Proteksionizmin əlamətləri artmaqdadır. Bu, ümumiyyətlə qorxulu və mənasız bir siyasətdir. Amma o, iqtisadi böhranların dünya iqtisadiyyatını sıradan çıxarmaq təhlükəsi ilə hədələdiyi zaman xüsusilə qorxuludur. Proteksionizmin xüsusi şərti odur ki, dövlətin yerli istehsalçılara inhisar hakimiyyəti üçün maliyyə dəstəyi verməsi ilə milli rifah yüksəlir.Əsrlərin iqtisadi mühakimələri, tarixi təcrübə və texniki-iqtisadi təhlillərin dəfələrlə göstərdiyi kimi, bu şərt köklü yanlışlığa əsaslanır.
Proteksionizm çiçəklənmə yox, yoxsulluq yaradır. Proteksionizm heç yerli iş imkanlarını və sənaye sahələrini də “qorumur”, əksinə ixrac olunan sənaye məhsullarına və öz məhsullarının istehsalı üçün idxala arxalanan sənaye sahələrinə zərər vurmaqla, onları dağıdır. “Müdafiə olunan ” yerli polad şirkətləri tərəfindən poladın yerli qiymətlərinin artırılması yalnız istehsal olunan maşınların və poladdan hazırlanan bir şox başqa məhsulların qiymətini qaldırır. Proteksionizm çox səfeh bir oyundur.
Ancaq fakt odur ki, proteksionizmin sərvəti dağıtması hələ onun ən pis nəticəsi deyil. Proteksionizm əmin-amanlığı, sülhü sarsıdır. Bu, bilgisizliyə və həyata keçirilən proteksionizm təcrübəsinə əsaslanan iqtisadiyyatın milliləşdirilməsi və münaqişə ideologiyasına qarşı ucadan, var-qüvvəsi ilə səsini qaldıran bütün xoşməramlı insanlara, sivilizasiya tərəfdarlarına tam haqq qazandırır.
İki yüz əlli il əvvəl Montösküye belə fikir yürüdürdü: “Sülh ticarətin təbii nəticəsidir. Bir-birindən fərqlənən iki xalq- birinin almaq, o birinin satmaq marağı əsasında qarşılıqlı surətdə asılı olur. Beləliklə, onların ittifaqı qarşılıqlı zəruri ehtiyacları əsasında formalaşır.”
Ticarətin ən qiymətli məhsulu əmin-amanlıq, sülhdür. Ticarət müəyyən mənada, ümumi kommersiya mədəniyyəti əsasında birləşən müxtəlif insanların-başqalarının dilini, ictimai normalarını, qanunlarını, tələblərini, istəklərini və onların bacarıqlarını öyrəndiyi proseslə sülhə, əmin-amanlığa təkan verir.
Ticarət insanları qarşılıqlı surətdə faydalı əməkdaşlığa təminat yaratmağa ruhlandırmaqla, sülhü inkişaf etdirir. Ticarət Paris və Lionun, Boston və Sietlin, Kəlküttə və Mumbayın iqtisadi maraqlarını birləşdirdiyi kimi, Paris və Portlendin, Boston və Berlinin, Kəlküttə və Kopenhagenin bir-biri ilə ticarət aparan bütün xalqlarını təmsil edən insanlarını da birləşdirir.
Ciddi empirik tədqiqatlar əsaslı olaraq o tezisi dəstəkləyir ki, ticarət sülhü inkişaf etdirir.
Bəlkə də, bu düşüncənin əhəmiyyətsiz sayıldığı zaman baş vermiş ən faciəvi nümunəsi II Dünya Müharibəsidir.
1929-cu və 1932-ci illər arasında beynəlxalq ticarət Amerikanın 1930-cu il “Smoot-Hawley” tariflərinin xeyli hissəsi və başqa xalqların təzyiq tədbirləri əsasında tətbiq edilmiş tarifləri səbəbindən 70% müflisləşdi.
Tezliklə insanlıq tarixində ən dəhşətli və öldürücü müharibə baş verdi.
Müharibələrin qarşısını alamaqla ticarət insanların həyatını xilas edir. Ticarət həmçinin rifahı inkişaf artırmaqla və onu genişləndirməklə daha çox insan həyatını xilas edir. Bir çox vakt göstərir ki, azad ticarət artdıqca insanların rifahı da artır. İnkişaf da sadə insanlara daha uzun və sağlam həyat üçün imkan yaradır.
Və daha uzun, daha sağlam həyatını daha dinc yaşamaqla, insanlar qlobal iqtisadiyyata inteqrasiya olunaraq, onları azad ticarətə aparan geniş çeşidli mədəniyyət təcrübələrinindən istifadə etmək üçün daha çox vaxt əldə edirlər. Mədəniyyət malların və ideyaların azad ticarətini mümkün etməklə, bütün dünyadan töhfələr alaraq zənginlik yaradır
Şübhəsiz, azad ticarət maddi rifahı inkişaf etdirir. Ancaq bu, sadəcə pulla öçülmür, bu daha böyük bir xəzinədir. Bu çox dəyərli hədiyyə, müharibə dəhşətləri ilə yandırılmış və dağıdılmış həyatlara bənzəməyən daha azad, daha bütöv həyatlar deməkdir...
Deyilənlərin davamı olaraq, biz bir araya gələrək bütün xalqların azad ticarətə daha böyük manelər yaratmaq üçün müqavimət göstərən- burnundan uzağı görməyən, acgöz hökumətlərinə yardım üçün müraciət edirik. Biz azad ticarətə yaradılan hazırkı proteksionist əngəlləri aradan qaldırmağa çağırırıq. Biz hər bir hökumətə deyirik: öz vətəndaşlarınıza yalnız sahib olduğunuz tarlaların, fabriklərin və dühaların “meyvələrini” deyil, geniş mənada yer kürəsinin nemətlərindən faydalanmaq üçün imkan yaradın. Mükafatınız inkişafın artması, daha zəngin həyat və sülhün verdiyi əmin-amanlıq olacaq.