində liberalizm küləyi əsir... Birinci dalğa post-Sovet məkanında 1980-ci illərin sonlarında bürüdü. Polşada “Solidarnost” təşkilatının parlament seçkilərindəki qələbəsi ilə başlanan dalğa Macarıstan, Çexiya, Rumıniya və digər Şərqi Avropa ölkələrində kommunist rejimlərin çöküşü ilə yadda qaldı. Soyuq müharibənin simvolu halına gələn Berlin divarı da bu dəyişikliklərə “tab gətirmədi”. SSRİ-nin dağılması ilə dəyişikliklərin birinci mərhələsi yekunlaşdı. Növbəti dalğanı 20 il gözləmək lazım gəldi.

Delfinlər belə köləliyə qarşı üsyan etməyi bacarırsa...

Səadət Cahangir, 06/11/2011

Yer üzündə insanlığın azadlıq mücadiləsi min illərdir davam edir. Sözün əsl mənasında, azadlıq və həqiqət axtarışı əsrlərdən bəri insanların ən böyük idealı olmuşdur. Bu mücadilənin ilk qəhrəmanlarından biri olan Sokratı niyə edam etdilər?  Çünki o, Afina demokratiyasına qarşı çıxdı, bundan daha adil, daha mükəmməl bir sistem qurulmasını istədi. Onun bu savaşı azadlıq savaşı idi. Elə bu üzdən, böyük azadlıq istəyi üzündən onu görmək istəməyənlər ölümünə fərman verdilər. Bəli, azadlıq o qədər şirin şeydir  ki, insanlar ondan ötrü ölümə belə gedirlər.  Yalnız insanlarmı?..

Mərkəzi Avrasiya təşkilatlarının tərəfdaşları arasında imzalanmış "Novxanı Bəyannaməsi"

Nəzərə alaraq ki, azad ticarət:
-    insan azadlıqlarının, seçimin və məsuliyyətin artan təcrübəsinə;
-    sülh və stabillik üçün artırılan perspektivlərə;
-    artan sosial-iqtisadi inkişafa;
-    artan istehlakçı rifahına və real əmək haqlarına;
-    dövlət prosedurlarının və gəlirlərin idarə olunmasının artan şəffaflığına gətirib çıxarır,

Cafe Liberte

“Azadlıq Kafesi” - “Cafe Liberte” Azad Düşüncələr Assosiyasiyasının (FMA) yeni layihəsidir. Bu layihə Azərbaycan intellektualları arasında azadlıq və azad bazar məsələləri ilə bağlı müzakirələrə yer verəcək. “Azadlıq Kafesi” hər iki həftədən bir müzakirələr keçirəcək, klassik liberal düşüncə adamlarının ideyalarını və onların Azərbaycan cəmiyyətinə tətbiq imkanlarını müzakirə edəcək.

Kapitalizm Mənəviyyatı - Tom Palmer ilə müsahibə

Brayn: Bu, Keyto İnstitutunun gündəlik yayınladığı 10 avqust 2011-ci il çərşənbə gününə olan proqramıdır. Mən Braynam. Kapitalizmin xarakteristikasını resursların bölüşdürülməsinin digər vasitələrindən yüksəkdə görən insanlardan mənəvi müdafiə, azad bazar və xüsusi mülkiyyət haqqında soruşanda onlar çaşıb qalırlar.

Central Eurasian Roadmap Conference For Future Cooperation / Gələcək Əməkdaşlıq naminə Mərkəzi Avrasiya Yol Xəritəsi Konfransı

Gələcək Əməkdaşlıq naminə Mərkəzi Avrasiya Yol Xəritəsi Konfransı regionda azad bazar iqtisadiyyatına aparan islahatlarını dəstəkləyən tətqiqat mərkəzlərinin liderlərini bir yerə gətirir. Üç günlük konfans Xəzərin sahilində sürətlə inkişaf edən Bakı şəhərin ətraflarında keçiriləcək.

Konfransın məqsədi təşkilatlar arasında əlaqələri gücləndirmək, təcrübə ilə bölüşmək və gələcəkdə birgə təbdirlərin və fəaliyyətlərinin keçirilməsi üçün imkanlarının müəyyənləşdirilməsidir.

Sağlam biznes mühiti davamlı iqtisadi inkişafın qarantıdır

11/08/2011

Azərbaycan biznes mühitində belə bir rəy formalaşıb ki, yaxşı gəlirli kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün mütləq kimlərdənsə “dobro” almalısan. Belə etməsən, son nəticədə bankrot olub biznesdən kənarda qalacaqsan. Bunun nə dərəcədə həqiqət olduğu isə göz qabağındadır.

Açıq-aydın hiss olunur ki, xırda ticarət sahələrini çıxmaq şərti ilə, sərfəli biznes sektorları bir sıra “işbazların” nəzarəti altındadır və onlara giriş hər kəsə nəsib olmur. Diqqətdən uzaq, sərfəsiz işlərə maya qoymaq isə böyük risk tələb edir. Bu faktor ölkəmizdə ədalətli biznesin inkişafına mane olur.

Syndicate content