AN araşdırmaları

Bu araşdırmalar bir siyasət sənədləri toplusudur, müasir Azərbaycan dövləti və cəmiyyətinin üzləşdiyi bir sıra müxtəlif çətinliklərə xitab edir və bu problemlərin həll yollarını araşdırır.

Mövzular dövlət idarəçiliyi və insan kapitalı, sosial dövlət, azad bazar iqtisadiyyatı, gənclər siyasəti, səhiyyə, insan haqqları və ətraf mühiti əhatə edir. Kitab bütün bu mövzularda alternativ, amma icra edilə biləcək tövsiyyələr verir.

"Əjdahanı öldürmək" filmin nümayişi

Əziz dostlar!

"Liberty Pictures" layihəsi çərçivəsində SSRİ-nin ən tanınmış rejissorlardan biri olan Mark Zaxarovun Aleksandr Abdulov, Oleq Yankovskiy, və Yevgeniy Leonovun iştirakı ilə ictimai satira janrında çəkilən "Əjdahanı öldürmək" sənədli filminin nümayişini keçiriləcək.

2011-ci il yay seminarları

Amerikanın Humanitar Elmlər İnstitutuİqtisadi Təhsil Fondu təşkilatları tərəfindən təşkil olunan Yay seminarları haqqında ətraflı məlumat almaq istəyirsinizsə, bizim Tədbirlər təqviminə keçin.

Böyük dəyərlər uğrunda seçki...

“Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik. Ancaq bu arada çox bəsit bir sənətı unutduq- qardaş kimi yaşamağı...”
Martin Lüter Kinq

Səadət Cahangir, 22/12/2010
Azərbaycanın 17 illik vərəsə hakimiyyəti uzun müddətlik vaxt uduşuyla əlindən gələni edib ki, bu ölkədə insanların dəyişikliyə olan inamı ölsün. Bu illərə təsadüf edən seçkiləri hər dəfə saxtalaşdıra-saxtalaşdıra gələn hakim komanda özlüyündə xalqa belə bir “incə” mesaj verdiyini düşünür ki, zorakı güc, resurs, polis və agentura xofu olan yerdə sandıqla hökumət dəyişmək cəhdi boş xəyaldır. Əslində, burada təəccüb ediləcək bir şey yoxdur. Çünki dünyanın hər yerində diktat rejimlər bənzər metodlarla işləyirlər.

Sevgili Burma

Rəşad Şirin, 14/12/2010

Çoxdandı qeydlərimi yazmırdım. Elə bilirdim ki, deyiləsi söz yoxdur. Hər şeyi demişik, hər şey eşidilib. Amma sonra başa düşdüm ki, heç də başqa insanlar üçün deyil, özüm üçün də yazmalıyam. Hissləri, düşüncələri çölə tökmək üçün.

Bütün dostlara, xüsusilə də özünə yer tapmayan dostlara bu məsləhəti verərdim. Yazsınlar. Yayıb yaymadıqlarından asılı olmayaraq. Yazı insanı yüngülləşdirir, zehnini açır, düşüncəni təzələyir, çıxılmaz durumlarda belə insana güc verir. Yazı bir terapiyadır, bəzən deyirlər ki, yazı xəstəlikləri sağaldır, stresi çıxardır.

“Kölgədə savaşmaq” və təslim olmamaq

Biz əyilməyəcək və sınmayacağıq...Dənizlərdə və okeanlarda savaşacağıq, böyüyən bir güvənlə və böyüyən bir güclə havada savaşacağıq. Qumsallarda savaşacağıq, hava limanlarında savaşacağıq, tarlalarda və küçələrdə savaşacağıq. Dağlarda savaşacağıq. Əsla təslim olmayacağıq.” Vinston Çörçil

Səadət Cahangir, 03/12/2010
Sovetsayağı parlament təyinatlarından sonra yan-yörədəki insanlardan ən çox eşitdiyim sual budur: “İndi nə olacaq?”. Doğrusu, ölkədəki problemlərin detallarını hər dəfə uzun-uzadı şərh etməyə adamın hövsələsi çatmır. Ona görə soruşanlara qısaca belə cavab verirəm: “Heç nə, mübarizə davam edəcək.”

Yerli və beynəlxalq miqrasiyanın sosial və mədəni təsirləri

Atlas İqtisadi Tədqiqat Fondunun beynəlxalq proqramlar üzrə vitse-prezidenti Tom G. Palmer

Bu mövzuda çox sayda mühüm və kompleks məsələlər əhatə olunub. Amma mən müqayisədə nisbətən sadə görünən, müzakirə mövzusu olduğu halda, çox zaman diqqətdən yayınan bir məsələdən başlamaq istəyirəm.

Birinci, insanlar köçməyə qərar verən zaman  bunu əsaslandıracaq səbəbləri olmalıdır. Bu onlara həmin məqsədlərlə bağlı sual veriləndə də kömək edə bilər. Dövlətlər arasında olan bir çox beynəlxalq danışıq və razılaşmalarda həmin məsələyə fikir verilmir. Onda belə çıxır ki, bu, köçməyə özü qərar verən insanların deyil, danışıq aparanların və ya elitanın məsələsi hesab olunur.

"Commanding Heights: The Battle for the World Economy" filmin nümayişi

Əziz dostlar!

"Liberty Pictures" layihəsi çərçivəsində ABŞ-ın PBS kanalı tərəfindən çəkilən 3 hissədən ibarət olan "Commanding Heights: The Battle for the World Economy" sənədli filminin nümayişini keçiriləcək.

2010-cu il Azadlıq Forumu və Azadlıq Şam Yeməyi

Qlobal düşüncə beyin cəmiyyətlərinin üzvləri üçün ATLAS-ın illik
Azadlıq Forumu ənənəvi bir tədbirə çevrilmişdir. 10-cu ildönüm tədbiri
noyabr ayında qeyd olunacaq Azadlıq Şam Yeməyi və Azadlıq Forumu mötəbər
bir təşəbbüsdür. Belə ki, böyük imkanlar açan bu təşəbbüs şəbəkənizin
genişləndirilməsi, yeni ideya və strategiyaların öyrənilməsi, o cümlədən
azadlığın yayılması üçün daha yaxşı fəaliyyət qurmağa ruhlandırcaqdır.

Syndicate content