Kiçik hökumət haqqında mühazırə

Fevralın 22-i “Azad Düşüncələr Assosiasiya”sının üzvü və AN şəbəkəsinin həmtəsisçisi Rəşad Şirin Azad Fikir Universitetində “Kiçik hökumət” mövzusunda mühazirə aparmışdır.

 

Rəşad Şirin:"Kiçik hökumət" from afumedia on Vimeo.

Azadlıq Yolda

21 fevral - Rəşad Şirinov-Kiçik dövlət: keçmişdən gələcəyə doğru
31 mart - Sabit Bağırov-Nabukko və ya cənub axını: hansı daha erkən olacaq
12 aprel - Elçin Rəşidov-İnformasiya assimetriyası
26 aprel - Zöhrab İsmayılov-İqtisadi azadlığın və sosializmin tənqidi
10 may - Şəfa Camalzadə-Mülkiyyət hüququ
24 may - Azad medianın mənəviyyatı
7 iyun - Hansı istiqamətə keçid?

İdeal siyasətçi hansi xüsusiyyətlərə sahib olmalidir?

Pərvanə Persiani, 08/04/11

Dəyişmək - inkişafın ən əsas şərtlərindəndir. Zaman zaman müxtəlif cəmiyyətlər özünəməxsus inkişaf ənənələri vasitəsilə dəyişərək siyasi kurslar və cərəyanların yaradıcısına çevrilmişlər. Lakin dəyişiklik və cərəyanların, siyasi istiqamətlərin yaranmasında nəyin rolunun daha böyük olduğu bir qədər mübahisə doğuran məqamlardandır.

"Libertarianizm" kitabı

Deyvid Boazın məşhur "Libertarianizm" kitabı indi Azərbaycan dilində!

Libertarianizm

Kitabı "Ali və Nino" mağazalar şəbəkəsində tapa bilərsiniz!

Məqalə müsabiqəsi

Nə üçün hökumət və biznes sektorları korrupsiyaya uğramış və inhisarçı mahiyyətə malik mühit əvəzinə rəqabətli biznes mühitinin yaranmasına can atmalıdır?

Müsabiqə üçün nəzərdə tutulan məqalənin məzmunu bu məsələni tənqidi fikir və yanaşma yolu ilə müxtəlif tərəflərdən analiz etməlidir.

Beynəlxalq təcrübə göstərir ki, rəqabətli biznes mühiti cəmiyyətdəki çoxsaylı iştirakçıların maraqlarına xidmət edir. Fərdlər/istehlakçılar, biznes sektoru və hökumət şəffaf siyasətin həyata keçirilməsindən faydalanan başlıca maraqlı tərəflərdir. Əsas institusional mexanizmin olmaması müxtəlif kənar təsirlərlə korrupsiya və inhisarçılıq gətirir. Beləliklə, təqdim olunan məqalələr hökumət və biznes sektorları maraqlarına təkan verməklə, rəqabətli biznes mühitinə yardım edən arqumentləri aşkara çıxarması gözlənilir.

Yaşamaq istədiyimiz Vətən

Pərvanə Persiani, 27/03/11

Heç özünüzü nə tam olaraq Qərbli, nə də Şərqli hiss etdiyiniz anlar oldumu? Bəzən içinizdəki Qərblinin Şərqliyə yenildiyinin, bəzən də əksinə olduğunun fərqində oldunuzmu? Əminəm ki, hamı olmasa da, Avropada yaşamış və ya təhsil almış insanların çoxunun ürəyindən tez-tez belə tərəddüdlü fikirlər keçir. Məncə, belə insanların çoxu özü üçün fərdi kimliyini müəyyənləşdirmək tərəddüdü yaşayıb. Onu da deyim ki, fərdi kimlik probleminin Sovet quruluşundan demokratiyaya keçid alan ölkələrin çoxu üçün xarakterik olduğunu düşünürəm.

Templeton layihəsi

Azad bazar mənəvi xarakteri korlayır?

Araşdırmada dünya tanınmış alimlərin, siyasətçilərin və içtimai xadimlərin bu suala cavabları göstərilir.

Heykəllərlə azadlığa...

Səadət Cahangir, 19/03/11

Bir zamanlar Bakının ən yüksək nöqtəsini zəbt edib dayanan bolşevik Kirovun heykəlini çoxları xatırlayır. İndi həmin heykəl yoxdur və bu parkda 1990-cı ildə Bakıya soxulan işğalçı rus qoşunları tərəfindən qətlə yetirilən şəhidlər uyuyur. O, “nəhəng” rus bolşevikinin bura Azərbaycan qarşısındakı hansı xidmətlərinə görə gəlib çıxdığını bilən yox idi. Amma onun “gedişi” də, gəlişi kimi, bu xalqa yüzlərlə insanın qanı bahasına başa gəldi...

"Azadlıq nədir?" videosu

14/03/11 AzadlıqÇırağı videosu


Reyqanın libertarian ruhu

Deyvid Boaz, 14/03/11

Liberallar Ronald Reyqan haqqında fərqli fikirlərə malikdirlər. Biz onunla bağlı müsbət düşündüyümüz zaman, dediyi bu sözləri xatırlayırıq: ”Libertarianizm konservatizmin qəlbi və ruhudur”.

Başqa vaxtlar onun hərbi interventionizmi, öz dövrü üçün yenilik sayılan dini hüququ dəstəkləməsini (“Mən bilirəm ki, siz məni dəstəkləməzsiniz, amma mən sizi dəstəkləyirəm”), o cümlədən onun həqiqətən hökumətin ölçüsünü azaltmaq istiqamətində uğursuzluğu fikrimizdən keçir. Ancaq ondan sonra gələn prezidentlər haqqında daha çox təcrübə qazandıqdan sonra, görürük ki, onların arasında ən yaxşısı Reyqan imiş.

Syndicate content